Dekabr 29, 2020

2020-də oxuduğum kitablar

Bir ay bundan öncə bir dostum mənə məsləhət gördü ki, ənənəvi kitab oxumaq vərdişimi kitabın qısa məzmununu audio şəklində 15 dəqiqənin içinə sığdıran tətbiq formasına keçirdim. Mən isə ona cavab verdim ki, bu yoldan orta məktəbdə imtahanlardan keçmək üçün istifadə edirdim. Bilik qazanmaq o zaman mənim gündəmimdə yox idi. Mən sadəcə imtahanlardan keçmək istəyirdim.

Ancaq indi, mən yetişkin bir ruham. Yuxarıda da qeyd etdiyim kimi-Mən kitabları bitirmək üçün oxumuram. Mən öz marağımı qidalandırmaq, nə isə öyrənmək və özümün daha yaxşı versiyasına çevrilmək üçün oxuyuram. İnsanı kitabın məzmunu ilə sürətli şəkildə tanış edən elektron kitabları, “kindle”-ları, audio və yaxud mətn formasında olan tətbiqləri xoşlamıram.

Buna baxmayaraq, mən sizin kitab oxumaq formanıza qarşı deyiləm. Necə deyərlər, sizə necə xoşdursa, elə də edin, ancaq mən kitabımı köhnə qaydada oxumağı sevirəm.

Mən kitabı əlimdə tutmağı, onun mahiyyətini hiss etməyi sevirəm. Kitab kəşf olunan zaman onu necə oxumaq nəzərdə tutulubsa, ondan bu formada nə isə öyrənmək istəyirəm.

Beləliklə, bu şərhlərlə birlikdə bu il oxuduğum kitabları sizinlə bölüşürəm. Bu il nəzərdən keçirdiyim məqalə və video podkastlardan bəhs etməyəcəyəm. Onların bəzilərini sosial media hesablarımda paylaşıram. Lakin kitablar çox fərqlidir. Oxuduqlarımın icmalı və bu siyahı, kitabını mənim kimi oxumaq və yeni bir şey öyrənmək xatirinə oxuyanlar üçündür.

Siyahını ən az bəyəndiyim kitabdan ən çox bəyəndiyimə kimi sıralamışam. Siyahımı Goodreads-lər tərəfindən kitaba verilmiş reytinq və redaktə edilmiş izahatları ilə paylaşıram.

16 Anti-Piketty: Capital for the 21st Century

3.7/5 · Goodreads

Thomas Pikkety-nin Capital for the 21st Century kitabı sərvət və bərabərsizlik haqqında yeni bir nəzəriyyə ortaya qoyaraq çox böyük uğur qazandı. Buna baxmayaraq, onun kitabı tənqidlərə məruz qaldı. Anty-Piketty-nin Capital for the 21st Century-si əsas tənqidləri 20 mütəxəssis tərəfindən toplayır. Bunlar bərabərsizlik, böyümə, sərvət və kapital anlayışlarını araşdırarkən Piketty-nin işinə qarşı ciddi dəlillər ortaya qoyan iqtisadçılar, tarixçilər və vergi mütəxəssisləridir.

