Dekabr 01, 2021

Biznes "Networking" həddindən artıq dəyərləndirilir: ilk növbədə dəyərli bir insan olun. Onda şəbəkə istənilən zaman sizin üçün əlçatan olacaq

Təbii ki, biznes şəbəkəsi iş axtaranlar üçün vacib bir detaldır. Bu, sənayedəki peşəkarlara çatmaq üçün prosesdir. Siz onları şəxsən tanımayacaqsınız, ancaq iş tövsiyələri vermək və peşəkar sektorda əlaqə qurmaq üçün istifadə edəcəksiniz.

İş axtaranlara ən çox verilən üç ən vacib məsləhətin nə olduğunu heç düşünmüsünüzmü? Mənbələrə görə, iş axtaranlara verilən üç ən əhəmiyyətli məsləhət şəbəkə, şəbəkə və yenə də şəbəkədir. Sizə də belə gəlmir?

İş axtaranların üzündəki təlaş hissini asanlıqla görə bilərik. Hamı özünü potensial işə götürənlərə birbaşa satmağı bacarmır. Biz heç bilirik ki, beyniniz «bu şəbəkəni qurmağa dəyər?» sualları ilə doludur? Şəbəkənin işə yaraması üçün nə qədər vaxt lazımdır? Bəzi iş axtaranlar üçün şəbəkə yaratmaq öz haqqını verir və onların çoxu tez iş tapır. Ancaq bəziləri üçün bunu etmək narahatlıq doğurduğu üçün o qədər stresli olur ki, məyusluqla nəticələnir.

Biznes şəbəkəsi dedikdə nə nəzərdə tutursan?

Açığı, biznes şəbəkəsi bir çoxları üçün yeni bir şey olmamalıdır. İnternet sadəcə olaraq sizə tanıdığınız şəbəkə alətlərini təklif edir. Buna baxmayaraq, insanlar bir-birləri ilə ünsiyyət qurarkən artıq uzun müddət idi ki, şəbəkə qururdular. Bununla belə, biznes şəbəkəsi adətən bütün tərəflərə fayda verəcək, eyni maraqlara malik olan insanların münasibət qurmalarına və bunu inkişaf etdirmələrinə yönlənir.

İllər əvvəl, insanlar şəbəkələşməyə başlayan zaman  deyirdilər ki, “Əsas olan nəyi bilməyiniz yox, kimi tanımağınızdır”. Bu, biznes şəbəkəsinin əhəmiyyətinin azalması idi. Siz və ya hər hansı başqa bir şəxs sosial şəbəkələrin ticarət palatasına toplaşdığınızda, peşəkar birliyə qoşulduğunuzda, konvensiyalara getdiyinizdə, dostunuzdan tövsiyələr aldığınızda və ya rəsmi tanışlıqlar haqqında soruşduğunuzda, hamınız necəsə şəbəkələşmiş sayılırsınız.

Hazırda peşəkarlar ənənəvi formalardan istifadə etsələr də, onların şəbəkələşmək üçün başqa seçimləri də var. Onlar qruplara qoşula, şəbəkə tədbirlərində iştirak edə və hətta onlayn forumlarda şəbəkə qura bilərlər. 21-ci əsrin biznes şəbəkələri haqqında ağlınızda saxlamalı olduğunuz ikinci şey odur ki, bu, göründüyü qədər yaxşı olmaya da bilər. İstər şərab içərkən söhbət etmək olsun, istərsə də veb-saytda başqaları ilə ünsiyyətdə olmaq, şəbəkələşmə düzgün aparılmadıqda, vaxt itkisinə çevrilə bilir.

Hamıya vizit kartları və ya çoxlu e-poçtlar göndərmək, hər hansı bir hadisədə hər kəsə özünüz haqqında danışmaq və ya Facebook-da yüzlərlə dost əlavə etmək çox da effektiv olmaya bilər. Bununla belə, bu mövzuda müxtəlif uğurlu insanlar tərəfindən mənimsənilmiş bir çox müxtəlif strategiyalar danılmazdır. Deyə bilərik ki, hər şey sizin maraqlarınızdan asılıdır.

