Mən əminəm ki, indiki dövrün uşaqlarının texnologiya istifadəsində bizim 20-ci illərin əvvəllərində olduğumuzdan daha mahir olduqlarını hamımız dərk etmişik. Mən də eyni şeyi yaşamışam. İstər inanın, istər inanmayın, lakin gənclər və uşaqlar arasında texnologiya döngüsünün mənmimsənilməsi heç vaxt olmadığı kimi yüksələcəkdir.
Texnologiyanın dünyaya hakim olduğu bu proqressiv dövrdə ondan çəkinmək çətin məsələdir. Texnologiya, demək olar ki, hər sahədə bir sıra üstünlüklər təklif edib. Bununla belə, hər bir faydalı şey çatışmazlıqlarla gəlir. Texnologiya ilə də eyni haldır.
Bu, inkişaf mərhələsində və öyrənmə yaşlarında olan uşaqlar üçün faydalı və eyni zamanda da təhlükəli ola bilər. Buna görə də, valideynlər texnologiyadan istifadə edən uşaqları üçün narahat olurlar.
Bu məqalədə biz texnologiyanın faydalı olub-olmadığını müzakirə etmək üçün onun ən faydalı və mənfi cəhətlərini əhatə etdik. Beləliklə, gəlin başlayaq.
Texnologiyanın uşaqlara nə kimi təsiri olur?
Texnologiya bu günlərdə həm uşaqlar, həm də böyüklər üçün ünsiyyətin, ictimailəşmənin, yaşamın yeganə mənbəyinə çevrilib. Bundan əlavə, valideynlər adətən uşaqlarına təsir göstərən şeylərə görə narahatlıq hiss keçirirlər. Çünki hər şeyin ifrat dərəcədə olması pisdir; məncə hərkəs həyatında bu klişeni ən azı bir dəfə eşidib. Hər şeydən əvvəl, valideynlərin vəzifəsi uşaqlarının yeni şeylərlə qarşılıqlı əlaqəsinə diqqət yetirməkdir.
Texnologiyanın uşaqlara göstərdiyi bir neçə müsbət və mənfi təsirlər bunlardır.
Müsbət təsirlər:
Texnologiya istənilən ölkənin inkişafında vacib rol oynayır və uşaqlar ölkənin gələcəyidir.
Məlumat almaq üçün vaxta qənaət edən və asan giriş
Texnologiya, mobil telefonlarından tutmuş mexaniki avadanlıqlara qədər həyatımızın bütün aspektlərinə daxildir. Bir çox veb-saytlar, xüsusən də ümumdünya şəbəkəsi, demək olar ki, bircə kliklə hər kəsin daxil ola biləcəyi və istənilən şey haqqında geniş məlumat ala biləcəyi platforma təqdim edib.
İndi insanlar e-kitablardan, bloglardan, xəbər məqalələrindən, faktiki məlumatlardan, şəkil və videolardan əlverişli qiymətə elə evdəcə yararlana bilərlər. Bu həm də hər hansı bir kitab və ya mövzunu tapmaq üçün kitabxanada minlərlə səhifəni vərəqləmək yükünü də yüngülləşdirib. Sosial media platformaları bizdən millərlə aralı olan yaxınlarınızla və əzizlərinizlə qarşılıqlı əlaqə yaratmaq üçün birbaşa mənbə təklif etməklə yanaşı, informativ məlumatlarla da əyləndirir.
Koqnitiv qabiliyyət
Uşaqların daim inkişafda olan beyinləri var. Onlar texnologiyaya yüksək səviyyədə məruz qaldıqları zaman beyinləri internet yanaşmasını düşünməyə uyğunlaşır. Onlar bir çox məlumat mənbələrini emal edirlər və bununla da özlərini inkişaf etdirmək əvəzinə hər şeyi skan etməyə çalışırlar. Buna görə də, günümüzün müasir nəsil uşaqlarında idrak qabiliyyətinə nadir hallarda rast gəlinir. Uşağın idrak qabiliyyəti nə qədər çox olarsa, o, dərslərində bir o qədər təkmilləşər. Bu da özlüyündə onlara akademik qiymətlərində müfəvvəqiyyət qazanmalarına kömək edəcəkdir. Ancaq valideynlər uşağın fokuslanmaq bacarığını da nəzərə almalıdırlar. Gəlin sizə qısa bir hekayə danışım.