15 The rules of management

3.9/5Goodreads

Menecerlərdən lider, novator, sehrbaz, dinamik motivator, sərt, lakin ədalətli hakim, diplomat, siyasətçi, terapist, maliyyə sehrbazı, döyüşçü və müqəddəs insanlar olmaqları gözlənilir. Onlar nə olursa olsun icra səlahiyyətlərini yerinə yetirməlidirlər. Bəziləri üçün bu çox sadədir. Onlar çətinliklərin və siyasətin arasından asanlıqla çıxaraq yüksək nəticələr əldə edirlər. Onlar idarəçiliyin qaydalarını bilirlər. Komandanı idarə etməyin yolu özünü idarə edə bilməkdən keçir. Təəccüblü olsa da, bunu öyrənmək və bununla yaşamaq çox asandır. Richard Templar bunların hamısını bir yerdə toplayıb. İdarəetmənin sürətli ancaq sayğısız qaydaları. Kitabda Templar, real hədəflərin qoyulmasından effektiv görüşlərin keçirilməsinə, sədaqəti yaradacaq doğru insanları tapmağa qədər hər şeyi əhatə edir. İnsanlara necə və harada sizdən çox bildiklərini (bilməsələr belə) düşünmələrinə icazə verməyi öyrənin! Onlar həqiqətən də sizdən çox bilirlərsə bunu qəbullanın! Öz üslubunuzu hər bir komanda üzvünə uyğunlaşdırmağı öyrənin. İnsanları problem gətirməyə yox, həll yolu tapmağa sövq edin. Öz şəxsi oyununu yaradın. Müvəffəqiyyət planını “B” və “C” planları ilə tamamlayın… Şansdan yararlanın … Stresi idarə edin və sağlam qalın … hörmət qazanın … və məsuliyyət daşımağı bacarın. Əgər siz bir lider olmağa çalışırsınızsa və ya C səviyyəsində bir sahibkarsınızsa bu kitab sizin üçün maraqlı olacaqdır.

14 Warren Buffett Invests Like a Girl: And Why You Should Too

3.6/5 · Goodreads

İnvestisiya etmək artıq kişilərin dünyası deyil. Bu təhrik edici və maarifləndirici kitab investisiya etməyin niyə Wall Street, qlobal maliyyə sistemi və şəxsi portfolionuz üçün yaxşı bir şey olduğunu göstərir.

Warren Buffett-in dünyadakı bütün qadınlarla bir ortaq tərəfi var: Onlar adi kişidən daha yaxşı investorlardır. Bu, psixoloqlar, alimlər tərəfindən sübut olunub. Son iki ilin fəlakətləri bunun statistik və yumoristik dəlillərini bir daha sübut etdi. Bu kitabda qadın investorları kişi həmkarlarından fərqləndirən bir neçə xüsusiyyətlər qeyd olunub.

13 The Decision Book: Fifty Models for Strategic Thinking

3.6/5 · Goodreads

Bir çoxumuz hər gün eyni suallarla üzləşirik: Mən nə istəyirəm? Buna necə nail ola bilərəm? Daha səmərəli işləyərək necə xoşbəxt ola bilərəm? Avropanın bestselleri olan The Decision Book, MBA kurslarında və bənzər yerlərdə istifadə edilmiş bu kimi vacib sualların öhdəsindən gəlməyə kömək edəcək ən yaxşı 50 qərar vermə modelini tək bir cilddə bölüşdürür.

Bu kitab, iş dünyasında olan bütün qərar vermə modellərinin xülasəsi idi. Kitab, bu il oxuduqlarım arasında ən sadəsi idi.

12 Make Your Bed

4/5Goodreads

Əgər dünyanı dəyişmək istəyirsənsə, öz yerini yığmaqdan başla. 17 May 2014-cü il tarixində, Admiral William H. McRaven, Austindəki Texas Universitetinin məzunlarına universitetə qəbul olduqları gün müraciət etdi. Universitetin “Burda başlayan hər şey dünyanı dəyişir” sloqanından ilhamlanaraq o, ona yalnız təhsildə və uzun dənizçilik karyerasında deyil, həm də bütün həyatı boyu çətinliklərin öhdəsindən gəlməyə kömək etmiş Navy Seal təlimi zamanı öyrəndiyi 10 sadə prinsipi tələbələrlə bölüşdü. Bundan əlavə, o, bu sadə 10 qaydanı istifadə edərək həm özünü həm də dünyanı daha yaxşıya dəyişməyin yollarını izah etdi.

