Obyekt Pasport
Sistemi

Obyekt Pasport Sistemi (OPS) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin, onların obyektlərinin, müəssisələrinin, habelə müəssisə və avadanlıqlarının vahid elektron məlumat bazasında əks olunması üçün hazırlanmış proqram təminatıdır. Sistem dövlət müəssisələri, biznes obyektləri, fabriklər və avadanlıqlar, hüquqi şəxslər, hüquqi şəxsin iştirakı olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, habelə sahibkarlıq fəaliyyətində iştirak etməyən, lakin əmlaka malik olan şəxslər qeydiyyatdan keçə bilər.

Obyekt Pasport Sistemi vasitəsilə bütün obyektlər haqqında məlumatları daxil etmək, yeniləmək və silmək mümkündür. Sistemin istifadəçiləri, maraqlandıran hər hansı bir obyektin, həmçinin sistemdə olan məlumatları axtarış edə və bu məlumatları onlara verilən hüquqlar çərçivəsində istifadə edə bilərlər. Sistem nəzarət orqanlarına obyektləri monitorinq etmə imkanı təqdim edir. Bu sistemdə təşkilatlar yanğına, radiasiyaya və texniki təhlükəsizliyə uyğun olaraq obyektin vəziyyətinə nəzarət edə bilər.

OPS, digər sistemlərlə inteqrasiyası nəzərə alınmaqla, effektiv qərar qəbul etmək üçün təşkilatlara yardım edən qərar dəstəyi sistemidir.

Günün tələbinə uyğun birgə inkişaf