Növbəti məqaləm adındanda göründüyü kimi Azure -a nisbətən yeni gələn VMware Cloud on Azure by CloudSimple haqqında olacaq. Mən çalışıramki elə bir mövzu seçimki bunun haqqında məlumat az olsun. Və nəticədə oxucular üçün faydalı bir yazı olsun.
İlk əvvəl bu servisin nə işə yaradığı haqqında məlumat verim. Bu servis vasitəsi ilə siz VMware infrastrukturunuzu heç bir dəyişiklik etmədən tamamamilə vəya qismən Azure üzərinə daşıya bilərsiniz. Qismən dediyim yəni hybrid şəkildədə işlədə billərsiniz. VMvare infrastrukturunun Azure uzerinde işəməsi CloudSimple servisi tərəfindən təmin olunur. Bu servis sizin Vmware -i işlətməyiniz üçün lazım olan bütün komponentləri təmin edir. Bu komponentlər vSphere, vCenter, vSAN, NSX-T -dən ibarətdir.
Onu bildirmək istərdimki bu servis Azure üzərində hər hansı bir nested texnologiya ilə deyil, bare-metal texnologiya ilə işləyir.
Bəs bir şirkət mövcud VMware infrastrukturunu nə üçün Azure üzərinə daşısın? Bunun bir çox səbələri ola bilər. Günün tələblərindən meydana çıxan ən vacib senaryolara baxaq.
Senaryo 1. Gün keçdikcə modernləşən texnologiyaların özü ilə gətirdiyi yeniliklərdən istifadə etməli olan şirkətlər öz datacenterlərini yeniləmək məcburiyyətində qalırlar. Yeniləmə işi çox çətin və ciddi maliyyə tələb edən prosesdir. Və bu məqamda infrastruktrun Azure üzərində olduğunu varsayarsaq, Azure bu işi öz öhdəsinə götürür. Yəni ehtiyaca uyğun olaraq resursları şox asanlıqla artırıb və azaltmağınıza Azure imkan verir.
Senaryo 2. Bəzəndə olurki datacenterlerdə çox böyük həyati məlumatlar olur, və biz o məlumatları maksimum dərcədə qorumalıyıq və 7/24 əlçatan etməliyik. Azure bunun üçün bizə Disaster Recovery xidmətini təqdim edir. Və biz bununla məlumatlarımızı başqa lokasiyadakı datacenterlərə copyalayırıq. Və olası hər-hansı bir fəlakət anında həmin datacenterdəki serverlərimizi ayağa qaldırırıq. Bununlada fəlakət anından minimum dərəcədə zərərsiz çıxmış oluruq.
Senaryo 3. Azure VMware Solutions, Oracle və Microsoft SQL kimi verilənlər bazalarıda daxil olmaqla ən ağır yüklərin üstəsindən gələcək şəkildə dizayn edilib. Network sürəti 25 Gb/s olmaqla yanaşı yüksək səviyyədə bant genişliyini təmin edir. Və bu göstəricilərə dayanaraq yüksək performansı qarantiya edir.
Senaryo 4. Azure, yeni çağın yeni texnologiyaları olan AI (Artifical Intelegince) ve Machine Learning eyni zamanda Devops kimi yeni texnoloji bir çox servislərə sahibdir. Artıq bu servislər, infrastrukuturun VMvare tərəfini yenidən modernləşdirməyə ehtiyac olmadan mövcud serverlerə və tətbiqlərə daxil edilə bilər. Yuxarıda adını çəkdiyim servislərlə yanaşı olaraq bildirmək istəyirəmki Azure -un təqdim etdiyi servislərin böyük bir hissəsini bu VM -lərə rahatlıqla tətbiq etmək olar.
Haqqında danışdığım vəya başqa səbəblərdən infrastrukturu Azure üzərinə daşıyan şirkətin bilməsi olan müəyyən vacib məqamlar vardır. Bunlardan biri Azure bölgələridir. Bu servis Azure -un müəyyən bölgələrində aktivdir. Bu bölgələr hələki Şərqi ABŞ, Qərbi ABŞ, Cənub Mərkəzi ABŞ, Qərbi Avropa, Şimali İsveçrə və Qərbi İsveçrə -dir. Siz həmçinin bu linkdə istənilən Azure servislərinin hansı bölgələrdə aktiv olduğunu tapa bilərsiniz. Bəs hansı regionu seçəcəyini şirkət necə və nəyə əsasən müyyən etsin. Bunun bir çox səbəbi ola bilər, amma ilk olaraq özünə ən yaxın bölgəni və ən aşağı latency (gecikmə) haradırsa onu seçməlidir. Bunu müəyyən veb saytlar varki oradan test edə bilərlər. Buna misal olaraq https://www.azurespeed.com/ saytını misal göstərə bilərəm.
Servis haqqında ilkin anlayışları verdiyimə görə artıq necə istifadə ediləcəyi haqqında yaza bilərəm. CloudSimple servisi vasitəsilə VMware istifade etməzdən əvvəl bu servisin daxilində private bulud yaradılmalıdır. Private bulud yaratmaq üçün minimum 3 node -a ehtiyac var. Node Azure datacenterlərində VMware üçün istifadə edilən bare-metal hypervisor serverləridir. Bu node -lar Azure -dan kiralanır. Ehtiyacımız olduğu zamanda elavə node artırıb azaltmaq mümkündür.
