Mart 06, 2021

Bu il üçün Rəqəmsal infrastruktura təsir edəcək texnologiyalar

Mənə də olduqca maraqlı gələn bir hisslər var, hər il olduğu kimi bu ildə Silkon Vadisində nələr baş verir, Covid-19 nəhəng texnologiya şirkətlərində nələrə səbəb olur? Texnologiya şirkətlərinin köçü başladı. Yeni mərkəzlərmi yaradılır yoxsa mərkəzsizləşdirmə.

Texnologiya meyyarları proqnozlaşdırmaq bir problemdir, xüsusən də bütün dünya birdən tərs çevrildiyi 1.5 ildən sonra bunu etməyə çalışırsan. Son dərəcə qeyri-adi bir il olan 2020-ci ildə, normal olaraq illərlə davam edəcək bir rəqəmsal transformasiya prosesi bir neçə aya tamalandı və davam etməkdədir. Bu təsirdən biznesimiz, ailəmiz, özümüz ciddi təsirə məruz qaldıq.

Cloud

Artıq heç birimizdə sirr deyil ki, ənənəvi infrastruktur bugünkü rəqəmsal dünyamızın tələblərinə cavab verəcək şəkildə dizayn edilməyib. Rəqəmsal müəssisələr getdikcə daha çox müasir proqram yığınlarına və açıq mənbəli, bulud əsaslı texnologiyalara keçməkdədir. Sadə dildə desək, bulud əsaslı yanaşma bulud hesablama texnologiyaları və mikroservislər, API prioritetli arxitekturalar və DevOps kimi prinsiplərin tətbiqini, həmçinin konteyner orkestrası (məsələn Kubernetes) özündə cəmləməkdədir. Bu texnologiyalar birləşərək biznesi daha sürətlə böyütməyə,ölçə bilməyə, mərkəzsizləşdirməyə gətirib çıxarır. Belə hallarda, hibrid bir multicloud arxitekturası tez-tez istifadə olunur. Bu metodla istifadəyə hazır olan proqram təminatı gecikmə, istifadəyə daha tez hazır, performans və çeviklik kimi getdikcə daha sərt meyarlara tabedir. Buna görə rəqəmsal infrastruktur hər zamankindən daha vacibdir.

2021-ci ilin sonuna qədər müəssisələrin 80%-nin bulud mərkəzli infrastruktura, tətbiqlərə pandemiyaya nisbətən iki dəfə daha sürətli keçid üçün yeni mexanizmlər yaradacağı təxmin edilir -İDC.

Bu dəyişiklik ənənəvi infrastrukturun tərtibatında əsaslı dəyişiklik deməkdir. Müasir rəqəmsal infrastruktur (məlumat mərkəzi, şəbəkələr və disk massviləri və s.) tamamilə API-lər vasitəsilə özündə cəmləşdirəcək. Proqram təminatı ilə müəyyən edilmiş infrastruktur üçün vizyonumuz odur ki, avtomatlaşdırıla bilən hər şey proqram təmiantı vasitəsi ilə avtomatlaşdırılmalıdır.2021-ci ildə bulud əsaslı texnologiyalar və orkestrası əsaslı infrastruktur sürətlə qəbul ediləcək və infrastruktur yığınının demək olar ki, hər qatında geniş yayılacaqdır.

Mütəxəsislər ixitsaslarının formalaşdırılmasında nəyə diqqət etməlidir. Ənənvi bildiyimiz sistem mühəndisi, şəbəkə mühəndisi, db mühədisi kimi ixtisaslar dəyişməyə doğru gedəcək. Qısacası deyə bilərəm ki, hər kəs proqramçı mühəndis olmaq məcburiyyəti ilə üz-üzə qalacaq.

5 G

5G texnologiya baxımından əhəmiyyətli bir mərhələdir. Genişzolaqlı rabitə ənənəvi kabel xətlərini əvəzləyəcəyi üçün zamanla 5G-nin simsiz xətləri əvəz edəcəyini gözləyirik. 2021-ci il, müəssisələrin infrastruktur inkişaf planlaşdırmasında 5G-ni düşünməyə başladığı il olacaqdır. 5G -nin daha geniş əhatə dairəsi, daha yüksək etibarlılıq, daha yüksək bant genişliyi və daha yaxşı təhlükəsizlik təmin edəcəkdir. 100 qat daha sürətl məlumat ötürə bilməsi (multi Gbps), son dərəcə aşağı gecikməsi (1 ms-ə qədər) bizeslərin transformasiyasına böyül töhvə verəcək.

AI (Süni Zəka)

Süni zəka qətiliklə yeni bir konsepsiya deyil, lakin həm maşın öyrənmə, həm də dərin öyrənmə sahəsindəki irəliləyişlərlə, AI, təxminən 100 il əvvəl elektrik enerjisinin etdiyi kimi, demək olar ki, bütün sahələri dəyişdirməyə hazırdır. Çox dəyərli əziz dostum, Ələkbər Vəlizadə ilə 2019- cü ildə etdiyimiz bir söhbət yadıma düşür. Biz mütləq Aİ ilə məşğul olmalıyıq. Çətin olsada artıq bizdə bu sahənin oyunçularındanıq.

Ən böyük süni zəka təlimlərində istifadə edilən əməliyyatların həcmi dəfələrlə artmağa başladı. Əməliyyatların miqdarı demək olar ki, üç yarım ayda iki dəfə, AI alqoritmi səmərəliliyi isə hər 16 ayda iki dəfə artır.

IDC-yə görə, 2022-ci ildə qarışıq iş modelini qəbul edən təşkilatların 80% -i çevik bir iş modeli təmin etmək və real vaxtda bir fikir əldə etmək üçün AI dəstəkli və təhlükəsiz kənar infrastruktura dörd qat daha çox büdcə ayıracaqdır.

Alternativ Enerji

Məlumat Mərkəzləri ( Data Center ) artıq öz enerjilərini özlrəi təmin etməyə başlayacaqlar. AWS, Google kimi nəhənglər artıq bu barədə məlumatlar paylaşırlar. 2021 ilk böyük “səbəkə və davamlılıq” mərkəzli məlumat mərkələlinin başlanmasına şahid olacaq.

Gələcək üçün rəqəmsal infrastrukturun formalaşdırılması
2021-ci ilin 2020-ci ilə nisbətən daha proqnozlaşdırıla bilən və daha az təəccüblü olacağına ümid etsək də, işlərin artıq əvvəlki kimi olmayacağı aydındır. Rəqəmsal böyümə və sürətlənmə qalıcı olacaq. Bu şüur, rəqəmsal liderlərin təşkilatlarına açıq bir üstünlük verəcək texnologiyalar və tendensiyaları mənimsəməsinə ehtiyac duyur. Bu makro tendensiyaları anlayan və əhatə edən iş və texnologiya liderləri, dəyişən gələcəyimizə töhfə verməyə daha yaxşı hazır olacaqlar…

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!