Admiral McRaven-nin nitqi 10 milyon baxış sayını keçərək məşhurlaşdı. Hal-hazırda McRaven çıxışında göstərsiyi əsas prinsiplərə əsaslanaraq öz həyat təcrübəsində yaranmış əsgərlik dövründə çətinliklərlə üzləşən, qətiyyətli, şəfqətli, şərəfli, cəsarətli və sərt qərarlar verə bilən insanların hekayələrini sadalayır. Böyük təvazökarlıq və optimizm ilə yazılmış bu əbədi kitab oxuculara həyatlarının ən qaranlıq anlarında belə onlara müdriklik, praktik məsləhət verərək daha çox şeyə nail olmağa ilhamlandırır.

İşimlə bağlı bir çox hərbçi ilə qarşılaşıram və şəxsən çox sayda hərbçi tanıyıram. Onların nizam-intizamı həmişə məni heyran edib. Bu kitabı almağım isə youtube-da bir admiralın təsirli nitq söyləməsinin nəticəsidir. Bu admiral məni Joko Willink kimi hərbçilərin kitablarını oxumağı davam etdirməyə inandırdı. Onun kitabı daha sonra oxuyacaqlarım arasındadır.

11 Mindpower into the 21st Century

4.2/5 · Goodreads

Mind Power Into the 21st Century kitabında John Kehoe, müvəffəqiyyət və xoşbəxtlik yolunu müəyyənləşdirmək üçün həyat dəyişdirən bir sıra prinsipləri sadalayıb. Bundan əlavə, Mind Power Into the 21st Century son dərəcə spesifik və praktik bir bələdçidir.

Əgər Joe Dispenza-nı oxumamısınızsa bu kitab çox xoşagələndir. Joe-nun bu mövzuda yanaşmasını daha maraqlı və cəlbedici hesab edirəm. Lakin Kehoe-nin də haqqını vermək lazımdır.

10 Dotcom Secrets: The Underground Playbook for Growing Your Company Online with Sales Funnels

4.4/5Goodreads

Dotcom Secrets təkcə internet marketinqini “necə idarə etmək” haqqında kitab deyil. Bu kitab veb saytınızda sıxlıq yaratmaqla bağlı deyil. Ancaq buna baxmayaraq, öyrənəcəyiniz sirlər yaxşı mənada sıxlığa gətirib çıxaracaqdır.

Bu kitab dəyişimlə bağlı deyil. Ancaq öyrənəcəyiniz sirlər sizi ümid bağladığınız hər hansı bir split testdən daha çox yenilənməyə aparacaqdır.

Trafikin aşağı olması və ya aşağı dönüşüm nisbətləri görülməsi çətin, lakin düzəldilməsi çox asan (yaxşı xəbər) olan daha böyük bir problemin əlamətləridir (pis xəbər).

Bir çox bizneslərdə “funnel” adlanan problem mövcuddur.

Sizin funnel probleminiz potensial müştərilərinizi real müştərilərə çevirdiyiniz onlayn prosessdir. “Funnel”, fərqində olmasanız belə hər kəsdə var. O sizə ya daha çox müştəri cəlb edir, ya da onları geri itələyir.

Bu yenilənmiş nəşrdə, milyon dollarlıq proqram təminatı olan ClickFunnels-in həmtəsisçisi və CEO-su Russell Brunson, on minlərlə şəxsi split testlərini sınaqdan keçirdikdən sonra potensial yaratmağın, məhsul və xidmətləri satmağın ən böyük sirlərini açıqlayır.

Potensial müştərilərinizi əldən qaçırmağı dayandırın. Bu prosesləri, çərçivələri və skriptləri elə indi tətbiq edin ki, “Funnel”-nizi düzəldə, onu komandanızın ən gəlirli üzvünə çevirə və şirkətinizi onlayn böyüdə biləsiniz.

9 Expert Secrets: The Underground Playbook for Creating a Mass Movement of People Who Will Pay for Your Advice

4.4/5Goodreads

Hansı məhsulu, servisi yaxud fikri onlayn satmağınızdan asılı olmayaraq, sizə qulaq asmaq üçün pul ödəyəcək kütləvi insan axını yaratmasanız, bu işdə müvəffəq olmağınız çox da mümkün deyil. Bu işdə Expert Secrets sizə kömək olacaqdır.

