Əlaqə Mərkəzini yeniləməyin vaxtı gəldi
ATL Tech multifunksional Əlaqə Mərkəzi sistemini təqdim edir. Proqram təminatı həm daxil olan, həm də gedən zənglər üçün lazım olan bütün xüsusiyyətləri özündə birləşdirir.
Instacall-un özəllikləri
İnteraktiv Səsli Cavablama
Avtomatik sistem zəng edənlərlə əlaqə qurmağa imkan verir və zəngləri müvafiq şəxslərə yönləndirməyə kömək edir.
Müştərilərlə qarşılıqlı münasibətlərin idarəolunması
CRM sistemi müştərilərin ümumi məmnuniyyətini və təcrübəsini təkmilləşdirmək üçün müştərinin tarixçəsi haqqında doğru məlumatları əldə etməkdə agentlərə kömək edir.
Abunəlik təkmilləşdirmələri
Aylıq abunə paketi 10-dək agent, 100-dək kanal istifadəsini nəzərdə tutur. Əlavə ödəniş ilə agent və kanal sayının artırılması mümkündür.
Sifarişlər
Müştəri, kuryer və təyinat yeri haqqında məlumatları təqdim edərək sifariş prosesini asanlaşdırır.
Növbə idarəetməsi
Zəng növbəsini azaltmaq üçün daxil olan zəngləri ən uyğun şəkildə agentlərə yönəltməyə kömək edir.
Bildiriş sistemləri
İş axınının gedişatını izləmək üçün idarəçilər arasında ünsiyyəti asanlaşdırır.
Sistem İnteqrasiyası
Məhsulu daha faydalı etmək üçün, fərqli alt sistemləri birləşdirir.
Tiketinq
Müştərilərə daha çox şəxsi dəstək verməyə imkan yaradır.
Hesabatlar
Real vaxt rejimində iri həcmli məlumat və hesabatları idarə etməyə kömək edir.
Instacall necə işləyir?
Bulud əsaslı əlaqə mərkəzi olan Instacall-un funksionallığı ilə tanış olmaq üçün təqdimat videosunu izləyin.