İyun 17, 2021

“Mass Personalization” və “Micro Moments”

Süni zəka böyük verilənləri və analitikasının davamlı şəkildə inkişafı üçün meydana çıxan ehtiyac ilə günbəgün yeni biznes və marketinq anlayışları təqdim olunur. MP müştəri yönümlü dünyada fərdiləşdirmə tələblərinə sadiq qalan geniş yayılmış və ortaya yeni çıxmış bir anlayışdır. Bu, sadəcə, bir təşkilatın / biznesin DNT-sinə əlavə olunan fərdiləşdirmə öhdəliyidir. Ümumilikdə, MP, müştəri təcrübəsini artırmaq üçün müştərilərə və təşkilatlara təklif olunan fərdiləşdirmə nəzarəti və seçimləri termini olaraq təyin olunur.

Bu konsepsiya təşkilatın bütün toxunma nöqtələrinə giriş təmin edərək, təşkilatın həyat dövrü ərzində məzmun potensialını genişləndirir. Bu, şıltaq bir təşəbbüs deyil. Bu, daha çox təşkilatların fərdiləşdirmə aspektlərinə necə yönələ biləcəkləri və ümumi məhsuldarlığı bir anda necə artıra biləcəkləri ilə əlaqəlidir. Barmaq uclarımızda çox sayda məlumatın olduğu və müştəri xidmətləri keyfiyyətinin hər keçən dəqiqə artırılması tələb edilən bu zamanlarda, fərdiləşdirmə heç bu qədər vacib olmamışdı. Niyə də olmasın? Bu, bazarda dəyişiklik gözləmədən təşkilatın işini yüksəltmək üçün ani dəyişikliklər / yeniliklər yaratmağın yeganə yoludur. Bir müəssisədə nə qədər çox fərdiləşdirmə variantları tətbiq olunarsa, müştəri xidmətləri və dəyər bir o qədər artacaqdır. Müştərilərinizin və potensial alıcıların üstünlüklərini hər şeydən üstün tutduğunuz zaman, bütün bunlar həmişəkindən daha çox məna qazanacaqdır.

Mass Personalization bugünkü bazara necə fayda verir?

Əgər biz buna fayda kimi baxsaq, hesabatlar göstərir ki, ABŞ bazarının 90% -i fərdiləşdirmə konsepsiyasının qəbul edilməsi ilə gözəçarpan təkmilləşməyə nail olub. Bu konsepsiya ilə uyğunluğun artması həm də biznes bazarının ümumi performansının və mümkünlüyünün artmasına kömək edir. Nəticə etibarilə, ümumi müsbət nəticələr kütləvi artıma nail olaraq, ümumi müştəri təcrübələrini yaxşılaşdırır. vVeb saytınızın fərdiləşdirilməsində bütün xırdalıqlara diqqət yetirdiyiniz zaman, MP konsepsiyası bütün bunları mümkün edir. Buraya effektiv məhsul tövsiyələri əlavə edilən zaman xüsusi çağırışların əlavə edilməsi də daxil ola bilər. Bütün bu kiçik fərdiləşdirmələrin birləşməsi müəssisələrin fərqli auditoriyalara görə (onların xüsusi seçimlərinə görə) mükəmməl bir veb sayt yaratmasını mümkün edə bilər. Biznesdə və müştəri təcrübəsində MP-nin əsas gücü bazarı təkmilləşdirməkdir. İnkişaf etməkdə olan onlayn fərdiləşdirmə anlayışları və metodları Süni Zəka, Böyük verilənlər və Analitika ilə inkişaf etməklə, şübhəsiz ki, biznes tələbini də bu konsepsiya ilə kütləvi şəkildə artmışdır. Kontentin məğzinin məzmunla əlaqəli olmaması marketinq kampaniyasının nəticə almaq sürətini əhəmiyyətli dərəcədə azalda bilər. Bir markanın dəyərli, maraqlı və uyğun məzmunun olması onun daha güclü və daha müsbət şöhrət / tələb yaratmasında böyük rol oynayır. Sadə dildə desək, onlayn fərdiləşdirmə tələblərinin zamanla daha da böyüdüyü üçün, hər hansı bir təşkilat, MP konsepsiyası ilə yüksək keyfiyyətli məlumat və aparıcı texnologiyadan istifadə edərək özünə daha yaxşı gələcək yarada bilər.

Bu gün müəssisələrdə MP-ni məhdudlaşdıran nədir?

Günümüzün marketoloqlarının 92 %-i MP konsepsiyalarını və onların tətbiqini qəbul etsə də, marketoloqların əksəriyyəti süni intellektə yönəlmiş onlayn marketinq strategiyasını həyata keçirmək üçün kifayət qədər məlumata sahib olmadıqlarını hiss edirlər.

