Özünümüşahidə haqqında danışsaq, düşünürəm ki, bu ifadəni həyatımızda yetərincə eşitmişik. Nəyi istədiyini və nəyi arzuladığını anlamağın arxasında duran ideya şübhəsiz ki, uğurlu həyatın açarıdır. Biz hamımız başqaları tərəfindən qarşımıza qoyulmuş və uğurlu həyat sürməyin yolu hesab edilən məqsədlərin arxasınca qaçmağa meylliyik. Ancaq uğurlu həyat sürməyin sirrini anlamağın yeganə yolu özünə fokuslanmaqdır. Bəs bunu necə edə bilərsiz? Bu ki sadədir!
Sizi ən çox həyəcanlandıran şeyləri anlamaq və baş vermiş hər vəziyyətdə öz ehtiyac və istəklərinizi müşahidə etmək özünümüşahidəni məşq etdirmək üçün idealdır.
Özünümüşahidənin inkişaf etməyinizə və özünüzün daha yaxşı bir versiyası olmasına necə kömək etdiyini görməyin ən yaxşı yolu, müxtəlif uğurlu insanları və onların özünümüşahidə ilə bağlı təcrübələrini araşdırmaqdadır. Bundan əlavə, bir şeyi bilmək və onun real nümunələr ilə əhəmiyyətini anlamaq fərqli şeylərdir. Ən yaxşı saydığımız bu fikirləri və ifadələri öz təcrübələri ilə dəstəkləyən güclü insanlar olmadıqca, onları həyatımızda tətbiq edə bilmərik. Gəlin bəzi məşhur fərqli peşə sahiblərinin özünümüşahidə və bunu həyatlarında tətbiq etmələri baxımından əsaslandırdıqları ümumi məsələləri araşdıraq.
Peşəkarlar nə deyir?
Özünü müşahidə etməyi və özünü əks etdirməyi başa düşən insanlar haqqında danışarkən, bu anlayışları yaşayan və bununla həyatda uğur qazanan nümunələr tapmaq çətindir. Bununla belə, özünümüşahidə və bu konsepsiyanın bizə gətirdiyi vaciblik/fayda ilə bağlı, müxtəlif peşə sahiblərinin öz müşahidələrini bölüşmək üçün deyəcək çox şeyləri var.
Burada biz Jocko Willink, Lao Tzu, Kara Goucher və Bertrand Russel haqqında danışacağıq; onların hamısı bu gün yaşadıqları uğurlu həyata ümid bəsləyərək özünümüşahidəni anlayır və bunu həyata keçirirlər.
▪ Jocko Willinkə görə özünümüşahidə:
Kitablar, podkastlar yazmış, donanma xüsusi təyinatlar komandalarını idarə etmiş və bundan karyerasının ən vacib hissəsi kimi danışan Jocko Willink, şübhəsiz ki, özünümüşahidə ilə bağlı dinləmək istəyəcəyimiz biridir (və ya öz dilindən desək; qərəzsizlik) özünümüşahidə yox, etika və məsləhətlər. Məncə, onun ən sevdiyim personajlardan biri olduğunu söyləməyə ehtiyac yoxdur. Jocko-nun liderlik mövzusunda yazdığı kitabdan çox zövq almışam.
Jocko-nun Tim Ferris podcastında görə, onun həyatında qərəzsizliyin əhəmiyyətini anladığı zamanlar olub. Daha sonra əlavə edir:
Mən buna qərəzsizlik deyirəm. Bu, liderlik karyeramda ən erkən baş verənlərdən biridir; Bunun nə vaxt baş verdiyini də xatırlayıram. Çox güman ki, mənim 22 və ya 23 yaşım var idi. İlk Xüsusi Təyinatlılar tağımında idim. Kaliforniyada bir neft buruğundayıq və bir az məşq edirik. Neft buruğu səviyyəsinə çatmışıq və daha əvvəl heç bir neft qurğusunda olmamışıq. Onlar çox mürəkkəbdirlər. Hər yerdə dişli çarxlar, qutular, əşyalar var və hamısı şəffafdır. Döşəmələrin arasından görə bilərsiniz. Çox qarışıq bir mühitdir. Biz gəlirik və hamımız müəyyən səviyyəyə çatırıq. Hamı titriyir. Mən isə təzə olduğun üçün gözləyirəm və nəsə etməli olduğumu düşünmürəm belə. Ancaq sonra öz –özümə dedim ki, axı kimsə nəsə etməlidir. Buna görə də silahın lüləyini yuxarı qaldırmaq deyilən şeyi etdim və guya indi nişançı deyilmişəm kimi silahımı havaya qaldırdım. Xəttdən bir addım geri çəkilib ətrafa baxdım və məsələnin nə olduğunu anladım. Sadəcə sola get, sağa get deməyə başladım və hamı tabe oldu. O an öz –özümə dedim ki, sən bunu etməlisən.