Bəs niyə biznes şəbəkəsi bu qədər şişirdilib?

Cavab çox sadədir. Biznes şəbəkəsi özlüyündə mürəkkəb proses olduğu üçün bu qədər şişirdilir. Genişlənmiş bir sosial şəbəkəni idarə edərək işə məhsuldar işçilər götürmək baha başa gələ bilər. Bundan əlavə, biznes şəbəkəsi bəzi insanlar üçün vaxt aparan ola bilər. Eləcə də, bir çox şəbəkə saytları virus və hakerlik təhlükələrinə malikdir. Bununla belə, sizi bəyənən və sizə güvənən insanlarla dəyərli əlaqələr yaratsanız, bu, sizin üçün həddən artıq qiymətləndirilməyə bilər. Amma yenə də, sizi bəyənən və sizə güvənən insanlarla dəyərli əlaqələr yaratsanız, bu, siziə həddən artıq şişirdilmiş gəlməyəcəkdir.

  •   Biznes Şəbəkə Qrupları

Buna başlamazdan öncə, siz bilməlisiniz ki, hər kəsin müəyyən bir şəbəkəsi var. Şəbəkənizi artırmaq üçün müxtəlif qruplara da qoşula bilərsiniz. Ətafınızda biznes planlarınızda qarşılıqlı bir-birinizə yardım edəcəyiniz insanlar ola bilərlər. Beləliklə, qonşularınız və ya qohumlarınız da sizin şəbəkənizə daxildir. Hətta idman zalında, oyun oynayarkən və ya hər hansı bir yerdən şəxsən tanıdığınız hamı bura aiddir. Həyəcan verici səslənir.

Digər tərəfdən, bəzi qruplar biznes şəbəkəsi qrupu siyahısına salınmaya bilər. Bununla belə, onlar başqa insanlarla yaxşı münasibətlər qurmağa kömək edə bilərlər. Yerli, regional, peşəkar və ticarət təşkilatları xüsusi sənayelər üçün e-poçt və onlayn forumlar vasitəsilə möhtəşəm imkanlar, uzlaşmalar və seminarlar təqdim edirlər. Bu assosiasiyalar yəqin ki, özləri sizi tapacaqlar və bu saytları onlayn şəkildə tapmaq olduqca asandır. Bu cür qruplar bəzən eyni sahədən olan bir neçə həmkar işsiz qaldıqda yaranırlar.

Bir çox qruplar təkcə biznes şəbəkəsi üçün yaradılıb. Yaşadığınız bölgədə peşəkar qadınlar, marketinq sahəsində çalışan insanlar, gənc mütəxəssislər, təşəbbüskar sahibkarlar və ya digər ümumi maraqları olan insanlar üçün qruplar ola bilər. Biznes şəbəkələri ilə bəzi sindikat sosial toplantılar sizi təəccübləndirə bilər. Beləliklə, insanların bir-birinə qaynayıb-qarışdıqları, görüşdükləri və öz məlumatlarını paylaşdıqları şəbəkələşmə tədbirlərində müntəzəm iştirak etməyiniz sizin üçün yaxşı olar.

Başqa insanların işinə yarayan bir çox fərqli qruplar var. Ehtiyaclarınız və məqsədləriniz dəyişdikcə, bu qruplar da karyeranızın müxtəlif mərhələlərində işinizə yaraya bilərlər.

İnsanlarla üz-üzə görüşmək sizin inkişafınız üçün həyati əhəmiyyət kəsb edə bilər.

Bundan əlavə, siz, işguzarlıq fəaliyyətinizi biznes və sosial şəbəkələr vasitəsilə də genişləndirə bilərsiniz. Maraqlı səslənir, elə deyilmi? O zaman bunu necə etməyi öyrənmək üçün oxumağa davam edin.