Webeo — Veb saytları Fərdiləşdirmək üçün proqram təminatı:

Əksər müəssisələr gələcək yönümlü biznes dünyası ilə ayaqlaşmağa hazırdırlar. Müəssisələrdən sadəcə bir neçəsi bu konsepsiyaya effektiv şəkildə uyğunlaşmaq və onu təbliğ etmək qabiliyyətindən məhrum ola bilərlər. Elə bu səbəbdən, biznes / təşkilat bazarlarının əksər sahələrində fərdiləşdirmə proqramının niyə olmamasını asanlıqla başa düşmək olar. Eyni zamanda, bu proqram, istənilən biznesdə fərdi təcrübələr yaratmaqda böyük rol oynayır. Müəssisədə belə bir proqram təminatının olmaması onun müxtəlif müştəri tələblərinə və üstünlüklərinə görə böyümək imkanlarını məhdudlaşdırır.

Micro-Moments:

Beləliklə, tapşırıqları anında yerinə yetirməyi və fərdiləşdirməyi daha mümkün və əlçatan etmək üçün sifarişli təcrübələrə çox ehtiyac var. Marketinq dünyasında bu tapşırığın həyata keçirilməsində əsas zərurətlərdən biri dəqiq məlumatlara və yüksək keyfiyyətli fərdiləşdirmə və marketinq vasitələrinə girişdir. Bu alətlər marketinq biznesi üçün bazarda daha səmərəli və fərdiləşmiş formada işləyə bilmək üçün AI və Big Data konsepsiyalarını mənimsəməlidirlər. Bu əsas tələbi ödəmək üçün əksər marketoloqlar bu strategiyanı əlçatan etmək üçün avtomatlaşdırma vasitələrindən istifadə edirlər. Əksər marketoloqlar marketinq avtomatlaşdırmasının fərdi müştəri təcrübələri yaratmaq üçün ən populyar metodlardan biri olması ilə razıdırlar. Biznesin fərdiləşdirilməsi üçün istifadə olunan müasir Big Data və AI həlləri kimi çox sayda inkişaf etmiş və etibarlı vasitələr var. Bu cür ümumi və populyar vasitələrdən biri də MP-ni idarə etməyə kömək edən Webeo-dur. Webeo, sənayeləri, sektorları və hətta müəyyən biznesləri bölüşdürərək, real zamanda sifarişli təcrübələr yaratmağa kömək edir.

Bu aparıcı fərdiləşdirmə proqram təminatı veb saytı müəssisələrin statik B2B veb saytlarını dəyişdirməsinə və onlayn performanslarını fərdi təcrübələrə çevirməsinə kömək edir. Sifarişli veb sayt təcrübələri yaratmaq üçün bu vasitə qlobal biznes IP ünvanları verilənlər bazasından istifadə edir. Bu təcrübə biznes veb saytına edilən baxışlara əsaslanır. Proqram təminatı təkcə buna görə yox, həm də, müvafiq məzmun optimallaşdırılması, cəlbedici şəkilləri və dili sayəsində onun istənilən istifadəçi üçün hər zaman mükəmməl seçim olduğunu təmin edir. Bütün bunlar biznesin potensial müştərilərlə rezonans yaratmasına kömək edir.

Hər hansı bir biznesin veb saytına Webeo kimi güclü vasitələrlə real zamanda fərdiləşdirmə gətirmək üçün AI və Big Data inkişaflarından istifadə etmək artıq elə də çətin məsələ deyil. Ancaq yenə, də bu alətlərin mövcudluğu və məhdud imkanları onları hər növ müəssisələr və onlayn mağazalar üçün daha az əlçatan edir. Beləliklə, real zamanda kütləvi MP konsepsiyası burada aktiv və kütləvi şəkildə müştəri məmnuniyyəti meyarlarını yaxşılaşdırmaq üçün biznes dünyasına təsir etmək üçün yer tutarkən, bu konsepsiyanın qlobal miqyasda daha geniş biznes və təşkilat bazarı tərəfindən böyüməsinə və mənimsənilməsinə ehtiyac var. Əslində, bunun baş verməməsi üçün heç bir səbəb yoxdur. Konsepsiya artıq onlayn biznesə böyük faydalar gətirir.

MM-in müştərilərin yoluna təsiri:

MP kimi MM də hər hansı bir müəssisənin onlayn görünüş sahəsinin artırılmasına xidmət göstərir. Bu, müştərinin tələblərinə həmin andaca cavab verə bilmək konsepsiyasıdır. Günümüzün sürətlə inkişaf edən texnoloji dünyasında çox zəruri olan bu konsepsiya və metodologiya müştəri tələblərinə kortəbii və anında cavab verməyin yoludur.

AI konsepsiyaları müəssisələrin böyüməsi üçün günümüzdə tələb olunurmu?

Daha sadə dillə desək, MM, insanların / müştərilərin ehtiyaclarına görə hərəkət edərək, şəxsi cihazlarına (əsasən smartfonlarına) müraciət etmələri üçün bir an və ya xüsusi bir ehtiyac kimi xidmət edir. Bu ehtiyac ya bir şeyi öyrənmək, kəşf etmək, baxmaq və hətta bir şeyi almaq istəyi də ola bilər. Bu spesifik məqamlar ani qərarların verildiyi anlardır və hər hansı bir saytın və ya müəssisənin müştərilərinin / ziyarətçilərinin seçimləri də buna müvafiq olaraq formalaşır. MM, hər kəsin sahib olduğu mikrokompüterlərdən istifadə edərək istədikləri şeyi axtardıqları zaman, müştərilər tərəfindən həddindən artıq gözləntilərə səbəb olur. Beləliklə, müştərilərin ehtiyaclarını qarşılamaq və istəklərinə anındaca cavab vermək, “Micro-Moments” terminologiyası olaraq bilinir.

