03.04.2018

Mühəndis proqramçı

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL İnfoTech şirkəti “Mühəndis proqramçı” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

  • Öz fərdi səyləri hesabına müştərilərin ehtiyaclarının təmin olunması üçün proqramın həlli üsullarını hazırlamaq.
  • Yeni dillərə, metodologiyalara və layihənin tələblərinin təmin olunması üçün platformalara uyğunlaşmağa hazır çalışmaq.
  • İlkin tələblər özündə kodun icmalını, sənədləşmənin yazılışını və sınaqların prosedurlarına uyğun gəlməsini özündə birləşdirə bilər. Sonrakı tələblər isə proqram komponentlərinin hazırlanmasını əks etdirə bilər.
  • İstifadəçi interfeysinini dizaynı, qrafiklərin hazırlaması və ya proqramlaşdırma tapşırıqlarının yerinə yetirilməsi.
  • Daxili personalla, xarici müştərilərlə və tələblərin təyini üçün məlumatların təchizatçılarıyla işləmək.
  • İstifadə sahəsində web-texnologiyalara uyğun olanları - şirkətin tələblərinə əsaslanan brauzerləri, dilləri və plaginləri müəyyən etmək.
  • Proqram funksionallığının və edilmiş dəyişikliklərin dəqiq və tam dokumentasiyasını yazır və saxlayır.
  • Proqramlarının rastlaşdığl nasazlıqları və istifadəçi şikayətlərini aradan qaldırmaq.
  • Dəqiqliyin və kodlaşdırmanın effektivliyinin təminatı üçün proqramları yoxlayır və ehtiyac olduqda düzəlişlər etmək.
  • Proseslərin sadələşdirilməsi üçün verilmiş vasitələrdən istifadə etməklə texniki qərarların verilməsi üçün məsuliyyət daşıyacaq.
  • Təyin edilmiş sorğuların analizini təmin edəcək və yoxlayacaq, qaydaya salacaq, nasazlıqların aradan qaldırılması, araşdırılması, həmçinin texniki sənədlərdə və ya yeni kodlarda dəyişikliklərdən cavabdeh olacaq. Proqram məhsulunu və daxili biznes-sistemləri dəstəkləyəcək.
  • Konkret təyin edilmiş sistem və ya proqram təminatının sistemləri üçün bir və ya bir neçə proqramlaşdırma dilindən istifadə etmək. Buraya proqramlaşdırmada istifadə olunan alətlər, Web və ya digər kitabxanalar daxildir.
  • Mövcud kodu dəstəkləyir və inkişaf etdirir, proqram təminatının yoxlanmasında və hazırlanmasında iştirak etmək.

Tələblər

  • ASP.NET, JavaScript, C, C++, C# və ya Javada yazılmış proqramlara əlavələr edilməsini bacarmaq.
  • Əsas tələblər : C# və Java dillərində obyektyönümlü proqramlaşdırma.
  • Arzu edilən bacarıqlar: Visual Studio alətləri ilə işləmək bacarıqlarıdır.
  • Sahəsi üzrə minimum iş stajı – 1-il
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Texniki terminologiya)
  • Təhsilə olan tələblər: Ali təhsilli
  • Yaş həddi: min 20

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində “Mühəndis proqramçı” qeyd etməklə göndərə bilərlər.