Bilirsiniz ki, sahibkar olmaq çətindir və təəssüf ki, işim gərəyi, mənim belə təşkilatlarla rastlaşmağım çox çətin olur. Onlardan bəziləri AMCHAM, AHK Azerbaijan, Caspian oil and gas və son tapıntımız Marsol kimi olduqca böyük adlardır. Ancaq onlar hələ də özlərini sübut etməyiblər. Əgər siz iş axtaran birisinizsə və xüsusi bir tədbirin verdiyi təkliflər haqqında bəzi anlayışları öyrənmək istəyirsinizsə (qonaq məruzəçilərdən və gündəlikdən asılı olaraq) ilk üçü bunun üçün mükəmməldir. Mənə görə onlar çox səpələnmiş və kifayət qədər uyğun deyillər. Bununla belə, AHK haqqında yaxşı sözlər eşitmişəm. Mənim iki həmkarım Anar və Arif mütəmadi olaraq onların tədbirlərində iştirak edirlər. Deyərdim ki, səpələnmişlik termini ən çox AMCHAM-a aiddir. Bununla belə, etiraf etməliyəm ki, bu, bizim ölkədə ən nüfuzlu icmadır.

Düşünürəm ki, şəbəkə tədbirləri və görüşlərində 50-dən çox insan olmamalıdır və  bu tədbirlər xüsusi bir yanaşmaya və ya nişə fokuslanmalıdır. Mən ABŞ-da bir neçə görüşdə iştirak etmişəm və onların hamısı bu kateqoriyalara uyğun idi. Buna baxmayaraq, Bakıda bir təşkilat mənə özünü sübut edib. Bu, MBA Club Azerbaijandır. Onu qeyd edim ki, mənim MBA dərəcəm yoxdur və mən 5 il bundan qabaq həmin təşkilatın keçirdiyi 2-3 tədbirə dəvət almışdım. Orada mən çox dərin təsir bağışlayan, yüksək nailiyyətlərə malik, gözəl insanlar və dostlarla tanış oldum. Onlarla hələ də sıx əlaqədəyəm.

20-li yaşların əvvəlində və karyeralarının başlanğıcında olan insanlar üçün vəziyyət indi daha asan olmalıdır. Bu gün onlar üçün çoxlu imkanlar və təkliflər var. Onların etməli olduğu yeganə şey Instagram-da insta modelləri əvəzinə təşkilatları, texnologiya mərkəzlərini, Lotfizadeh & Innoland kimi kovorkinq mərkəzlərini izləməkdir.

  • Sosial şəbəkə

Bu günlərdə bir çox sosial şəbəkələr biznes şəbəkələrini növbəti səviyyəyə çatdırıblar. İnsanlar anlayırlar ki, onlar sosial şəbəkələrdən istifadə etməklə biznes tərəfdaşları ilə əlaqə yaratmağı asanlaşdıra bilərlər. Bu saytlar nəinki yolunuz kəsişən insanlarla əlaqə qurmağı asanlaşdırır, onlar həm də dostlarınızın dostları ilə əlaqələr quraraq əlaqə dairənizi genişləndirə bilmək üçün sadə bir yol təqdim edə bilirlər.

Bir çox insanlar Facebook, Instagram, Twitter və s. kimi məşhur sosial şəbəkələrdən çox yaxşı istifadə edirlər. LinkedIn kimi digər müxtəlif saytlar, daha çox işgüzarlıq əlaqələri üçün şəbəkələr təklif edirlər.  Şəbəkə qurmaq üçün ən sürətli və sadə yollardan biri özünüz və ya başqaları tərəfindən yazılmış bloqlardan istifadə etməkdir. Bu həqiqətən kömək etsə belə, mənim blog yazmaq səbəblərimin arasında ikinci pillədədir.

Bununla belə, ən yaxşı biznes şəbəkəsi bacarıqları təkcə sosial şəbəkə ilə başlamalı və onunla bitməməlidir. Bunu öyrənənlər tez-tez deyirlər ki, sosial şəbəkələr təkmilləşsə də, üz-üzə şəbəkələşmənin yerini vermir. Şübhəsiz ki, artan inkişaf çox mühümdür; belə ki, şəbəkə əlaqələri ümumi əhvalınıza müsbət təsir göstərə bilər.