Bütün bunlar onlayn xidmətlər təklif edən istənilən müəssisələr üçün bir az mürəkkəb və ya həddindən artıq idarə edilə bilən görünsə də, biznes adamlarının müasir süni zəka və analitik inkişaflar ilə ağıllı texnologiyalardan anında istifadə edərək, müştəri məmnuniyyəti əldə etməsini daha rahat və mümkün edir. Bu da əksər müəssisələrin müştəri tələblərini dərhal yerinə yetirə bilmələrinin və fərqli biznes kateqoriyalarında ən üstlərdə olmalarının əsas səbəbidir. Bu, müştərinin tələblərini ödəyən və onları yerinə yetirən, həm biznesə, həm də müştərinin vaxtına tamamilə qənaət edən marketinq metodologiyasının inkişaf etmiş başqa bir formasıdır. MM, həm də, müştəri etibarını ən yüksək səviyyəyəə çatdıraraq real bir metodologiya halına çevrilib.

Müştəriyə və ya istehlakçıya gəldikdə, MM, onların biznes / bazar dünya təcrübələrinə böyük təsir göstərir. Ona görə yox ki, MM müştərilərin ani cavablar almasına kömək edir, ona görə ki, bu cür kiçik qarşılıqlı təsirlər şirkət və müştəri qarşılıqılı əlaqələrini davam etdirərkən, markanın nüfuzunu qaldırmağa da kömək edir. MM-in istehlakçılar üçün yaxşı fəaliyyət göstərməsində həlledici olan məqam onun məzmunla təchiz edilməsi və ya istifadəçi interfeysi ilə yaxşı dizayn edilməsidir. Bu zaman MM, istehlakçılar üçün yaddaqalan olur və onlarla uzun bir yol qət edir.

Əgər Instagram hekayələrindən danışsaq, onların bugünkü biznes dünyasında ən populyar qarşılıqlı təsir metodları olduqlarını deyə bilərik. Müəssisələr müştərilərin tələb və istəklərinə dərhal cavab verə bilirlər. Hekayələrdə istifadə olunan interaktiv xüsusiyyətlər, istehlakçıların ümumi təcrübələrini artıraraq, onların sizin biznesinizdə maraqlı olmasına kömək edə bilər. MM ilə birlikdə təklif olunan bütün bunlar, AI (süni zəka), Big data (böyük verilənlər), Analytics (analitika) konsepsiyası və onun inkişafı müştərinin səyahətinin daha səmərəli olmasını təmin edir. Nəticə olaraq, MM konsepsiyası və metodologiyası, müştərilərin marka ilə əlaqələrini və marka ilə bağlı düşüncələrini ən yaxşı şəkildə quraraq, markanın yaratdığı təsirlərə görə müştərilərin məhsulu almaqla bağlı qərar verməklərinə kömək edir.

Şübhəsiz ki, AI və Big Data texnoloji dünyasının və hətta Analytics-in indi və sonra yaranmış yeni inkişaflar, texnologiyalar və anlayışlarla sürətlə böyüməsi, marketinq və biznes dünyasında böyük dəyişikliklər edir. Bu yeni konsepsiyalar nə qədər çox mənimsənilir və tətbiq olunursa, marketinq və biznes dünyası da bir o qədər irəliləyir və bu səbəbdən də, günümüzün yenilənmiş dünyasında müəssisələrdən gözləntilər də artmaqda davam edir. Beləliklə, əgər bugünkü dünyada yeni bir biznes qurursunuzsa, ilkin növbədə sizdən, müasir marketinq metodologiyalarını mənimsəmiş və təkmilləşdirilmiş bir startap qurmağınız gözlənilir.

Günümüzün biznes dünyasının böyüməsini idarə etməkdə həm MP, həm də MM böyük rol oynayır. Kütləvi təşkilatlardan, internetin və onlayn təqdimatın təşkilatların böyüməsini və sabitliyini təmin edən kiçik miqyaslı təşkilatlara qədər hər kəsin bu taktikalardan istifadəsi təşkilatların gələcəyini parlaq edir. Eyniylə də, potensial müştərilər arasında marketinq, fərdiləşdirmə və yayım üçün müasir texnoloji metodologiyaların olmaması təşkilatın indiki sabitliyinə və gələcəkdə böyüməsini təsir edə bilər. Sadə dildə desək, müasir AI və istifadəçi təcrübəsi və seçimlərinə görə onlayn biznesə xidmət etmək üçün yaranan analitik metodologiyalar biznesi potensial onlayn müştərilər üçün daha etibarlı və rahat hala gətirir. Və əgər bu, alıcı naminə olarsa, alıcı edəcəyi alış-verişə dair seçimlərini heç bir şəkildə yenidən nəzərdən keçirməyəcəkdir.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!