Aşağıda 2021-ci il ərzində tamamladığım və ya tamamlamağa çalışdığım kitabların siyahısını görə bilərsiniz. Məqalənin sonunda siz mənə görə ən yaxşı 5-liyi görəcəksiniz. Ondan əvvəlkiləri isə qiymətləndirməmişəm. Çalışmışam ki, hər bir kitab haqqında öz fikrimi qısa və aydın yazım. Ümid edirəm ki, bu, sizə seçim etməkdə kömək edəcəkdir.
David Eagleman- Incognito
Alimlər niyə deyirlər ki, beynimizin yalnız bir hissəsi işləyir? Mən qərar verərkən və həyatımın ən vacib addımlarını atarkən beynimin bütün hissələrindən istifadə etdiyimi düşünərək böyümüşəm. Neyroelm və psixologiyaya baş qoşduqca, bu daha da maraqlı hal almağa başlayır. Bu günlərdə ən çox maraqlandığım mövzulardan biri budur.
Sadhguru- Inner engineering
Sadhguru-nun yoqanın mahiyyətinə görə şişirdilməsinə çox təəccüblənirəm. O Bakıda olanda mən onun tədbirində olmuşdum. Düzünü desəm, elə də heyran qalmadım və onun daha çox kommersiya xarakterli olduğunu düşündüm. Bununla belə, Sadhguru-nun bədəni formada saxlamaq üçün lazım olan ən yaxşı məşqləri və addımları izah etməsini oxumaqdan zövq aldım. Bu kitabı mənə bir dostum məsləhət görmüşdü. Mən ondan yoqa ilə məşğul olmaq istəsəm nə etməli olduğumu soruşdum. O da, əvvəlcə onun tarixini bilməli olduğumu dedi və bu kitabı mənə məsləhət gördü.
Carlo Rovelli- Seven brief lessons on physics
Rovelli öz fikirlərini təsirli sözlərə çevirməyi bacaran səriştəli müəlliflərdən biridir. Fizika mənim zəif nöqtəm olsa da, mən məhz Rovellinin bəzi texniki elementləri çox sadə və gözəl izahı ilə bunun öhdəsindən gəldim və elə ilk cəhddən imtahandan keçdim! Kitab, əsas şeyləri əhatə etsə də, indi mən Riçard Feynmanın əsərlərini oxumaqda daha çox maraqlıyam. Nəzərinizə çatdırım ki, Feynman, fizikada ad çıxarıb və o Manhetten layihəsinin bir parçası olub. Bəli, həmin o atom bombası olan layihəni deyirəm.
Jack Schafer- The like switch
Mən həmişə insanların ətrafında olmaq istəmişəm, amma heç vaxt bu qədər şanslı olmamışam. Səbəbini özüm də bilmirəm! Sonra günlərin bir günü, Google-u vərəqləyəndə əllərim bu kitaba getdi. Kitabı oxumağıma əsas səbəb onun adı idi. Kitabın adı beynimə ilişdi və mən onu tam oxumamış ağlımdan çıxmadı. Kitab mənə insanlarla dost olmaqda və onlara yaxşı təsir bağışlamaqda çox kömək etdi.
Tim Grover-Relentless (NBA azarkeşləri üçün)
Tim NBA-da MJ, Kobe və Wade kimi böyük adları məşq etdirib. İstənilən uğur üçün çox zəhmət çəkmək tələb olunur. Mübarizə aparmadan, problemlərin həll yollarını tapmadan heç bir məqsədə nail ola bilmərik. Mən bunu təkcə bu kitabı oxuduğum üçün yox, kitabdakı təlimatlara əməl etdiyim üçün deyirəm. Bunu etmək, mənim bügünkü halım ilə illər əvvəlki halım arasında çox böyük fərq yaratdı. Amma düzünü desəm, məncə, kitab daha yığcam olmalı idi. Yazıçıların vacib ideyaları uzun-uzadı yazmalarına nifrət edirəm.
