Məlumatları doğru seçilmiş proqram təminatı ilə toplayın
Obyekt Pasport Sistemi (OPS) dövlət və özəl təşkilatları, onların strukturları və avadanlıqları, hüquqi və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də daxil olmaqla, vahid verilənlər bazasında obyektlər haqqında ətraflı məlumat toplayan bir proqram təminatıdır.
OPS-in özəllikləri
Dinamik parametrlər
Sistem daxilindəki parametrlərin dinamik olması, istifadəçiyə hər hansı bir obyektə aid parametrləri müvafiq olaraq əlavə etmək, yeniləmək və silmək imkanı verir.
Admin paneli
Verilən hüquq çərçivəsində məlumatdan faydalanmaq imkanı əldə etmək üçün müvafiq istifadəçi statusuna uyğun olaraq idarəetmə lövhəsi funksiyalarının görünməsini təmin edir.
Sadə interfeys
Sistem, ümumi axtarışı asanlaşdırmaq və istifadəçi qəbulunu daha çevik şəkildə həyata keçirmək üçün obyektlər, avadanlıqlar və qurğular haqqında məlumatları ardıcıl qaydada qeydiyyatdan keçirməyə imkan verir.
Sistem inteqrasiyası
Fərqli hökumət strukturlarının digər sistemlər ilə asan inteqrasiya proseslərini daha səmərəli edir.
Təhlükəsizlik
Məhsuldarlığın və səmərəliliyin artırılması üçün toplanmış məlumatların daha etibarlı və təkmilləşdirilmiş şəkildə saxlanmasına imkan verir.
Rəqəmsallaşdırılma
Mövcud məlumatları elektron formada saxlayır və bununla kağız istifadəsini sıfıra endirərək xərcləri azaldır.
OPS üstünlükləri nələrdir?