K3 çağrı mərkəzinə edilən təcili zənglərin avtomatik qəbulu, ötürülməsi və işlənməsi, şikayət və müraciətlərin qeydə alınması, hesabatların əldə edilməsi üçün sadə interfeysli, lakin maksimal funksionallığı olan proqram təminatıdır.

K3 polis, təcili tibbi yardım, yanğın və digər fövqəladə hallar üçün 7/24 çağrı xidmətləri təqdim edir və ən yaxın təcili yardım mərkəzi ilə lazımi məlumatları dərhal paylaşır. Bütün təşkilatların ehtiyaclarına uyğun olaraq qurulan sistem, növündən, məkanından və zamanından asılı olmayaraq müxtəlif fövqəladə halları qeydiyyata alır. Bundan əlavə, hər bir istifadəçinin məlumatları özündə toplayan şəxsi kabineti K3 proqram təminatı bazasında yerləşir.

Problemlər Həllər
  • Zəng edən tərəf ilə aşağı sürətli əlaqə sayəsində baş vermiş və ya baş verə biləcək fəlakətlərin arzuolunmaz sonluqla bitməsi
  • Müraciət edən şəxsin zənginə geri dönmək imkanının olmaması nəticəsində fövqəladə hala qarşı vaxtında hərəkətə keçilməməsi
  • Zərərçəkən şəxsin, habelə zəng edən tərəfin yerinin aşkar edilə bilmədiyi üçün vaxtında müdaxilənin çətinləşməsi
  • Hadisələrin gedişatını bütün mərhələlərdə qeydə alaraq gələn və gedən zənglərin bazada qeydiyyata alınması və saxlanması
  • Zəng edən şəxsin dəqiq yerinin xəritədə aşkar edilməsi
  • Fövqəladə halın növünə uyğun olaraq ən uyğun nəqliyyat vasitəsi və briqadaların seçiminin edilməsi
  • Yanacaq, su və digər lazımi vasitələr haqqında informasiyanın və xilasetmə maşınlarının onlayn yerinin izlənməsi
  • Digər sistemlərlə asan inteqrasiya
  • Daxil edilmiş məlumat hesabatları
  • Ölkənin cari fövqəladə statusunu, qapalı və davam edən məsələləri görə bilmə imkanı
  • İnformasiya təhlükəsizliyi

Daha ətraflı məlumat üçün bizə e-poçt vasitəsilə müraciət edə bilərsiniz: crs@atltech.az