How to become a genius in stock market
Bu kitabı mənə dostum Orxan Məhəmmədi məsləhət görüb. O dedi ki, mən ilk ticarətimi etməzdən əvvəl, başımı sadə şeylərə qoşmalıyam. Bu kitabdan çox şey öyrəndim. Kitab mənə bəzi anlayışlarımı anlamağa kömək etdi və birjada oynamağıma mane olan çaşqınlıqlarımı aradan qaldırdı.
Ticarətə başlayanlara və ya başlamaq istəyənlərə bu sənət əsərini oxumağı şiddətlə tövsiyə edirəm.
Rose Macfarlane- Magnetism
Cazibə haqqında çox balaca və qəribə bir kitab. Hava limanında yolda oxumaq üçün aldığım bir kitab idi. Haqqında elə də çox şey deyə bilməyəcəm.
Richard Dawkins- River out of eden
Bu kitab mənim onilliklər əvvəl həyatın necə olduğunu və bu illər ərzində bəşəriyyətin necə təkamül etdiyini başa düşməkdə mühüm rol oynadı. Dawkins-in orqanizmlərdəki fərqli genlərlə bağlı hər bir detalı izah etmə tərzini çox təqdir edirəm.
Kitab texniki, elmi və tarixi biliklərlə dolu olduğu üçün əyləncəni sevən insanlar üçün maraqlı olmayacaqdır.
Sun Tzu- The art of war
Əgər kimsə Çin Ordusunun düşüncə tərzini öyrənmək istəyirsə, bu kitab lazımlı mənbələrdən biri ola bilər. Bu kitab nəhəng bir brenddir və mənim bu kitabı oxumağıma təkan verən şey nəyisə gözdən qaçırmaq qorxum olmuşdu.
Thomas Paine- The common sense
Mən 13 koloniyanın sakinlərinin Böyük Britaniyadan necə müstəqillik əldə etməkləri barəsində çox eşitmişdim, lakin onu təfərrüatları ilə oxumaq şansım olmamışdı. Bu mövzuda özümü təhsilləndirə biləcəyim hər şeyi ətraflı şəkildə bir kitaba yığdığı üçün Tomas Paine-yə minnətdaram. Bir qlobal tarix həvəskarı olaraq, mən həmişə, təkcə ictimai problemləri işıqlandıran yox, həm də siyasi və hökumət normalarını işıqlandıran məlumatlara və tarixi hadisələrə heyranam.
Matt Ridley- Rational optimist
Matt Ridley-nin bu şah əsəri daha böyük insan ləyaqətinə və daha yüksək həyat standartlarına nail ola bilmək adına səylərimizi sürətləndirə biləcək ixtisas və ticarət ideyasının bəsirətli müdafiə vasitəsidir. Kitab oxuculara öz həyatlarını qiymətləndirmək və doğru yolda olub-olmadıqlarını anlamaq üçün heyrətamiz həyat dərsləri verən hissələrlə doludur. Bir sözlə, bu, özünü qiymətləndirmək üçün ən yaxşı kitabdır. Etiraf etməliyəm ki, bu kitab kolleksiyamdakı yeganə audiokitab idi. Kitab “Rayon” səyahətlərimdə mənə yaxşı yoldaşlıq etmişdi.
William Edwards Henderson- Einstein theory of relativity
Məncə kitabın əvvəli Eynşteynin göstərdiyi ümumi izaha görə bir az darıxdırıcı idi. Amma 2-ci və 3-cü fəsillərə keçən kimi marağım artmağa başladı. Bu, məni Eynşteynin bizim sahib olduğumuz qədər imkanları və ixtiraları olmasa belə, təbiəti anlamaq üçün hərdən istifadə etiyimiz heyrətamiz nəzəriyyələr və qanunlar yaratmağı bacardığını anlamağa vadar etdi. Elə ilk gündən onun niyə belə böyük bir ada malik olduğunu anlayıram.
