İstənilən ictimai bir natiq bizi arzuladığımız karyeranın ardınca getməyə və zövq almadığımız işi tərk etməyə həvəsləndirir. Hər hansı bir işə marağı olub-olmadığını bilmədən o təriflənən karyera yoluna girən bir çox insanlar tanıyırıq. Pərdə endikdən sonra isə reallıq üzə çıxır; bu nöqtədə karyera dəyişmək isə baha başa gələ bilir. Belə hallarda biz nə edirik? Rahatlığı, yüksək maaşı seçirik yoxsa yeni bir şey kəşf etməyə başlayırıq? Bir çox insan hansı istiqamətdə getdiyini dərk etmədiyi üçün xəyallarının yerinə rahatlığı seçir.
Ürək və Ağıl
“Ürək yoxsa Ağıl” ifadəsini eşidəndə ağlınıza nə gəlir? Bu, insanın öz xəyallarının axasınca getməsində iddialı olması və nə olursa olsun, arzularının ardınca getməsi ya da başqalarını müşahidə edərək hər hansı ümumi bir peşəni seçməsi deməkdir.
Şübhəsiz ki, arzularınızın ardınca getsəniz, bu sizə enerji verərək azadlıq hissi bəxş edəcək və möhkəm bünövrə verəcəkdir. Digər tərəfdən isə bunu təfəkkür təşfiq edir. Məntiq insanı intizamlı olmağa vadar edir. Bütün ağıllı hərəkətlər bir növ ehtirasla idarə olunur. Nəsə etməyə meylləndiyimiz zaman məntiqlə hərəkət etsək də, ehtiras vacibdir.
Niyə maraqlarınıza üstünlük verməlisiniz?
Xəyallarınızın ardınca getdiyiniz zaman gördüyünüz işdən həzz alırsınız və bu zaman sizə heçnə mane ola bilməz. Etdiyiniz işdə həvəli olduğunuz zaman sizi heçnə yolunuzdan döndərə və ya hədəflərinizə mane ola bilməz.
Əgər siz gördüyünüz işdən narazısınızsa, arzularınıza aparan yolda azmış ola bilərsiniz. Bu da o deməkdir ki, yanlış yoldasınız. Siz hal-hazırda işlədiyiniz yerdə başqaları üçün, əmək haqqı üçün yaxud da valideynləriniz sizin əvəzinizə qərar verdikləri üçün hələ də ilişib qalmış ola bilərsiniz. Ancaq siz özünüz də yaxşı bilirsiniz ki, pul dalınca qaçaraq öz istəklərinizi heçə saymaq şəxsi inkişafınıza mane olacaqdır.
Pul təbii ki, kənara atılacaq bir şey deyil. Pul bəzi insanlar üçün xariqələr yaradıb, bəzilərinin isə dünyasını başına uçurub. O bəzilərinin xəyallarını gerçəkləşdirir, bəzilərini isə çıxdaş edir. Kimisə xoşbəxt edəndə, kimisə də bədbəxt edir. Buna görə də bəziləri xoşbəxtliyi pulda görür. Onlar öz arzularını tamamilə kənara ataraq onlara daha çox pul qazandıracağını düşündükləri işin dalınca qaçırlar. Reallıqda isə, bu məsələyə başqa tərəfdən baxsanız, arzularınızın arxasınca qaçaraq ucsuz-bucaqsız uğurlar əldə edə bilərsiniz.
Arzularınızın ardınca qaçmağın faydaları
İndiki zamanda hamı tərəfindən bəyənilən işlər get-gedə azaldığı üçün bu cür iş seçməyiniz karyeranıza zərər verə bilər. İndi bunun sizin üçün ən doğru qərar olduğunu düşünsəniz belə, buna daha çox dözə bilməyəcəksiniz. Ona görə də, yaxşı olardı ki, maraqlarınıza uyğun gələn və xəyallarınızın arxasınca getməyə imkan verən bir iş axtarmağa çalışasınız. Niyə məhz xəyallarınızın arxasınca getməli olduğunuzu mən indi sizə izah edəcəyəm.
- Rahatlıq Hissi
Arzularınızın arxasınca getmək sizə gördüyünüz iş barəsində yaxşı hiss etdirir və rahatlıq hissi verir. Hər gün səhər tezdən sevmədiyiniz işə getmək üçün oyanmaq məcburiyyətində olmaq fiziki və ruhi sağlamlığınıza zərər verə bilər.
Ancaq siz, arzularınızın arxasınca getməyi seçsəniz, gördüyünüz işdən həqiqətən həzz ala bilərsiniz. Əmək haqqının hələ ki gözləntilərinizi qarşılamamasının elə də əhəmiyyəti yoxdur; Bunun sizə nə qədər dəyər qatdığını bilsəniz, çox təəccüblənərsiniz.