İllər öncə mən Bakıda uşaq bağçalarının açılması imkanını araşdırmaq məqsədilə həmkarlarımla BƏƏ-də idim. Beləliklə, biz BƏƏ-də bəzi beynəlxalq françayzinq sahiblərinə baş çəkmək qərarına gəldik. Uşaq bağçalarının birinə səfərimiz zamanı qəribə bir dizayn elementi müşahidə etdim. Divarların hər birində tədris qrafiki və ya mətni olan yalnız bir çərçivə var idi. Başqa heç nə. Nə göy qurşağı, nə heyvan, nə barbi və nə divarlarda onlarla rəsm. Heçnə. Çox minimalist. Bunun səbəbini soruşduqda isə onlar dedilər: Doğulduqları andan başlayaraq, uşaqlar beyin əlaqələrini gündəlik təcrübələri hesabına inkişaf etdirirlər. Uşaqlar bu əlaqələri öz valideynləri, baxıcıları və dünya ilə olan qarşılıqlı müsbət əlaqələr yaratmaq üçün olan duyğularından istifadə etməklə qurulurlar. Gənc bir uşağın gündəlik təcrübələri hansı beyin əlaqələrinin inkişaf edəcəyini və hansının ömür boyu davam edəcəyini müəyyənləşdirir. Onların ilk illərində aldıqları qayğının miqdarı və keyfiyyəti, stimullaşdırma və qarşılıqlı əlaqə üçün çox önəmlidir və fərq yaratmağa qadirdir. Nəhayət, bir uşağın beyninin asanlaşdıra biləcəyi neyron sayı məhduddur. Baxmayaraq ki, neyronlar 0-6 yaş arası hər il təxminən iki dəfəyə qədər artır, biz uşağın diqqətini tam cəmlədiymizdən və diqqətin bütün otağa səpələnmək əvəzinə bir şeyə fokuslandığından əmin olmağa meylliyik. O an mən heyrət içində idim…
Texnologiya bu unikal vasitələrdən təhsil məqsədləri üçün istifadə edən uşaqların İQ səviyyələrini gücləndirməyə kömək edir. Bu, onların öyrənmə, qəbul etmə və idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. İnternetdə həyatı asanlaşdıran bir çox faydalı məlumat tapa bilərsiniz. Uşaqların öyrənmə bacarıqlarını artırmağa kömək edən bir sıra maarifləndirici kitablar da mövcuddur.
Problem həll etmə bacarıqları
Biz texnologiya üzərində qurulmuş bir cəmiyyətdə yaşayırıq. Texnologiya tələbələrə təkcə oturmaqdan və diqqətlə dinləməkdən kənara çıxmağa kömək edir. Problemləri təkbaşına həll edə bilən tələbələrin digərlərindən daha yaradıcı zehnə sahib olduqları elmi cəhətdən sübut edilib.
Uşaqlar problemləri təkbaşına həll edə bildikdə və müstəqil olduqda, möhkəm olurlar və ruhdan düşmürlər. Bundan əlavə, bu, onlara səbir səviyyəsini inkişaf etdirməyə və vaxtı idarə etməyi öyrənməyə kömək edir. Problem həll etmə bacarıqları uşaqları öz məhsuldarlılıqlarına inanmağa təşviq edərək ruhdan düşmələrinə və məyus olmalarına imkan vermir.
Sosiallaşma və səlahiyyət
Sosiallaşma və səlahiyyət insanları bir araya gətirir. Uşaqlarda və yeniyetmələrdə sosiallaşma və kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi bu günlərdə ən vacib məsələlərdən biridir. Bu, uşaqlara insanlarla necə ünsiyyət qurmağı öyrədir. Eyni zamanda da onlara insanlarla sosial ünsiyyət qurmağı və öz növbəsində, sosial ünsiyyət vasitəsilə daha rahat şəkildə özünə inam qazanmağa imkan yaradır.
Mənfi təsirlər:
Bəzən bizim üçün faydalı olan şeylər təhlükəli hal ala bilir. Texnologiyalardan qeyri-adi şəkildə istifadə etmək uşaqlar və böyüklər üçün zərərli ola bilər. Hesabatlara görə, mediadan daha çox istifadə etdən yeniyetmələrin və uşaqların psixi sağlamlıq problemləri ilə üzləşmə şansları daha yüksəkdir. Zehni rahatlığı pozmaq da sağlamlığınızın ağırlaşmasına səbəb ola bilər. Gəlin bu aspektləri ətraflı müzakirə edək.