D. Carnegie- The art of public speaking
Təcrübə insanı mükəmməlləşdirir- Carnegie bu ifadəni, yaxşı bir ictimai natiqin davamlı təcrübə qazanaraq və fədakarlıq edərək ərsəyə gəldiyini deyərək təsdiqləyir. Təkmilləşmək istəyən insanlara bu kitabı birdəfəyə oxumağı və öz zəif tərəflərinin siyahısını çıxartmağa çalışmaqlarını tövsiyə edirəm. Şəxsən mən bu əlamətdar kitabda verilən ideya və təkliflərə əməl etmişəm və inanın mənə, bu tövsiyyələr mənim şəxsiyyətimdə möcüzələr yaradıb. İndi insanlar mənim intellektimə, yumor hissimə və fikirlərimi çatdırmaq tərzimə heyran qalırlar.
Mütləq oxunmalı olanlar siyahısına mükəmməl bir əlavədir..! Bununla belə, mən düşünürəm ki, təcrübə ilə siz təbii şəkildə inkişaf edə bilərsiniz. Mən özüm də belə edirəm. İndi mən ictimai bir çıxış etdiyim zaman özümü daha rahat hiss edirəm. Təbii ki, bütün bunlar kitablar, peşəkarlardan aldığım məsləhətlər və təcrübələr sayəsindədir.
P.T. Barnum-The art of money getting
Pul qazanmaq üçün mükəmməl bir ilham mənbəyi! Bir neçə il əvvəl peşəkar karyeramı qurmaqda çətinlik çəkirdim. Pul qazanmaq və cibimi doldurmaq üçün müxtəlif yollar sınamaqla bağlı mənim düşüncə tərzimə ciddi təsir göstərə biləcək bəzi intellektual qrupların və ya müzakirələrin bir hissəsi olacaq qədər şanlı deyildim. Kaş ki, bu kitaba 20 yaşlarımda rast gəlsəydim.
Mary Buffet and David Clark – Warren buffet management secrets
Warren mənim ən sevimlilərimdən biridir. Onun ağlının necə işləməsi barəsində daha çox məlumat verən hər hansı bir kitab mənim üçün yaxşı sayılır.
Yuval Harrari- Sapiens- Yəqin ki, bütün zamanların ən şişirdilmiş kitabı
Mən həmişə bəşəriyyətin mənşəyini və onun onilliklər əvvəl necə olduğunu kəşf etməkdə maraqlı olmuşam. Demək olar ki ətrafımdakı hər kəsin bu kitabdan danışdığını görəndən sonra mən də ona bir şans verməyə qərar verdim. Kirabda Yuval Harrari insanların onilliklər ərzində atributlar, davranışlar vasitəsilə necə təkamül etdiyini izah edib. Bəs bu, ən yaxşı tarix kitabıdırmı? Əsla yox! Bəs, ən çox satılan kitabdırmı? İlk 15-likdə olduğundan əminəm.
Plato – symposium and the death of Socrates (yarımçıq)
Bu diversifikasiya etmək fikri idi və yaxşı nəticələnmədi. Darıxdırıcı olduğu üçün bitirmədim…
Martin Newman & Malcolm Mcdonald-100 practical ways to improve customer experience
Marketinq strategiyalarının əhəmiyyətini ən yaxşı izah edən kitablardandır. Mən bu kitabı oxuduqdan sonra müştəri xidmətninin və məmnuniyyətinin əsl mahiyyətini araşdırmağa başlamış bir çox insan tanıyıram. Mən ATL-də “müştəri birinci yerdədir” strategiyasını çox vurğulayıram. Artıq o nöqtəyə çatmışam ki, həmkarlarım mənim əlimdən beziblər.