Üstəlik, Jocko deyir ki, bu qərəzsizlik anlayışı (özünümüşahidə) indi etdiyi hər şeydə böyük rol oynayır. Bundan əlavə, Jocko eyni konsepsiyanın bu podcastın müsahibəsində necə işlədiyini xatırladır:
“Dəhşətli səslənsə də, sanki mən bəzən öz həyatımın iştirakçısı olmuram. Mən bunu edən adamın müşahidəçisiyəm. Əgər səninlə bir söhbətim varsa və bir məsələni müzakirə etməyə çalışırıqsa, mən baxıram və ona deyirəm : Sənə elə gəlmir ki, çox emosional davranırsan? Bir saniyə gözlə və bir ona bax. Əgər mən səni öz duyğu və ya eqom vasitəsilə görürəmsə demək ki, səni düzgün oxumuram. Həqiqətən nə düşündüyünü görə bilmirəm. Ancaq mən bu vəziyyətdən çıxsam, real səni görə bilərəm. Əsəbi olduğunu, eqonun qırıldığını, məndən bezdiyin üçün təslim olduğunu görə bilərəm. Halbuki mən öz beynimdə əsəbləşsəm, bütün bunları gözdən qaçıra bilərəm. Lider üçün qərəzsizlik çox vacibdir. «
Jocko bu kriteriyanı ən yaxşı liderləri seçmək və bu gün tanındığına görə işini ən yaxşı şəkildə yerinə yetirmək üçün istifadə edir. Bu konsepsiyanın köməyi ilə bir vəziyyətdən çıxmağı həyata keçirə bilən və ətrafdakıları və daxili səsi doğru zamanda təhlil edə biləcək liderlər tapmaq daha asandır. Bu, sizin daxilinizə baxan, sizi müşahidə edən və özünüzü müşahidə etməyinizə kömək edən yad bir insan olmaq kimidir.
Lao Tzuya görə özünümüşahidə:
Özünümüşahidə anlayışından Tibet rahibinin sözləri ilə danışarsaq, bu qərəzsizlik praktikası Vipassana meditasiyası ilə əlaqədardır. Bu meditasiyanın sizə “hər şeyi olduğu kimi görməyinizə” kömək etdiyi bilinir. Sadə dillə desək, Jockonun qərəzsizlik anlayışı, ətrafdakı hər şeydən tam xəbərdar olmalarına icazə verərək, insanın özlərini və ətrafını müşahidə etməsinə və görməsinə kömək edən Vipassana meditasiyası ilə bağlıdır. Bu, özünüz də daxil olmaqla hər şeydən xəbərdar olmaq və fərqli həyat vəziyyətlərində necə düzgün addım atmalı olduğunuzu anlamaq üçün məşq etməkdir.
Başlanğıcda bu təcrübə olduqca çətindir. Düzünü desəm, mən bu cür meditasiyanı sınamamışam və siz bunu edərkən asanlıqla fikriniz yayına bilər. Ancaq bunula belə, məşq etdiyiniz müddətcə bu meditasiyanın təsirini hiss edə bilərsiniz. Bundan əlavə, meditasiyadan faydalanmaq təkcə meditasiya etməklə deyil, həm də gündəlik hadisələrdə bu təcrübəni tətbiq etməklə də əlaqədardır. Öz təcrübəmdən deyə bilərəm ki, meditasiya etmək mənim sağlamlığıma böyük fayda gətirən əsas vasitəyə çevrilib. Adətən həftədə 3–4 dəfə olmaqla 10–20 dəqiqə meditasiya edirəm.