- Gücləndirilmiş Məhsuldarlıq
Nəsə etməyə məcbur olmaqdan yorucu heçnə yoxdur. Elə buna görə də məntiq tələb edən işlər olduqca darıxdırıcı və yorucu olur. Buna baxmayaraq, gördüyünüz işə həvəslə yanaşdığınız zaman, siz çətinliklərə həmişə açıq olacaq və darıxdırıcı günlərin bir gün sizi uğura aparacağını bildiyiniz üçün dözəcəksiniz.
Arzularının arxasınca gedən insanın yaradıcılıq qabiliyyətləri inkişaf edir və onlar həmişə yeni və həyəcanverici şeylər axtarmağa çalışırlar. Belə insan konstruktiv ideyaları inkişaf etməyə daha çox meylli olur və bununla da həyatına daha çox ləzzət #saltbae və maraq qataraq özünü daha yaxşı hiss edir. Bunlar sizin üçün əhəmiyyətsiz görünsə də, inanın ki, uzun illər sonra əhəmiyyətli faydalar verir.
• Daha Az Təzyiq
Əgər sizə maraqlı olan bir yerdə işləyirsinizsə, bu zaman siz özünüzü motivasiyalı hiss edəcəksiniz. Üzərinizdə yük hiss etmədən verilən tapşırıqlara fokuslanaraq onları tez və effektiv şəkildə yerinə yetirə biləcəksiniz. Beləliklə, stressiz olacaq və daha çox istirahət edə biləcəksiniz.
Digər tərəfdən, əgər arzularınıza məhəl qoymasanız və başqasının dediklərini etsəniz, işləmək sizə çətin gələ bilər. Bu da, nəticə olaraq iş saatlarının uzadılmasına səbəb olacaqdır. Odur ki, sizə sadə bir sual vermək istəyirik: Marağınız olmayan bir işdə çalışmaq yerinə, sizə maraqlı olan işdə işləmək daha rahat olmazdımı?
- Özünüdərk
Arzularınızın arxasınca getmək özünüdərk və vaciblik hissi verir. Əgər arzularınıza qarşı səmimi olsanız, gördüyünüz işə əhəmiyyət verəcəksiniz. İş üçün əlavə səy göstərməyə və tələb olunandan kənara çıxmağa etiraz etməyəcəksiniz. Bu, nəinki sizi motivasiya edəcək, həm də rəhbərlərinizdən layiq olduğunuz diqqəti görməyinizə səbəb olacaqdır.
Karyerasını qurmaqda həvəsli olan insan qarşısına hər hansı bir maneənin çıxmasına imkan vermir və istənilən problemin həll yolunu tapır. Uğur qazanmaqda tamamilə yeni səviyyəyə çatmaq təkcə arzularınızın arxasınca getməklə mümkündür. Bu, həyatınıza məna qatır və özünüzdən əmin hiss etdirir.
Bir dəfə Fuad adlı dostumla yürüyüşə çıxmışdıq. Axşamtərəfi içərişəhərdə fırlanarkən o məndən soruşdu: “Rəşad, ümumiyyətlə, nə ilə məşğul olmaqdan zövq alırsan?” Mənim cavabım onu təəccübləndirdi. Mən dedim: “Dostum, mən zövq almadığım heç nəyi etmirəm”. Məni bu məqaləni yazmağa elə Fuadla söhbətimiz təşviq etdi.
Nə vaxt xəyallarınızın yerinə məntiqinizdən istifadə edə bilərsiniz?
Yuxarıda da müzakirə etdiyimiz kimi, arzularınızın arxasınca getməyin əhəmiyyətli faydaları olsa belə, bu, hamıya aid olmaya bilər. Müşahidə olunub ki, karyera kouçları ilə məsləhətləşərək və buraxılış nitqləri təhlil edərək, insanların böyük əksəriyyəti dar düşüncəlilik səbəbi ilə vaxtı və pulu təkcə “arzularınızın ardınca gedin” məsləhətinə sərf etməyə üstünlük vermirlər.
Bəzi insanlar hətta nəyə maraqları olduqlarından belə xəbərsizdirlər. Digərlərinin isə birdən çox maraqları ola bilir. Təkcə bir şeyə marağınız olsa nə olacaq? Zamanla bu dəyişsə necə? Bütün həyatınızı bir şeyə həsr etdikdən sonra bir anda marağınız itsə nə olacaq? Geriyə qayıdıb hər şeyə sıfırdan başlamağa hazırsınızmı? Biz bilirik ki, bu çox qəribə səslənir. Maraqlarınızın ardınca getməkdənsə, əsaslı bir şeyin arxasınca getməyinizə səbəb budur:
• Nəyə marağınız olduğundan xəbərsiz ola bilərsiniz
Bir çox insanlar nə ilə maraqlandıqlarından tam əmin ola bilmirlər. Buna görə də onlar bunu uğurlu karyera ilə birləşdirə bilmirlər. Nəyə marağınızın olmasından xəbərsiz olmaq ağır stress və narahatlığa gətirib çıxara bilər. Əgər siz də bu cür insanlardan birisinizsə, narahat olmağa dəyməz. Nə istədiyinizi anlamaq üçün biraz zamana, öyrənməyə və fərqli işlərdə işləməyə ehtiyacınız ola bilər.
