Onlayn imtahan
Sistemi

Onlayn imtahan proqram təminatı bütün növ imtahanların keçirilməsi üçün uyğundur. İmtahanların şirkətdən kənarda həyata keçirilməsi mümkündür. Proqram təminatı imtahanı istənilən növ suallarla, riyazi, fiziki düstur və kimyəvi formullarla təşkil etməyə imkan verir. Suallar müxtəlif səviyyəli və fərqli mürəkkəblikdə ola bilər. Proqram təminatı tələbələr, işçi heyəti və digər istifadəçilərin bilik və qabiliyyət səviyyələrinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilər. Proqram təminatı eyni zamanda nəticələr üzrə hesabatlılığı da təqdim edir.

Üstünlüklər:

  • Sınaq imtahanlarına hazırlaşmaq üçün effektiv bir vasitə;
  • Hər bir istifadəçi üçün şəxsi kabinet yaratma imkanı;
  • Onlayn rejimdə sınaq imtahanının keçirilməsi;
  • İnternet çıxışı vasitəsi ilə günün istənilən vaxtı, istənilən yerdən qoşulma imkanı;
  • Bütün müasir platformaları dəstəkləməsi;
  • Nəticələr üzrə imtahan suallarının analizi üzrə tam məlumatın təqdimi;
  • İstifadəçilərin imtahana psixoloji hazırlığı.