▪ Özünüzü tapın və lider ola biləcəyinizə inanın.

▪Həyatlarına təsir edə biləcəyiniz insanlardan ibarət bir kütlə yaradın

▪ Sizdən məsləhət almaq üçün insanların sizə pul ödədiyi peşəni karyeranıza çevirin.

Sizin məsləhətiniz kiminsə həyatını dəyişə biləcək gücə malikdir. Bir insana doğru zamanda düzgün verilmiş məsləhətin göstərdiyi təsir ölçüyəgəlməzdir. Bu, evlilikləri xilas etməyə, ailələri bərpa etməyə, kiminsə sağlamlığını dəyişdirməyə, şirkəti böyütməyə və daha çoxuna kömək edə bilər. Həyatlarını dəyişə biləcəyin insanların arasına necə düşməyi bilsən, çox şey bacara bilərsən.

Expert Secret sizin mesajınızı ehtiyacı olan insanların ovuclarına qoyacaqdır.

Russell Brunson, Boise Dövlət Universitetində güləşən zaman ilk onlayn şirkətinə başlayan silsilə sahibkardır. Məzun olduqdan bir il sonra öz zirzəmisindən milyon dollar dəyərində olan məhsulunu və xidmətini satmışdı!

Artıq 10 ildən çoxdur ki, Russell şirkətlərini onlayn qurur və öz miqyasını artırır. Onun bir proqram şirkəti, bir qida əlavəsi şirkəti, bir təlim şirkəti var. O dünyanın ən yaxşı tərəfdaşlarından biridir.

Expert Secrets bütün dünyadakı sahibkarlara öz şirkətlərini onlayn yaratmağa, tanıtmağa və böyütməyə kömək etmək üçün yazılmışdır.

Russel Brunsonu mənə şərikim tanıdıb və mən onun kitablarını oxumaq üçün şərikimin məsləhətinə qulaq asdığım üçün şadam. O, məsləhətləşmək üçün 500 şirkət tərəfindən ödəniş edilən unikal bir mütəxəssisdir.

8 What It Takes: Lessons in the Pursuit of Excellence

4.2/5Goodreads

Stephen Schwarzman-nın kim olduğunu hamı bilir. O, 400,000 dollarla 500 milyard dolları idarə edən investisiya şirkəti (2019-cu ilin yanvar ayı etibarilə) Blackstone-u yaradan adamdır. O, fikirləri dövlət başçıları tərəfindən nəzərə alınan CEO-dur. O, Çindəki Rodos təqaüdünün bu əsr versiyası olan Schwarzman Scholars-ı yaradan milyarder xeyriyyəçidir. Ancaq bütün nailiyyətlərin arxasında o, ömrünü mükəmməlliyə çatmaq, təsir göstərmək və bunun nəticəsində yaranmış həyatı yaşamaq üçün lazım olan şeyləri öyrənmək və düşünməklə keçirmiş bir insandır.

Atasının kətan dükanında dəsmal qatlaya-qatlaya Schwarzman macəralarla və məqsədlərlə dolu böyük həyatın xəyallarını qururdu. Karyerasına DLJ adlı bir maliyyə firmasında başladıqdan sonra Schwarzman, Lehman Brothers-da işləyən zaman birləşdirmə və komplektləşdirmə praktikasını idarə etməyə qədər qalxdı. Nəhayət Blackstone-u yaratmaq üçün o, mentoru və dostu olan Peter Peterson ilə şərik oldu. Schwarzman’ın sadə “pulunuzu itirməyin” mantrası Blackstone-a qlobal miqyasda özəl kapital və daşınmaz əmlak investoru, eyni zamanda da dünya miqyasında institusional investorlar üçün aktivlərin alternativ idarəçisi olmasına kömək etdi.

