Çağrı Mərkəzi
Sistemi

ATL Tech şirkəti tam funksiyalı zəng mərkəzi sistemini təqdim edir. Proqram təminatı həm daxil olan, həm də çıxan zənglərin işlənməsi üçün gərəkli olan bütün funksiyaları, o cümlədən, Avtomatik Zəng Paylaşımı (ACD), İnteraktiv Səsli Cavab (İVR), Virtual Növbə Menecmenti, Geri zəng - Call back, Zəng yazılması, Bildiriş zəngi, Avtomatik Zəng etmə (Auto dialer) və s özündə cəmləşdirmişdir.

Proqram təminatı həm özəl, həm də ictimai sektorda olan bütün növ müəssisə və təşkilatlar üçün nəzərdə tutulmuşdur. Asan istifadəçi paneli, rahat konfiqurasiya edilə bilməsi, sərfəli qiyməti və lisenziya şərtləri, digər sistemlərlə, o cümlədən Müştəri Əlaqələri Menecmenti sistemləri ilə asan inteqrasiya oluna bilməsi, qısa zamanda müştəri tələblərinə uyğunlaşdırılıb quraşdırıla bilməsi sistemi həm kiçik və orta, həm də böyük müəsisələr üçün sərfəli və lazımlı həllə çevirir.

Zəng mərkəzinin əsas performans göstəricilərini ölçə bilmək üçün sistemdə gizli hesabatlar modulu və interaktiv “dashboard”lar bölməsi yaradılmışdır. Hesabatlar standart zəng mərkəzi hesabatları olmaq-la yanaşı, müştərinin tələblərinə uyğun olaraq yeni hesabatlar da sistemə əlavə oluna bilər.