- Tez-tez baş verən zoraklııq təsvirləri
Zorakılıq agressiyanın son həddidir . Mediada heç bir məhdudiyyət qoyulmayan qeyri-adi şeylər çox görürük. Hazırda uşaqlar arasında yayılmış döyüş filmləri və ya video oyunlar uşaqların zorakılığa məruz qalmasında mühüm rol oynayır. Onlar televiziyalarda və ya sosial mediada gördükləri şeylərə uyğunlaşmağa çalışırlar.
Uşaqlar hər şeyi çox tez götürərək mənimsəməyə çalışırlar. Beləliklə, uşaqlar siqaretə və ya narkotikə həddindən artıq məruz qaldıqda, siqaret çəkə və ya narkotik istifadə edə bilərlər. Bu da uşaqlarda əsəb problemləri və ya təcavüz şəklində ortaya çıxa bilir. Valideynlər övladlarının təbiətlərində və davranışlarında baş verən dəyişikliklərə fikir verməlidirlər.
- Aludəçilik
İstənilən şeyə aludə olmaq sizin bütün psixi rahatlığınızı poza bilər. Bu, bütün karyeranızın məhv olması ilə nəticələnə bilər. Sosial mediaya və oyunlara aludəçilik müasir nəsildə çox yayılıb.
Bu, yorğunluq və tənbəlliklə nəticələnərək yuxu rejiminizə təsir edə bilər. Nədənsə asılı olmaq diqqətinizi yayındırmağa davam edərək məqsədinizə yönəlməyə və fokuslanmağa imkan verməyəcək. Texnologiyadan asılılıq həm fiziki, həm də emosional olaraq özünü biruzə verir.
Mediadan həddindən artıq istifadə edən insanlarda aqressivlik kimi əhəmiyyətli davranış dəyişikliyi baş verə bilər. Texnologiyadan həddindən artıq istifadə görmə qabiliyyətinə ciddi təsir göstərə bilər. Mediaya və ya texnologiyaya qeyri-adi aludəçilik yaddaşınıza da təsir edə bilər.
3. Sağlamlığa zərərli
Sağlamlıq həyatın əsas şeylərindən biridir. Xoşbəxt bir həyat sürmək üçün sağlamlıq mühüm rol oynayır və texnologiyadan həddindən artıq istifadə ona mənfi təsir göstərir. Mediadan həddindən artıq istifadə sizin üçün çox zərərli ola bilər. Sosial media və mobil cihazlar uşağınızda psixoloji və fiziki problemlər yarada bilər.
Elmi cəhətdən sübut edilib ki, sosial təcrid sizi dərin depressiyaya sala və ya fiziki olaraq tənhalaşdıra bilər. Saatlarla rəqəmsal cihaza zillənmək sizi bir yerdən asılı edəcəkdir. Bədəninizi bütün gün istirahətdə saxlamaq isə sizi daha tənbəl və xəstə edə bilər.
Bir çox tədqiqatçılar deyir ki, smartfondan və ya video oyunlarından asılılı olan tələbələr texnologiyadan daha az istifadə edən uşaqlardan fərqli olaraq, fiziki fəaliyyətdə daha az iştirak edirlər. Buna vaxtında və ya lap əvvvəldə fikir verilmədikdə, daha da pis hal alır.
Uşaqların texnologiyaya qucaq açmaları üstün tutulurmu?
Daha əvvəl də müzakirə etdiyimiz kimi, texnologiya özlüyündə pis bir şey deyil. Texnologiyanın ifrat dərəcədə olması onu təhlükəli hala gətirir. Elə bir zaman gəlib ki, texnologiya həyatımızın bir parçasına çevrilib. Biz ekrana baxmaya bilmirik və uşaqlarımızı da bundan çəkindirə bilmirik. Texnologiya asan ünsiyyət yolu təmin etməklə, yeni şeylər öyrənməklə həyatı asanlaşdırır və eyni zamanda başqa cür həll edilməsi mümkün olmayan şeyləri həll edə bilmək üçün sərfəli bir üsuldur.
Bu səbəbdən, əksər valideynlər ciddi rəhbərlik və nəzarət altında olsa da, texnologiyaya üstünlük verirlər. Övladlarınızı passiv texnologiya istifadəçilərinə çevirmək üçün hazırlıq və dəstək vacibdir. Bu, texnologiyadan istifadə etməklə yox, insanlarla qarşılıqlı və ya fiziki əlaqə yaratmaqla edilə bilən şeylərlə təşviq edilə bilər.