Lao Tzu deyir ki, bu cür meditasiya ilə özünümüşahidə etmək daxilindəki səni təyin edən düşüncələri anlamağa kömək edir.
Sonda isə, özünümüşahidənin tətbiqinin bir Olimpiya İdmançısının həyatında olan nümunəsindən danışaq. Kara Goucherin Amerikalı uzun məsafə qaçışçısı olduğu bilinir. Onun uğur yolu üç Olimpiadanın başa vurulmasını əhatə edir.
Bundan əlavə, Kara, Boston Marafonunda da üçüncü yeri qazanıb.
Karanın peşəsi sağlam olmağı, yarışda zehni və fiziki olaraq iştirak etməyi tələb etsə də, zehni varlıq və müşahidə anlayışı onun uğur yolunda böyük rol oynayıb.
Kara Goucherə görə, “ Qaçışda həyatınızın nə qədər gözəl olduğunu görməyə imkan verən anlar var.”
Kənardan peşəkar qaçış həyatı, bu həyatı idarə edən peşəkarlar üçün daha çox vərdiş və ya təcrübə kimi görünür. Ancaq məşhur və müvəffəqiyyətli bir Olimpiya İdmançısının perspektivindən danışsaq, bu daha çox meditasiyaya bənzəyir. Eyni şeyi təkrarlamaq və ayaqlarınızı yerə vurarkən hər bir addıma fokuslanmaq kimidir. Əlavə olaraq, idmançıların həyatlarında dəfələrlə yaşadıqları bu vərdişin hər bir saniyəsi qeyd olunur və onlar bu anı sonuna qədər yaşayırlar. Əslində, ayaq biləyinin necə əyildiyini görməkdən, ayağın harada olduğunu və hər nəfəs alışını yadda saxlamağa qədər hər şey vacibdir və bütün bunları idmançı qaçarkən zehnində saxlayır.
Bəs bu təkcə bədən hərəkətlərini və bədənində baş verən hər bir dəyişikliyi yaşaya bilən və hiss edə bilən Kara Goucher kimi idmançılar olmalıdırmı? Əlbəttə yox! Özünümüşahidənin başqa bir forması kimi, bu, daha çox meditasiya ilə birlikdə aerobik məşqə bənzəyir. Bu təcrübə depressiyanı azaldır və zehnimizi məşğul edən düşüncələrə baş qoşmaq əvəzinə atdığımız hərəkətləri qiymətləndirməyimizə imkan verir. Uzun sözün qısası, çölə çıxın, gəzintiyə çıxın, qaçın, idman edin və ya digər fiziki bir fəaliyyətlə məşğul olun.
Bəs siz Kara Goucher-in konsepsiyasına görə daxili dialoqlarınızın sizə nə formada çatmağına icazə verirsiniz? Bu ki sadədir! Etməyiniz lazım olan şey, ayaqlarınızın altındakı torpağın təzyiqini hər addımınızda hiss etməkdir. Musiqiyə, telefona və ya digər düşüncələrə dalmaq əvəzinə ağlınıza və bədəninizə bu təzyiqi hiss etməyə icazə verin.
Bəs bütün bunlar ağlın bir oyundurmu? Ağlın tarazlığı və sağlam bədə
Özünüzümüşahidə, daxili ehtiyaclarınızın və məqsədlərinizin zehni varlığı/qiymətləndirilməsi sağlam və pozitiv bir həyat sürmək üçün vacib olsa da, kifayət deyil. Zehninizi məşq etdirdikdə onun heç bir şəkildə zəifləmədən və yayınmadan istədiyiniz kimi işləyəcəyini gözləyə bilməzsiniz. Bunun üçün sağlam və fokuslanmış bir ağılla yanaşı sağlam və nizamlı bir bədənə də ehtiyacınız var.