Schwarzman, eyni zamanda bir milyard dollardan çox pul ayırmış aktiv bir xeyriyyəçidir. Onun hədiyyələri MIT-də süni zəkanın öyrənilməsi üçün yeni bir Hesablama Kolleci yaratmaqdan, Yale-də bu sahədə ilk olan ifa sənəti mərkəzi qurmaqdan, Pekindəki Tsinghua Universitetində Schwarzman təqaüd proqramını qurmağa qədər uzanır. Bu Çinin tarixində beynəlxalq donorlar arasında olan ən böyük xeyriyyəçi səydir.

Schwarzman sövdələşmədən investisiya qoyuluşuna, liderlikdən təşəbbüskarlığa, xeyriyyəçilikdən diplomatiyaya qədər ambisiya və miqyas, risk və fürsətlər haqqında düşünməyin və tam mükəmməlliyə müvəffəq olmağın yollarını öyrədir.

Əgər siz Buffet, Dalio & Swarzman haqqında tədqiqatınızı etməmisinizsə, investisiya qoymaqla bağlı anlayışınız zəif ola bilər. Mənim üçün bu üçlük zirvə sayılır.

7 Blue Ocean Shift: Beyond Competing

3.9/5 · Goodreads

Bu kitabda 10 ildən çoxdur ki, yeni bir iş görən Kim və Mauborgne sizə təşkilatınızı rəqabətlə dolu olan qırmızı okeandan mübahisəsiz mavi bazar okeanına necə aparacağınıza dair addım-addım rəhbərlik edirlər. Kitab rəqabətdən kənara çıxmaqdan, insanların inamını ruhlandırmaqdan və şirkətinizi böyütməyin yollarından danışır. İnsan psixologiyasına aid fikirləri praktik bazar yaratma vasitələri və real dünya rəhbərliyi ilə birləşdirərək Kim və Mauborgne özünüzü, komandanızı və təşkilatınızın inamını, bazar yaratmanın, və böyüməyin zirvələrinə çatdırmaq üçün hərtərəfli rəhbərlik edirlər.

Onlar fasiləsiz ixtiranın inkişafın əldə edilməsi zamanı sınma qədər vacib olduğunu göstərirlər.

Bu kitabın 7-ci yerdə olmasının səbəbi kitabdakı məlumatların əsasən, əvvəlki versiyasının yenilənmiş halda təkrarlanmasıdır. Mavi okean strategiyası üzərində dayanmaq üçün möhtəşəm bir mövzudur. Hətta mən 2014-cü ildə Fransada, INSEAD-da keçirilən Mavi okean strategiyası kursuna da getmişəm.

6 21 Lessons for the 21st Century

4.2/5 · Goodreads

Necə olur ki, robotlar və komputerlər insan olmağın mahiyyətini dəyişirlər? Saxta xəbər epidemiyası ilə necə mübarizə aparırıq? Millətlər və dinlər hələ də aktualdırmı? Uşaqlarımıza nə öyrətməliyik?

Yuval Noah Harari-nin 21 Lessons for the 21st Century-si gələcəyin bilinməyən ərazisinə keçid edərkən bugünün ən aktual məsələlərinin xəyali və vizyoner araşdırmasıdır. Texnologiya bizim anlayışımızdan daha cəld inkişaf etdikcə “hacking” müharibə taktikasına çevrilir və dünya hər zamankindən daha çox qütbləndiyini hiss edir. Harari burada davamlı və xaotik dəyişikliklər qarşısında həyatda baş çıxarmaq probleminə üz tutur və sağ qalmaq üçün özümüzə verməli olduğumuz vacib sualları yadımıza salır.