Uşağınızı texnologiya ilə hərtərəfli tanış etməzdən əvvəl onun üçün faydalı və həvəsləndirici texnoloji məzmun tapmaq vacibdir. Fikrimcə, texnologiyanı qəbul etmək ən yaxşı qərardır. Mənim 5 yaşlı qızımın köhnə telefonu var və o telefondan ailə üzvlərinə səs göndərmək, video zənglər etmək və oyunlar oynamaq üçün istifadə edir. Texnologiyaya qarşı mübarizə aparmaq mənə görə çox mənasızdır. Uşaqların diqqətini internetdə “yaxşı şeylərə” yönəltməyin bir çox yolu var.
Baxmayaraq ki, biz hamımız məhlədə oynayır, tullanırdıq, indiki uşaqlar belə deyillər. Onlar evdə qalaraq ekranlarına baxırlar. Bizim baxmağa telefonumuz olmadığı üçün fərqli idik. Zəmanə dəyişib və məncə siz də dəyişməlisiniz…
Valideynlər övladlarının texnologiyanı rahat şəkildə mənimsəmələrinə necə şərait yarada bilərlər?
Texnologiyanın hal-hazırki əhəmiyyətini nəzərə alaraq, valideynlər onu uşaqlarının həyatlarından asanlıqla çıxara bilmirlər. Buna baxmayaraq, onun mənfi cəhətləri valideynlərə qərar verməkdə çətinlik yaradır. Bu səbəbdən, texnologiyanın mənfi cəhətlərinin onun faydalarını kölgədə qoymasının qarşısını almaq üçün sizinlə şərik ola biləcək bir neçə məsləhəti bir yerə topladıq.
- Birinci və vacib məsləhət odur ki, həm böyüklər, həm də uşaqlar texnoloji cihazlarını kənara qoymaq üçün vaxt təyin etməlidirlər.
- Uşaqları fiziki fəaliyyətə cəlb edin. Onları oyun oynamağa, maarifləndirici və ya məlumatlandırıcı videolara baxmağa həvəsləndirin.
- Uşaqlar böyükləri və ya ətraflarını izlədikləri üçün bunu müvafiq olaraq dəyişdirmək vacibdir. Buna uşağınızın mənimsəməyini istədiyiniz şeyi özünüz etməklə nail ola bilərsiniz.
- Uşaqlarınızın texnoloji fəaliyyətlərinə diqqət yetirin və onların zehnini inkişaf etdirmək üçün elektron və ya fiziki şəkildə kitab oxumağa təşviq edin.
Bu məsləhətlər valideynlər üçün sadəcə bir bələdçidir. Valideynlər texnologiyanın dünyanı asanlaşdırdığını anlasalar, daha çox şey edə bilərlər. Təbii ki, bu, real dünyanı əvəz edə bilməz. Qaydaları texnologiya müəyyən etmir. Navalın da sitat gətirdiyi kimi, «Həyatı başqalarının yaşamasını istədiyiniz kimi yaşayın». Valideynlərin bunu başa düşməsi vacibdir, çünki onlar uşaqları üçün nümunədirlər.
Yekun fikirlər
Dünyada hər şeyin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var və heç kim mənfi tərəflərə görə faydalardan imtina etmək istəmir. Eyni şey texnologiyaya da aiddir. Texnologiya uşaqlara mənfi təsir göstərsə belə, onların inkişafı və yaşlarına uyğun lazımi bacarıqlara yiyələnməklərində fayda verir. Beləliklə, biz inanırıq ki, ondan tamamilə imtina etmək və ya ona tamamilə qucaq açmaq əlverişli deyil. Texnologiyadan məhdud istifadə övladınızda aludəçilik yaratmayacaq və ondan fayda götürməyə etməyə imkan yaradacaqdır.
Texnologiya paylaşdığımız aspektlərdən daha çoxuna malikdir. Beləliklə, texnologiyanın məhdud istifadəsi sizə onun üstünlüklərindən maksimum yararlanmağa imkan verə bilər. Bu isə vacib olan valideyn təlimatlarına əməl etməklə və uşağınızın texnologiyadan istifadəsi zamanı bir gözünüzün onun üstündə olması ilə mümkündür. Biz texnologiyanı onların davamlı inkişaf edən mənliklərindən tamamilə yayındıra bilmərik.