Vəzifə öhdəlikləri:
- Zənglərin idarə olunması üzrə proqram təminatının front-end arxitekturasının və istifadəçi interfeysinin hazırlanması;
- Məhsul sahibi və back-end komandası ilə sıx əməkdaşlıq edərək UI dizaynlarını (Figma) və biznes tələblərini funksional interfeyslərə çevirmək;
- Proqram təminatının responsiv dizayn prinsiplərinə uyğun olmasını təmin etmək;
- Sprintlər çərçivəsində həvalə edilən tapşırıqları sərbəst şəkildə icra etmək;
- Layihə tələblərinə uyğun olaraq komanda ilə koordinasiyalı işləmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- React.js ilə praktiki iş təcrübəsi;
- JavaScript, HTML5, CSS3, jQuery texnologiyaları üzrə biliklər;
- REST API-larla inteqrasiya sahəsində yüksək təcrübə;
- Təmiz və anlaşılan kod yazmaq bacarığı;
- Bootstrap, WebSocket və Git ilə işləmək təcrübəsi;
- Ardıcıl və paralel alqoritmlərlə, mikroservislərlə, WebRTC protokolu ilə tanışlıq;
- VoIP/telefoniya və ticketing sistemlərinin UI komponentləri üzrə baza biliklər;
- Yüksək problem həll etmə bacarığı və komanda işi vərdişləri.