5 The Future of Power

3.8/5 · Goodreads

Kennedy və Khrushchev-in dövründə güc məfhumu nüvə mərmiləri, sənaye tutumu, orduda olan adam sayı və Şərqi Avropa düzənliklərini keçməyə hazır olan tanklarla ifadə edilirdi. 2010-dan bəri bunların heç biri gücü təyin etmir. Sənayenin gücü demək olar ki, Viktoriya fəziləti kimi görünür və kiber təhlükələr qeyri-dövlət iştirakçıları tərəfindən idarə olunur. Siyasət dəyişib. İstədiyiniz nəticələri əldə etmək üçün başqalarını təsir altına salmaq qabiliyyəti olaraq təyin olunan gücün təbiəti kəskin şəkildə dəyişib. Güc statik deyil. Bu, dəyişikliklər, yeniliklər, texnologiyalar və münasibətlərlə əlaqəlidir. Joseph Nye uzun müddətdir ki, güc analitikidir və hökumətdə təcrübəli mütəxəssisdir. Onun bir çox fikirləri Amerikanın dünyadakı rolu ilə bağlı son mübahisələrin mərkəzində olmuşdur. Onun “soft power” konsepti Britaniyanın rəhbərlərindən tutmuş Çin rəhbərlərinə kimi mənimsənilmişdir. “Smart Power” Obamanın xarici siyasətinin işarəsi kimi qəbul edilib. Bu kitab onun gördüyü işin xülasəsidir və xarici siyasət mütəxəssislərindən ümumi oxuculara kimi hamıya uyğundur. Bu, kiber dövrdə gücün çətin simalarının arxasında duran qalıcı mahiyyətini ortaya çıxartmaq üçün canlı bir povestdir.

4 The Ascent of Money: A Financial History of the World

3.9/5 · Goodreads

Çörək, nağd pul, gümüş, qənimət. Necə istəyirsiz elə də adlandırın ancaq pul artıq hər şeydən vacibdir. The Ascent of Money kitabında Niall Ferguson göstərir ki, pulun tarixi ümumi tarixin arxa planıdır.

İtalyan İntibahını maliyyələşdirən bank xanədanından Fransız İnqilabına səbəb olan birja köpüyünə qədər bu kitab sanki əvvəllər heç nəql edilməmiş bir hekayədir. Dünyanın ən böyük maliyyə böhranının məngənəsində pulun yüksəlişini və enməsini anlamaq üçün böyük depressiyadan bəri bundan yaxşı zaman hələ olmamışdı.

3 Spy the lie

3.9/5Goodreads

Yalanı tanıma mövzusunda dünyanın qabaqcıl səlahiyyətlilərindən olan üç keçmiş CIA zabiti yalanın aşkarlanması üçün öz sübut olunmuş üsullarını bölüşürlər.

Təsəvvür edin qarşınızdakı insanın yalan yaxud doğru danışdığını deyə bilsəydiniz həyatınız nə qədər fərqli olardı? Bu istər yeni bir işçi götürmək, istər yatırım etmək, istər övladınızla narkotik haqqında danışmaq, istər xəyanət etdiyindən şübhələndiyiniz adamla qarşı-qarşıya qalmaq, istərsə də yeni biriylə tanış olmaq olar bilər. Yalanı üzə çıxarmaq qabiliyyətinə sahib olmaq uzunnmüddətli və hətta həyat dəyişdirə biləcək nəticələrə gətirib çıxarda bilər.

Keçmiş CIA zabitləri kimi, Philip Houston, Michael Floyd və Susan Carnicero, yalançı davranışı tanımaq mövzusunda dünyanın ən yaxşıları arasındadırlar. Spy the Lie onların terrorizmlə mübarizə və cinayət istintaqı sahələrində yalanı aşkar etmək üçün inkişaf etdirdikləri Houston metodologiyasından necə istifadə etdikləri barədə heyrətləndirici bir hekayədən danışır və bu üsulların gündəlik həyatımızda necə tətbiq oluna biləcəyini göstərir.

