Noyabr 07, 2021

Ən ağıllı insanların həftə sonları etdiklərini, on il sonra həftə içi hamı edəcək

Bu yaxınlarda 2013-cü ilə aid olan bir postcast və bloqpostu dinləyirdim. Bloq yazısı Chris Dixon tərəfindən yazılıb.

Chris Kickstarter, Stripe, Flatiron Health, Warby Parker, Zipline, Pinterest və Stack Overflow kimi texnoloji startapların investorudur.

Onun əlaqəli olduğu brendlər öz sözlərini desə də, məni heyrətləndirən Chrisin 2013-cü ildə etdiyi müşahidə oldu. Onun qısa bloq yazısını olduğu kimi paylaşıram. Ardınca isə bu məsələyə öz münasibətimi bildirəcəyəm.

Ən ağıllı insanların həftə sonları etdiklərini, on il sonra həftə içi hamı edəcəkdir.

2013-03-02

Tapıntı sayılan bir çox texnologiyalar həvəskarlar tərəfindən qarajlarda və yataqxanalarda ərsəyə gətirilib. Bu nümunələrə kompüter, internet, bloqlar və açıq mənbəli proqram təminatı daxildir.

Ümumiyyətlə, rezin çəkələk geyinən həvəskarların böyük sənayelər yaratması texnologiya sənayesinin əyləncəli ekssentrikliyi kimi qəbul edilir. Ancaq hobbinin niyə bu qədər vacib olmasının səbəbi var.

İş adamları  əsasən qısamüddətli maliyyə gəlirləri yaratmaq üçün öz dollarlarını ortaya qoyurlar. Mühəndislər yeni və maraqlı şeylər icad etməyə çalışırlar və öz zamanlarından istifadə edirlər. Hobbi isə ən ağıllı insanların qısamüddətli maliyyə məqsədləri üçün məhdudlaşdırmaqdıqları zaman sərf etdikləri şeydir.

Bu gün texnoloji hobbilərə aşağıdakılar daxildir: Bitcoin kimi riyaziyyata əsaslanan valyutalar, NoSQL verilənlər bazası kimi yeni proqram təminatı inkişaf etdirmə vasitələri, əşyaların interneti, 3D çap, kontaktsız insan/kompüter interfeysləri və Kickstarter-də tapdığınız “kustar” avadanlıqlar.

Bu günkü hobbilərin gələcək sənayelərə səpiləcəyi ilə bağlı mərcə gələ bilərik. Ən ağıllı insanların həftə sonları etdiklərini, on il sonra həftə içi hamı edəcəkdir.

Chris bu dediklərində nə qədər dəqiq idi? Mən xüsusilə «ən ağıllı insanların həftə sonları etdiklərini, on il sonra həftə içi hamı edəcəkdir» hissəsini bəyəndim.

Beləliklə, eyni fəlsəfəni və yanaşmanı tətbiq edərək onu yenidən alovlandırsaq  və bu gün üçün eyni sualı yenidən versək..

Sonrasında sizdən bir xahişim olacaq. Bu bloq yazısını tapdığınız sosial platformaya qayıdın və aşağıdakı suala cavab verin. Mən buna kütləvi cavab almaq istərdim.

Sual isə budur:

Ən ağıllı insanların həftə sonları etdikləri və on il sonra həftə içi hamının edəcəyi hobbilər hansılardır?

Yekun qeyd və məsləhət

Bu postu gördüyünüzdə cavabınızı mənə şəxsi mesaj kimi göndərməyin. Cavabınızın ziddiyətindən və ya “çılğınlığından” asılı olmayaraq cəsur olun və onu hamının görməsi üçün açıq-aşkar paylaşın.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!