Hadisələri idarə etdiyiniz yanaşmanı dəyişdirin
K3 sadə interfeysli, lakin təcili zənglərin əlaqə mərkəzinə avtomatik qəbulu, ötürülməsi və emal edilməsi üçün maksimum funksionallığı olan bir proqramdır.
K3 özəllikləri
Real vaxt statusu
Ölkənin real vaxt rejimində mövcud olan fövqəladə vəziyyət statusu qapalı və davam edən məsələlərin lazımi hallarda səmərəli fəaliyyət göstərməsinə imkan verir.
Yerin müəyyənlişdirilməsi
Zəng qəbul edildikdən sonra ən qısa müddət ərzində tələb olunan heyəti lazımi yerə göndərmək üçün zəng edən şəxsin xəritədəki dəqiq yerini müəyyənləşdirilməsi.
Məlumat izləmə
Təcili xilasetmə maşınlarının onlayn yerləşməsi ilə yanaşı, yanacaq, su və digər alətlər haqqında bütün lazımi məlumatların izlənilməsi.
İnformasiya təhlükəsizliyi
Məlumatların ixtiyarsız girişdən qorunması, vaxtaşırı mövcud qeydlərin yoxlanılması, yenilənməsi və filtr olunması.
Uyğun vasitə seçimi
Fövqəladə hal növünə uyğun olaraq ən uyğun vasitə və personalın seçilməsi.
Sistem inteqrasiyası
Müxtəlif texnologiyaların istifadəsi, digər sistemlərlə inteqrasiyanı mümkün edərək kəsintisiz iş axınını təmin edir.
K3 nə üçün istifadə olunur?
Müxtəlif fövqəladə hallara və təşkilatların ehtiyaclarına uyğun olaraq qurulan K3 sistemi ilə yaxından tanış olmaq üçün təqdimat videosunu izləyin.