İnsan resursları hər bir şirkətin onurğa sütunlarından biridir. İR departamenti yeni əməkdaşları cəlb edən, onlarla düzgün ünsiyyət quran, cari əməkdaşları məmnun edən, onları əldə tutmağı bacaran departamentdir. İR departamentinizin işlərini texnologiyaya uyumlu hala gətirərək, onların işlərini asanlaşdıra bilərsiniz. İndi sizə 5 əsas problemdən və onların həllindən danışaq.
Sənədlərin düzgün idarə edilməsi
Çox gözəl bilirik ki, İnsan Resurslarında olan sənəd qədər başqa şöbədə sənəd tapmaq olmaz. Bu qədər sənədlərin içərisində işləmək bir yerdə gətirib səhvlərə və zaman itkisinə yol açacaq. Əsas sual odur ki, yaranacaq səhvlərə və itirilən zamana qarşı tədbirləriniz varmı? Çox güman yoxdur.
Sənədlərin düzgün şəkildə idarə edilməsinə ilk növbədə İR sisteminizin avtomatlaşdırılmasından başlanılmalıdır. Yığılıb, qalmış kağızları və onlarla saatlar boyunca çalışan işçilərinizi düzgün idarə etməyin vaxtıdır. İR departamentinizi bütünlükdə avtomatlaşdıraraq, sənəd işlərini daha sürətli və səmərəli idarə edə bilərsiniz.
İşçilərin inkişafı
Artıq nə işlər keçmiş dövrə uyğun gedir, nə də işçilər keçmiş dövrə uyğun davranır. Müasir dünyanın tələblərindən biri də işçilərə düzgün münasibət göstərməkdir. İşçilərə qayğı göstərməsəniz, nə qədər maaş versəniz də, heç vaxt işə motivasiyalı və ya istəkli gəlməyəcək.
İşçilərin performanslarının dəyərləndirilməsi üçün gərək bir-bir hər bir işçini izləyəsən. Onlara qayğı göstərəsən. Təəssüf ki, bir çox şirkətlərdə işçilərin inkişafı üçün heç bir addım atılmır. İnkişafa yönləndirilməyən işçidən stabil və səmərəli performans gözləmək də yanlış olar. İşçilərinizin inkişafı üçün onları daima təlimlərə yönləndirmək və müəssisəyə güclü və liderlik bacarığı olan idarəçilər təyin etmək lazımdır.
Performans idarəetmə sisteminin vasitəsilə bütün bu gedişatları rahat şəkildə izləyə və idarə edə bilərsiniz. Performans idarəetmə sistemi sizə nə kimi kömək edir? Bu sistemlə hədəflərinizi izləyə, işçilərinizi dəstəkləyə, ətraflı rəy ala və performansların obyektiv nəticəsini əldə edə bilərsiniz.
İstedadların işə götürülməsi
Bazarda istedadları tapmaq xeyli vaxt və xərc tələb edir. İstedadları “manual” şəkildə tapmaq isə çətin məsələdir. Bilmirsən namizəd axtarasan, bilmirsən namizədləri sıralayasan, onları filtirləyəsən, görüş vaxtları təyin edəsən və s. kimi vaxt aparan proseslər var. Ya da vəziyyət elə gətirir ki, axtardığınız istedadı gözünüzdən qaçırırsınız.
Tutaq ki, ehtiyacınız olan istedadlı əməkdaşı tapdınız və işə qəbul etdiniz. Bəs sonra? Axı bu istedadı şirkətdə saxlamaq lazımdır. Bütün bu insan resursları prosesini “manual” idarə etmək işləri çıxmaza sala bilər və səhvlər qaçınılmaz olar. Ancaq işlərinizi avtomatlaşdırsanız, tək-tək bu proseslərin detalına enməyə ehtiyacınız olmayacaq.
Texnologiyaya uyumluluq
Müasir dünyanın ən əsas tələblərindən biri də bütün işlərin texnologiyaya uyumlu olmağıdır. Çünki işlərin avtomatlaşdırılması sizin müəssisənin işlərinin daha sürətli və səmərəli getməsinə kömək olur.
İnsan resursları da bu texnologiyanın bir parçasıdır. İR sistemlərini nə qədər tez avtomatlaşdırsanız, o qədər tez uğurlu olacaqsınız. İR departamentlərində texnologiya zəif olduğu halda işçilərin idarə edilməsi, işçilərin cəlb edilməsi və şirkətə bağlı qalması və s. kimi məsələlərdə problemləriniz aşıb-daşacaq.
İR Analitikası
İşçi qüvvəsinin idarə edilməsi heç vaxt belə asan olmayıb. Dövrümüzün ən çox tələb olunan məsələlərindən biri də “data”-dır. Məlumat toplusu, yəni data olmasa, İR departementinin işi çətin olar. İR departamentiniz illərlə topladığı məlumatlardan istifadə edərək, daha uğurlu qərarlar verə bilər. Bu, həm də cari dövrə də aiddir.
Əməkdaşlarınız barədə məlumatları çox rahatlıqla idarə etmək, onların davranışlarına uyğun qərarlar vermək, düzgün mükafatlandırma sistemi qurmaq, iş keyfiyyətini daha dolğun hesablamaq üçün sizə mütləq analitika lazım olacaq. İR analitikasından məhrumsunuzsa, təəssüf ki, İR departamentinizin dərdləri heç zaman bitməyəcək. Həm müəssisəniz, həm İR departamentiniz, həm də bazar işçi problemləri ilə qarşılaşacaq.
Qısacası, müəssisənizin İR işlərini daha sürətli və səmərəli həyata keçirməyin yolu avtomatlaşdırmadan keçir. Bütün İR proseslərinizi avtomatlaşdıraraq, riskləri azalda və hətta sıfıra endirə bilərsiniz. Həm siz, həm də İR departamentiniz rahat nəfəs alsın deyə sizə bazarın ən sürətli və səmərəli İR texnologiyasını təqdim edirik. ATL olaraq İR sisteminizi avtomatlaşdırırıq və sizi bütün problemlərdən azad edirik. Təklif etdiyimiz İR sistemilə siz zamanı, sənədləri və istedadları düzgün idarə edə biləcəksiniz. Bununla da bitmir. Qeyri-iş günlərinin düzgün idarə edilməsi, əməkdaşların performanslarının dolğun analizi və dəyərləndirilməsi və ümumi analitka kimi alətlərə sahib olacaqsınız.