Brian Boone- Ethics 101 (yarımçıq)
Daha bir diversifikasiya seçimi və tamamlanmamış kitab. Elə də sevmədim…
Willl Durant- The great minds and ideas of all time
Durantın ‘The lessons from history,’ adlı fəlsəfi şah əsəri ilə tanış olduqdan sonra bu, məni dahi beyinlərin əsl mənalarını dərk etməyə vadar edən növbəti kitabdır. Durantın kitabdakı fəsilləri yerləşdirmə tərzi həqiqətən inanılmazdır. Xüsusən də “oxumaq üçün 100 Ən Yaxşı Kitab”. Son 2 fəsli – “10 peaks” və “12 dates”-i oxuyarkən mən faktiki olaraq zaman maşınında idim. Fəlsəfi kitablar oxumağı sevən hər kəsə bu kitabı sınamağı tövsiyə edərdim. Əminəm ki, mənim kimi heç kim bu kitabı oxuduğu üçün peşman olmayacaq. Əgər oxumaq üçün tarix mövzusuna üstünlük verirsinizsə, Will Durant Yuval Harraridən daha yaxşıdır.
George Friedmann- The next 100 years
George tərəfindən yazılmış oxumağa dəyər maraqlı bir proyeksiya.
Stephen Hawking- Brief answers to big questions
Qara dəliklərin və zaman anlayışının dərinliklərindən təsirlənmiş təkərli əfsanə Stiven. Bu Rovellidən daha yaxşı idi. Çox daha yaxşı idi.
Don Miguel Ruiz- Mastery of self (5)
Bu kitab mənə həyatımın hazırda necə getdiyini qəbullanmaq üçün cəsarət verdi və məni ilhamlandırdı. Uşaqlıq travmalarından əziyyət çəkən və ya duyğularını anlamaq istəyən hər kəsə bu kitabı məsləhət görürəm. Bu kitab mənim siyahımda beşincidir.
Steven Kotler- Stealing fire (4)
Mən həmişə eşidirdim ki, yaxşı kitablar oxucularda təsir buraxırlar, ancaq Stealing Fire-ni oxuyana və uğurlu həyat haqqında fikirlərimdə böyük dəyişiklik görənə qədər bu ifadəyə heç vaxt inanmırdım. Əziz uşaqlıq dostum Günelin tövsiyə etdiyi bu kitab tanınmış sənaye və təcrübələri başqa bir bucaqan işıqlandırdı. Dəniz pişiklərini, google-u, tarix-i, yanan adamı və psixodelikləri tək bir kitabda əhatə etməyi bacarmaq çox qəribədir.
Jocko Willink – Leadership and strategy tactics (3)
Bu kitab mənə liderliyin bütün insanların yiyələnə biləcəyi bir sənət olmadığını dərk etdirdi. Bu kitabı bir çox mükafatlara sahib və hazırda xidmətdə olan bir hərbçi məsləhət görüb. Kitab siyahıma möhtəşəm bir əlavə oldu. İnana bilmirəm ki, bu kitabı oxumağım tam da bir layihənin komanda lideriykən, səlahiyyətlər həvalə etməli, tapşırıqlar təyin etməli və strategiyalar hazırlamalı olduğum zamanda əsl haqqını verir! Bu kitabı hamıya ən azı bir dəfə oxumağı tövsiyə edirəm, çünki bu, sizi sözün əsl mənasında uğurlu və nüfuzlu liderə çevirə bilər. Jocko çox maraqlı bir personajdır.
Kahlil Gibran – The prophet (2)
Bu kitab, siyahımda olan yeganə FICTION kitabdır. Kitab haqqında onu deyə bilərəm ki, insanın ruhunu qidalandırır. Kitab, dərhal daha yaxşı hiss etdirir və üzünüzə təbəssüm bəxş edir. Tam bir şah əsərdir.
Greg McKeown – The essentialist (1) ilin ən yaxşısı
Bu şah əsərdən öyrəndiyim şey doğru vaxtda doğru şeyləri doğru təkan ilə hazır etmək oldu. İstər bir layihəyə başlayın, istərsə də idarə etmək üçün böyük bir işçi qüvvəniz olsun, hər bir tapşırığa və çətinliyə girişməkdənsə az, amma keyfiyyətli iş görmək daha yaxşıdır. Kitab həm də məni yüzlərlə insanın qarşısında onun haqqında danışmağa ruhlandırdı. Bu kitab mənim siyahımda birinci olmağa layiqdir. Onu tövsiyə edən Çingizə təşəkkür edirəm.