İT Təhlükəsizliyi

İT Təhlükəsizliyi bütün rəqəmsal informasiyaları həm daxili, həm də xarici təhlükələrdən müdafiə edir. Müəssisələr hər cür kibertəhlükəsizlik tədbirləri həyata keçirə bilər, lakin əgər onun işçiləri üçün kibertəhlükəsizlik təlimləri keçirilmirsə, kiber hücumlardan qaçınmaq mümkün deyil. Komandamız risk sahələrini və infrastrukturlara icazəsiz daxil olmaq üçün kiber hücumçuların təhlükəsizliyin zəif olmasından necə istifadə etdiyini müəyyən etməyə kömək edir.

Təlimlər sosial mühəndislik sahəsi üzrə real həyat hadisələrini təqlid edən risklərin qiymətləndirilməsi və testlərdən istifadə etməklə keçirilir. Komandamız onlayn və sahə təlimləri təşkil edir və fərdi ehtiyac və tələblərə uyğun proqramları tənzimləyir. Uyğunluq şərtlərini yerinə yetirərəkən, İT təhlükələrin aradan qaldırılmasında ciddi təzyiqlərlə üzləşir. Qabaqçıl texnologiyalara yatırım etməl məlumatların təhlükəsizliyini təmin etmək və onları qorumaq üçün ən mühüm şərtlərdən biridir.

Aşağıda qeyd edilən mühüm tapşırıqların öhdəsindən gəlmək üçün İT sahəsi çoxsaylı ehtiyatları da bölüşdürməlidir:

  • Hücum siqnalı verən şəbəkə trafikinda dəyişikliklərin aşkar edilməsi;
  • Şübhəli fəaliyyətin aşkar edilməsi üzrə fərdi qurğuların monitorinqi;
  • Potensial təhlükəsizlik məsələlərinin yenidən təşkil edilməsi;
  • Əsas iştirakçılar və tənzimləyici qurumlara təhlükəsizliyin təmin edilməsi haqqında ətraflı məlumatın verilməsi.