Uğurlu bir həyat yaşamaq, zehni və fiziki sağlamlıq əldə etmək üçün diqqət yetirilməli və balanslaşdıırlmalı olan bəzi şeylər bunlardır:
▪ Balanslaşdırılmış pəhriz: Gündəlik fəaliyyətlərinizə uyğun olaraq bədəninizin enerji tələbatını ödəyəcək düzgün qidalanma ilə gündəlik vəzifələrin öhdəsindən gəlmək və ehtiyac duyduğunuz enerjiyə çatmaq daha asan ola bilər. Bundan əlavə, yüksək proteinli və vitaminli qidalar bədəni gündəlik fiziki fəaliyyət üçün daha çox enerji ilə təmin edir. Bununla birlikdə, fiziki fəaliyyətinizə görə bədəninizin qida ehtiyaclarını başa düşmək və sonrasında buna uyğun gələn düzgün qidanı qəbul etmək və lazımlı miqdarda yandırmaq çox vacibdir. Mən artıq 8 ildir ki, pəhriz saxlayıram və bədənimin müəyyən qida və yeməklərə verdiyi reaksiya ilə bağlı daim yeni şeylər öyrənirəm. Son bir ildə mal ətini ayda bir dəfə qəbul etməklə demək olar ki, rasionumdan çıxartmışam. Quzu ətini 5 ildən çoxdur ki, yemirəm. Çox az (sıfıra yaxın) şəkər, un və spirt qəbul edirəm. Bu, xüsusən də yerli mətbəximizə baxanda sizə biraz radikal görünə bilər, ancaq sağlamlığını qoruyan hər bir kəsin qidalanmaya onu xoşbəxt edəcək özünəməxsus yanaşması olmalıdır.
▪ Davamlı Məşq: Məşq etmək bədənimizə enerji verən başqa bir vacib amildir. Məşq etmək təkcə elastikliyi artırmağa kömək etmir, bu həm də bədənimizə gündəlik fəaliyyətlər üçün enerji verir. Ancaq əvvəlcə bədənimizin sərhədlərini aşmayan düzgün məşq növünü anlamaq vacibdir. Təkcə bu yox, məşq etmək həm də bədənimizin ehtiyac duyduğu enerjini doğru şəkildə əldə etməsini, saxlamasını və istifadə etməsini təmin etməklə bədənimizin formada qalmasına kömək edir. Mən həftədə 6 dəfə, bəzən də 7 dəfə məşq edirəm. Məşqlərimi qısa və səmərəli edirəm. Davamlı məşqlərin faydaları demək olar ki, sonsuzdur.
▪ Cinsi aktivlik: Nəhayət, bədənimizin enerjisini artırmağa və ya məhdudlaşdırmağa kömək edən başqa bir vacib amil də cinsi fəaliyyətimizdir. Burada balansı anlamaq və cinsi fəaliyyəti qoruyub saxlamaq formada qalmağınıza kömək edərək, fiziki və zehni məmnuniyyətinizi artırır. Bu mövzuda deyəcəklərim bunlardır. Bu mövzünu özünüz araşdırın.
Nəticə olaraq, balanslaşdırılmış və sağlam bir “həyat”-a sahib olduqdan sonra şübhəsiz ki, sağlam zehindən və bədəndən zövq ala bilərsiniz. Bundan əlavə, üç əsas faktor- bədən, zehin və ruhdan başqa nə qalır? Beləliklə, tarazlığı qorumaq sizi fiziki cəhətdən sağlam bir fərd edərək, eyni zamanda da zehni sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcəkdir və bu da özlüyündə, zehni məşqlər etməyinizə, fokuslanmağa və emosional tarazlığa nail olmağınıza imkan verəcəkdir.
Bütün məşhur və görkəmli insanların özünümüşahidə haqqında düşüncələrini və həyatlarında tətbiq etdikləri təcrübələri yekunlaşdırmaq, əlbəttə ki, diqqətəlayiqdir. Bununla belə, özünüzü anlamaq və hər vəziyyətdə daxili düşüncələrinizi müşahidə etmək, həyat qərarlarınızı, fəaliyyətlərinizi və peşə yolunuzu düzgün şəkildə formalaşdırmağı asanlaşdırır. Biri üçün doğru olan şey bizim daxili mənliyimiz üçün ədalətli və uyğun olan şeydir.
Əgər fizikaya inansaq, bir müşahidəçi hər-hansı bir daşı müşahidə etdiyini düşündüyü zaman, əslində, o, daşın özünə göstərdiyi təsiri müşahidə edir. — Bertrand Russel
PS Qapaq şəkli, Gürcüstanın Kaxeti bölgəsində yerləşən Tsinandali adlı bir kənddəndir. Bölgə şərabı və gözəl təbiəti ilə məşhurdur.