Node -lar yəni, ESXi hostları VMware vSphere 6.7 U2 update-ləri ilə təmin olunur. Buradakı istənilən növ update -lər və upgrade-lər tamamilə microsoft tərəfindən həyata keçirilir. Deyəkki məsələn VMware yeni bir update təqdim etdi, microsoft bu update-i tez bir zamanda sizin ESXi hostlarınıza təmin edir. VMware tərəfindən artıq update mövcud olduqda, Azure bir xəbərdarlıq notification -ı göndərir. “Sizin ESXi hostlarınızda qarşıda planladığımız təmir işləri vardır” . Və update zamanı Azure VM -ləri başqa node -lara köçürür, update olunduqdan sonra yenidən öz node -larına qaytarırlar. Beləliklə heç bir kəsintidən söz gedə bilməz.
Və hər bir ESXi clusterində 3 -dən 16 -ya qədər node ola bilər. Eyni zamanda bir private cloud -da 64 -ə qədər node almaq mümkündür. Azure CloudSimple private cloudu üzərində ESXi hostlarına 99.9 SLA faizi ilə HA (əlçatanlıq qarantiyası) verir.
Private cloud, vSphere cluster -də tam olaraq konfiqurasiya edilmiş vSAN datastore -larla təchiz olunur. Bu vSAN datastore -ları full-flash SSD disklərdir. Private buludda hər ESXi node -unda iki cüt disk qrupu yaradılır. Və bu disk qruplarının hər birində diskin biri cache üçün, digər üçü isə data üçün ayrılır. Cache diskler 3.2 TB -a qədər ola bilər. Əgər disk tutumunu artırmaq istəsəniz əlavə bir node artırmaq lazım olur. Azure vSAN -larda avtomatik olaraq deduplication ve compression aktiv gəlir. Və eyni zamanda storage policy -lər yaradıb VM -lərə assign etmək olar. Məsələn: ”FTT=1 Raid 1 (mirroring) — 2 copies” policy yaradıb VM -lərə assign etmək olar. Bu policy -ə əsasən 2 node -u data diski kimi, qalan biri ise witness kimi istifade edilir. Witness disk VM-lere aid heç bir data saxlamır. Metadata -lar olur sadəcə.
Bu servisi istifadə etmək üçün Azure ilə On-premise arasında network seçimini tələbə uyğun seçmək lazımdır. Ümumi olaraq Azure 3 cür bağlantı növü təqdim edir:
Bunlardan ən məsləhətli olanı ExpressRoute -dur. ExpressRoute -un özünündə 3 növü var. ExpressRoute Direct, ExpressRoute Premium və ExpressRoute.
- ExpressRoute Direct bir L2 extend MPLS network -dur. Bu bağlantı növündə çox aşağı səviyyədə latency və 10 Gb/s qədər sürət əldə etmək mümkündür.
- ExpressRoute və ExpressRoute Premium özü isə BGP routing prokolunu istifadə edən VPN növüdür. Və 1 Gb/s sürət əldə etmək olur.
Bu VPN növünü istifadə etmək üçün ilk əvvəl provayderiniz bunu dəstəkləməlidir.
Azure bu servisi istifadə etmək üçün Site-to-Site VPN -də əlçatan edib. Bu təbiki expressroute qədər effektiv olmayacaqdır. Çox böyük məlumat alışverişi yoxdursa, bu VPN növünüdə seçmək olar.
Listdə Point-to-Site VPN növüdə vardır. Bu VPN növü yalnız management üçün istifadə oluna bilər.
Hər şey quruldu və hər şey hazırdır. Bəs hansı yollarla VM -ləri daşımaq mümkündür?
Ən əlverişli yol VMware -in öz migration tool -u olan VMware HCX -dır. HCX site -lər arasında müqayisə işləri həyata keçirir, vSphere versiya fərqlərini aradan qaldırır və asanlıqla VM -ləri digər site -a daşıyır. HCX ilə eyni anda təxmini olaraq 100 VM daşımaq mümkündür. VMware vMotion -da istifadə oluna bilər. Bunun vasitəsi ilədə canlı daşıma işləri aparıla bilər.
HCX üçün əlavə lisenziya almaq lazımdır. vMotion üçün əlavə lisenziya lazım deyil. Sadəcə vSphere Enterprise üzərində bir özəllik kimi verilir.
Əlavə olaraq VM -ləri daşımaq üçün VEEAM, Zerto kimi 3cü-party tools -larda istifadə etmək olar.
VMware infrastrukturunu Azure -a gətirdikdə VM-lərimizi idarə etmək üçün həm on-prem -də istifadə edilən vasitələr həmdə əlavə olaraq Azure -un təqdim etdiyi vasitələri istifadə etmək mümkündür. Bunlara on-prem -də istifadə edilən vSphere web client, Power CLI və 3cü-party tools -lar daxildir.
Və birdə Azure -un bizə təqdim etdiyi Azure Portal, Azure CLI, PowerShell, ARM templates hətda Azure Integration Service -lərlə idarə edə bilərik.
Bu xidməti test etmək üçün ilk əvvəl Azure Enterprise Agreement abunəliyi olmalıdır. Və əgər Enterprise Agreement abunəliyi varsa Azure satış departmentinə ticket açdıqdan sonrakı mərhələ olaraq sizi whitelist -ə əlavə edirlər. Daha sonra bu servisi test etmək mümkün hala gəlir. Qeyd edimki bu servis çox bahalı bir servisdir. Və birbaşa minimum 3 bare-metal node ilə işlədiyi üçün və eyni zamanda VMvare lisenziyaları tələb etdiyi üçün bunu rahatlıqla test kimi verə bilmir Azure.
Beləliklə bu məqalənin sonuna gəldim. Çalışdımki VMware Cloud on Azure by CloudSimple haqqında vacib olan bütün məlumatları verim.