Karyera

Niyə növbəti iş yeriniz kimi ATL Tech-i seçməlisiniz?

 

"ATL Tech" sahib olduğunuz işgüzar keyfiyyətləri inkişaf etdirə, yeni keyfiyyətlərə yiyələnə və istedadınızı uğurunuza – uğurumuza çevirə biləcəyiniz sağlam iş mühitidir.

 

Uğurlu iş prosesinin təməli işini sevən, məmnun əməkdaşlardır. Bu səbəbdən, iş mühitimiz qarşılıqlı hörmət, müsbət enerji mübadiləsi, dürüstlük və loyallıq kimi xüsusiyyətlərin vəhdətindən formalaşır. Öncəliyimiz tərəfdaşlarımızın daha effektiv və səmərəli fəaliyyətinə dəstək olmaqdır. "ATL Tech"-də siz fəaliyyətinizin innovativ həllərin yaradılmasına və rəqəmsal transformasıyanın sürətlənməsinə verdiyi töhvəni müşahidə edə biləcəksiniz.

 

"ATL Tech" karyeranızda fərq yaratmaq, texnologiya sahəsində iz buraxmaq fürsətiniz ola bilər. Bizə qoşulun, inkişaf yolunda birgə addımlayaq!

Niyə ATL Tech?

Hibrid iş rejimi

Hibrid iş rejimi sizə evin rahatlığını və ofisdəki məhsuldarlığı birləşdirmək imkanı verir.

Ədalətli əmək şərtləri

Biz ədalətli əməkhaqqı, şəffaflıq və peşəkar məqsədlərinizi dəstəkləmək üçün şərait yaradırıq.

Həqiqi komanda ruhu

Biz hər bir həmkarın dost olduğu və hər bir fikrin dəyərli olduğu bir mühitdə işləməyi tərcih edirik.

Əməkdaşlarımız nə deyir

Vakansiyalar

Tələbə təcrübə proqramı

Dəyərli tələbələr, bu sizin ilk iş yeriniz ola bilər!
ATL Tech gənc mütəxəssisləri dəstəkləməkdən qürur duyur. Biz sizin üçün karyeranızı asan, məhsuldar və maraqlı şəkildə başlamağınız üçün şərait yaradırıq.

- Karyeranıza qabaqcıl dəyərləri paylaşan IT şirkətində başlayın. Biz sizə potensialınızı üzə çıxarmağa və gələcəyin ən tələb olunan sahələrində əsas bacarıqları inkişaf etdirməyə kömək edəcəyik.

- Peşəkarlarla birlikdə öyrənin və inkişaf edin. Sizə gələcəyin peşələrini mənimsəməyinizdə təcrübəli mentorlar dəstək olacaq.

- İlham verən işlərdə iştirak edin. Bizim komandamıza qoşulmaqla insanların həyatına və biznesinə təsir edən real layihələrdə iştirak edəcəksiniz.

ATL Tech komandasına qoşulun və bu gündən etibarən gələcəyinizi qurmağa başlayın!

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!