Uğurlu Biznes Şəbəkəsi üçün məsləhətlər

Daha əvvəl də müzakirə etdiyimiz kimi, biznes şəbəkəsi əksər insanlar tərəfindən çox şişirdilir. Bununla belə, siz bilməlisiniz ki, yaxşı ya pis olmağından asılı olmayaraq, karyerada yüksəlişlər və marketinqdə əhəmiyyətli inkişafa yalnız peşəkar şəbəkənizi genişləndirməklə nail olmaq mümkündür. Bunun sizin üçün neçə-neçə qapılar aça biləcəyini anlasanız, təəccüblənərsiniz. Siz həmişə ünsiyyətdə olduğunuz insanlardan yeni dərslər alrısınız. Bu da sizə xoş təcrübə və geniş biliklər təqdim edir. Gəlin ümumi şəbəkə bacarıqlarınızı inkişaf etdirməyə kömək edə biləcək bir neçə məsləhəti gözdən keçirək.

1. Peşəkar Şəbəkə Yaradın

Şəbəkə bacarıqlarınızı inkişaf etdirməyin ən yaxşı yolu evdən çıxaraq yeni insanlarla tanış olmaqdır. Sosiallaşmaq artıq daha da sadələşib. Siz konfranslara, tədbirlərə, partiyalara, seminarlara və müxtəlif məzunlar assosiasiyalarına qatılmaqla yeni insanlarla tanış ola bilərsiniz. Həmçinin, insanlarla birbaşa əlaqə saxlaya və ya əvvəldə qeyd etdiyim vasitələrdən istifadə edərək sosiallaşa bilərsiniz.

Bundan əlavə, siz internetdə, Amazonda və xüsusi olaraq biznes şəbəkələri ilə bağlı resurslar axtararkən kitabxanalarda gəzinməkdə sərbəstsiniz. Siz hər cür məsləhətə qulaq verməli, lakin sizin texnikalarınıza ən uyğun gələn strategiyaları izləməlisiniz. Bir yanaşma hamıya uyğun gələ bilməz.

2. Görünən və yardımsevər olun

İnsanlar həmişə sizin nəyə qadir olduğunuzdan xəbərdar olmalıdırlar. Buna görə də, mümkün qədər görünən olmaq lazımdır. Ən yaxşısı insanlarla əlaqədə ardıcıllığı və müntəzəmliyi qorumağa çalışmaqdır. Bunun üçün müxtəlif ünsiyyət mənbələri, o cümlədən e-poçtlar, bloqlar və xüsusi sosial şəbəkələr mövcuddur. Dediklərimə əməl etmək üçün mən hər ay 1-2 məqalə, həftədə 2-4 dəfə tvit və gündəlik linkedində yazılar yazmağa çalışıram. İnstagramdakı fəaliyyətim isə  tamamilə əhvalımdan asılı olur.

Bütün bunlara əlavə olaraq, siz insanlara kömək etməklə şəbəkənizi daha da möhkəmləndirə bilərsiniz. Belə insanların bir çoxu gələcəkdə sizin üçün faydalı ola bilərlər. Hətta onların bəziləri sizə öz “borclarını ” qaytarmaq üçün çox həvəsli ola bilirlər. Beləliklə, siz  öz fikirlərinizi, təcrübələrinizi, nailiyyətlərinizi və başqa işlərinizi paylaşmaqla bir-birinizə qarşılıqlı fayda verə bilərsiniz.

