Təcrübə
proqramı

ATL Tech-in insan resurslarına və ümumilikdə insan kapitalına verdiyi dəyər təşkil etdiyi təlim proqramlarında və həyata keçirdiyi sosial yönümlü layihələrdə öz əksini tapır. Bu baxımdan gənc tələbələr üçün “Təcrübə Proqramı”nın təşkil olunmasında məqsəd yeni mütəxəssislərin formalaşmasına kömək etmək və onların nəzəri biliklərinin iş fəaliyyətində tətbiqinə şərait yaratmaqdır. Tələbələr Təcrübə Proqramında aşağıdakı istiqamətlər üzrə iş təcrübəsi üçün müraciət edə bilərlər: Biznes Analitika və Proqram Təminatının hazırlanması.

Təcrübə Proqramında iştirak etmək istəyən tələbələr CV formasını və motivasiya məktubunu internship@atl.az mail ünvanına göndərməlidir. Motivasiya məktubu 350 sözdən çox olmayaraq, seçdiyiniz sahə üzrə maraq dairələrinizi, çatmaq istədiyiniz istədiyiniz hədəflərinizi əks etdirməlidir.

Qeyd: Mail ünvanının mövzu hissəsində iş təcrübəsi üzrə seçdiyiniz sahəni qeyd edin.

Video