- Maraqlarınız zamanla dəyişə bilər.
Şübhəsiz ki, təkamül insanın zəruri xüsusiyyətlərindən biridir. Biz daim dəyişdiyimiz üçün maraqlarımız da dəyişir. Beləliklə, əgər indi sizi maraqlandıran bir şey tapmısınızsa, bu o demək deyil ki, həmin şey sizi bir neçə il sonra da maraqlandıracaq. Yeri gəlmişkən, bu tam olaraq məni təsvir edir.
• Birdən çox marağınız ola bilər.
İnsanlar çox qətiyyətlidir və onların birdən çox xüsusi maraqları ola bilər. Təkcə birini seçmək digər maraqların kəşf edilməsinə yer qoymadığı üçün bu, olduqca çətin məsələdir. Beləliklə, əgər insan əlavə maraqlarına məhəl qoymasa, bu zaman o öz daxili imkanlarını hərtərəfli araşdırmaya bilər. Mən də bu tipə aid ola bilərəm. Birdən çox marağım olduğu üçün hətta bəzən cəzalandırılmışam.
• Nəyəsə həvəsiniz olsa belə, bunu edərkən mütləq şəkildə uğurlu olmaya bilərsiniz.
Bir şeyə marağınızın olması o demək deyil ki, siz onu tez bir zamanda mənimsəyəcəksiniz. Televiziyalarda gördüyümüz müxtəlif istedad şouları bu kontekst üçün ən gözəl nümunədir. Beləliklə, seçdiyiniz peşədə uğurlu deyilsinizsə, bu zaman peşəkar reytinqlər uğrunda mübarizə apara bilməyəcəksiniz. Nəticədə isə uğursuzluğa düçar olacaqsınız.
Arzularınızın arxasınca getmək niyə bu qədər çətindir?
Bir çox insanlar fikirləşirlər ki, xəyallarınızın arxasınca getmək insana asanlıqla başa gəlir. Reallıqda isə, tam əksidir. Xəyallarınızdakı iş sizin müraciət etməyinizi gözləmir. Bir şey seçdikdən qabaq güclü və peşəkar tərəflərinizdən xəbərdar olmalısınız.
Arzularınızın arxasınca getməyə qərar verdikdən sonra bu, sizin üçün mütləq şəkildə yerinə yetirilməli bir işə çevrilir; bu da arzunuzun əhəmiyyətini və işığını azalda bilər. Arzunun ardınca davamlı olaraq getmək çətindir. Siz başa düşməlisiniz ki, xəyallarınıza çatmaqda kömək edən ehtiras hissi haradansa tapa biləcəyiniz bir şey deyil. Onu ancaq inkişaf etdirə bilərsiniz. Xəyallarınızın arxasınca getmək çox vaxt tələb etdiyi üçün ilk vaxtlar çətin ola bilir. Daha yüngül desəm, ehtirasınız sizi bəzən yoldan çıxara bilər. Buna görə də məhdudiyyətləri ağlınızda saxlayın.
Yekun Fikirlər
Hazırda yaşadığımız dünyada pul qazanmaq çox vacib hal alıb. Lakin karyera seçərkən bizim əsas qayəmiz bu olmamalıdır. Həyatınızı arzularınıza həsr etsəniz, karyeranıza təkan verə və daha sürətli işləyə bilərsiniz. Şübhəsiz ki, ehtiras hissi uğurun açarıdır.
Digər tərəfdən, əgər siz güclü tərəflərinizin fərqində deyilsinizsə, sizi nəyin xoşbəxt etdiyini anlamaq üçün müxtəlif şeylər sınaya bilərsiniz. Siz həmçinin digər təriflənən karyeraları da yoxlaya bilərsiniz; siz bilməlisiniz ki, ehtiras arxasınca qaçmaq üçün yox, inkişaf etdirilmək üçün nəzərdə tutulub. Əgər hər hansı bir səbəbdən bu karyera yolunu seçsəniz və indiyə fokuslansanız, siz hətta arzularınıza vaxt da ayıra bilərsiniz.
Əgər siz bu məqalədən aydın bir məsləhət gözləyirdinizsə, üzr istəyirəm. Heç kim sizə nə edəcəyinizi deyə bilməz. Bu fikirlərdən bəziləri artıq sizin beyninizdə var idi. Bəzən insana lazım olan tək şey bunu başqasından eşitməkdir. Mən bunu sağlam düşüncənin yoxlanışı adlandırıram.
Sonda isə demək istəyirəm ki, heç kim sizdən yaxşı bilə bilməz. Seçimlərinizin nəticələrini sonra yaşayan siz olacaqsınız. Rəhbərinizi, valideynlərinizi, dostlarınızı və ya məni günahlandırmayın. Verdiyim məsləhətlərə əməl edib-etməmək belə tamamilə sizin qərarınızdır. Uğurlar!