Yanvar 31, 2021

My Top 3 Tv Shows for Product Managers

1. Silicon Valley

Təsəvvür etdiyimdən də yaxşı alınıb. Gülməli məqamlar, startup, investisiyalar və s. haqqında əyləncəli şəkildə məlumat almaq və okeanın o tayında məşhur olduğu qədər də bizdən uzaq olan Silicon Valley-i tanımaq olur.

2. Mad Men

Filmdə söhbət 1960–1970-ci illərdən getsə də, günümüzdə proseslər və baş verənlər, belə deyək, sətir arası məqamlar hələ də mövcuddur. Mənim üçün Mad Men ikinci dəfə təkrar baxa biləcəyim, fərqli və güclü fikirlər olan bir seriala çevrildi. Bir PM olaraq burda istifadəçi interbyuları, məhsul ideyası, məhsulun bazara çıxarılması və bir çox şeylər haqqında öyrənmək olar.

Çox həqiqidir, amma bütün yaxşı seriallardakı kimi, son iki sezonu bir o qədər də maraqlı deyil.

Bonus quote: The world continues without us. There’s no reason to take it personally. “Meditations in an Emergency” (S2, Ep 13)

3. Westworld

Bu seriala baxmağa başlayanda, yarımçıq qoyacağımı düşünürdüm. Ancaq artıq bəlli olduğu kimi yanılırdım. Yəni kino müasir texnologiyalar vs insan və bizim dünya haqqında danışır, amma o qədər fəlsəfi yanaşmalar var ki, prosto ağzı açıq baxmalı olursan. Sanki hansısa Süni intellekt haqqında epizoda yox, bir psixoloqun videosunu izləyirsən. Bu serialın ilk iki sezonuna baxmağa dəyər.

Bonus quote: “We can’t define consciousness because consciousness does not exist. Humans fancy that there’s something special about the way we perceive the world, and yet we live in loops as tight and as closed as the hosts do, seldom questioning our choices, content, for the most part, to be told what to do next.”

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!