Müəlliflər kəşfiyyat karyeralarında baş vermiş həqiqətə uyğun olmayan suallara cavab verdiyimiz zaman nümayiş etdirməyə meylli olduğumuz həm verbal həm də qeyri-verbal davranışları tanımağın yollarını maraqlı lətifələr vasitəsilə öyrədirlər. Onlar öz metodologiyalarını və həqiqəti ortaya çıxaran suallar vermək sənətinə aid sirlərini ümumi ictimaiyyətlə bölüşürlər.

Spy the lie oyunun qaydalarını dəyişən kitabdır. Karyeranıza, münasibətlərinizə və ya gələcəyinizə bundan daha dramatik təsir edəcək başqa bir kitab oxumayacaqsınız.

İnsanlarla işlədiyimə görə mən həmişə şəxsiyyətlərin fərqli xüsusiyyətlərinə və bədən dilinə diqqət yetirmişəm. Buna baxmayaraq, bu kitab sizə mikro ifadələri və yalançı davranışı daha da dərk etməyə kömək edir. CIA işləri həmişə yeni bir səviyyəyə qaldırır.

2 The Almanack of Naval Ravikant: A Guide to Wealth and Happiness 4.6/5Goodreads

Varlı olmağın bəxtlə əlaqəsi yoxdur. Xoşbəxtlik anadangəlmə xasiyyət deyil. Bu istəklər əlçatmaz görünə bilər, ancaq zənginliyi yaratmaq və xoşbəxt olmaq öyrənə biləcəyimiz bacarıqlardır.

Bəs bunlar hansı bacarıqlardır? Biz onları necə öyrənə bilərik? Bizim səylərimizi rəhbər tutmalı olan prinsiplər hansılardır? İnkişaf həqiqətən nəyə oxşayır?

Naval Ravikant, sərvət qurmaq və uzunmüddətli xoşbəxtlik yaratmaq prinsipləri ilə dünyanı ovsunlayan təşəbbüskar, filosof və sərmayədardır.

Almanakh of Naval Ravikant Navalın son on ildəki hikmətli sözlərinin və təcrübəsinin toplusudur. Bu toplu onun ən bəsirətli müsahibələrinin və kəskin düşüncələrinin kurasiyası olaraq paylaşılıb. Bu, nəyi necə etməyi göstərən kitab və ya addımbaaddım edilməli olan hiylə deyil. Bu kitabı oxumaqla, siz Navalın sözləri vasitəsilə daha xoşbəxt, daha zəngin həyata doğru özünəməxsus yolla getməyi öyrənəcəksiniz.

Mən bu kitabı müasir fəlsəfə və həyati təlim adlandırardım. Uğurlu, xoşbəxt və oxumuş bir insan düşünün. Onun etdiyi yeganə şey, öz təcrübələrini, müdrikliyini və xatirələrini bölüşməkdir. Bu ki, həyatınızı dəyişməyə qadirdir!

1 Lessons of history

4.1/5Goodreads

Mədəniyyətin və sivilizasiyanın qısa təhlili olan The Lessons of History Pulitzer mükafatına layiq görülmüş Will və Ariel Durantın ömürləri boyu apardıqları araşdırmaların nəticəsidir.

Will və Ariel Durant əlçatan fəlsəfə və sosial tərəqqi məcmuəsi ilə bizi insanlığın tarix boyu imkanlarını və məhdudiyyətlərini araşdıraraq səyahətə çıxarır. Müharibə və qələbə dövrləri ilə böyük həyatları, fikirləri və müvəffəqiyyətləri bir-biri ilə qarşılaşdıran Durantlar tarixin zirvə mövzularını ortaya qoyaraq bizim özümüzə məna qatır.

Bu kitab fəlsəfə ilə tarixin qarışığı olub adi bir tarix kitabından daha artığıdır. Durantlar Yuval Harrari-nin olmaq istədiyi hər şeydirlər. Bu kitab mənim tarix oxumağa olan marağımı daha da alovlandırdı.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!