3. Öz dəyərinizi bilin

Məncə bu sitat həqiqətən düzgün vurğulanıb: “İlk növbədə dəyərli bir insan olun. Onda şəbəkə istənilən zaman sizin üçün əlçatan olacaqdır. (Naval)

Öz dəyərinizi həmişə bilməlisiniz. Əgər siz nəcib dəyərlərə və yüksək dürüstlüyə malik bir insansınızsa, etdiyiniz şeyi insanlara düzgün çatdırmaq üçün təmtəraqlı bir çıxış yaratmağa zaman ayırsanız, harada olursunuzsa olun, insanlar sizinlə əlaqə qurmaqdan və şəbəkə yaratmaqdan zövq alacaqlar. Bu çox vacibdir. Hər hansı  bir məhsulu və ya xidməti təklif edən zaman öz dəyər və bacarıqlarınızı bilməsəniz, şəbəkələşmə tədbirlərində məlumatın düzgün paylanacağına arxalana bilməzsiniz.

Guman edək ki, siz pozitiv münasibət saxlamağa, hamı və ya hər bir şey haqqında mənfi danışmaqdan çəkinməyə çalışdınız. Öz dəyərinizi göstərmək naminə siz özünüzü istedadlı, yardımsevər və dəyərli biri kimi göstərərək yaxşı reputasiya yaratmalısınız. Siz unikal bacarıqlara malik olmalısınız ki, insanlar sizi rəqabətdən daha üstün tutsunlar və sizinlə görüşməkdə, əlaqədə saxlamaqda həvəsli olsunlar.

4. Uzunmüddətli məqsədləriniz olsun

Dəyərli əlaqələr və uzunmüddətli məqsədlər sizin ümumi inkişafınızda çox mühüm rol oynaya bilər. Şəbəkə qurmaq təkcə vizit kartları və ünsiyyətdən ibarət deyil. Uzunmüddətli və qarşılıqlı fayda verəcək əlaqələr təmin edildikdə, şəbəkə öz həqiqi dəyərini saxlayır.

Səbirli olmağı öyrənsəniz yaxşı olar, çünki bunu etmək indi biraz vaxt tələb edə bilər. İstər onlayn, istərsə də oflayn insanlarla və ya cəmiyyətlə əlaqədə qalmaq ən yaxşısı olardı. Özünüzü maraqlı və dəyərli söhbətlərə cəlb edin.

Nəticə:

Qısaca onu deyə bilərik ki, əgər siz iş tapmaq üçün və ya biznesinizi təkmilləşdirmək üçün başqaları ilə əlaqə yaradaraq şəbəkə qurmaq istəyirsinizsə, bu zaman siz sırf həmin mövzuda maraqlı məlumatlar toplamalısınız. Biznes şəbəkəsi şişirdilmiş olsa belə, yuxarıda qeyd olunan məsləhətlərdən istifadə edərək, şübhəsiz ki, şəbəkə məharətlərinizi təkmilləşdirə bilərsiniz. Beləliklə, yuxarıda müzakirə olunan kontekstdə şəbəkələşmənin həddən artıq şişirdilib və ya şişirdirilməsindən asılı olmayaraq, onun əhəmiyyəti danıla bilməz. Sizcə də belə deyil? Bəli, bununla razılaşmalısınız, ona görə ki, hər hekayənin iki tərəfi var. Ümid edirəm ki, şəbəkənin üstündə olan qara buludları bacardığım qədər təmizləyə bildim.

Son olaraq onu demək istərdim ki, əgər siz pisliklərlə dolu olsanız, insanlar sizi içdən görəcəklər. Mən münasibət qurarkən çalışıram ki, niyyətlərimdə mümkün qədər açıq və şəffaf olum. Bəli, mən bildirdim ki, şəbəkələşmə həddən artıq şişirdilib, lakin bu o demək deyil ki, siz “əşi, rəddolun, mənim heçnə etmək fikrim yoxdur” deyərək davam etməlisiniz. Yuxarıda qeyd etdiyim şeyləri mükəmməl şəkildə yerinə yetirsəniz belə, bu o mənaya gəlir ki, siz nəticə olaraq əxlaqsız, yalançı birisiniz və dürüst insan xüsusiyyətlərinə malik deyilsiniz. Bu zaman etdiklərinizin heç bir mənası qalmır.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!