Müştəri
Münasibətlərinin
Menecmenti Sistemi

Asanlıqla genişləndirilə və dəyişdirilə bilən Müştəri Münasibətlərinin Menecmenti sistemi kiçik, orta və böyük müəssisələrə müştəri münasibətlərini asan və effektiv idarə etmə imkanı verir. Sistem müştəri haqqında bütün məlumatları saxlamaq və müştəri ilə vahid mərkəzdən əlaqə saxlamaq üçün gərəkli olan bütün funksionallığı təmin edir, komanda üzvlərinə işlərini daha effektiv görməyə, şirkətə isə müştəri məmnuniyyətini yüksəltməyə imkan verir.

Sistem asanlıqla zəng mərkəzi proqram təminatı ilə inteqrasiya edilə və birgə istifadə oluna bilər. Proqram təminatı müştərinin tələblərinə uyğun olaraq asanlıqla dəyişdirilə bilir. Sistemdə həmçinin güclü hesabatlıq modulu da mövcuddur. Sistem bütün əsas email və sosial media xidmətləri ilə inteqrasiya oluna bilər.