Texnologiya sənayesində olan demək olar ki hər kəs Peter Thiel-in adını eşidib. Peter-i tanımayanlar üçün isə onun haqqında qısa məlumat verəcəm. O, PayPal-ın qurucularından biri, Palantir-in qurucusu və Facebook-a ən birinci sərmaye qoyanlardan biridir. O, Facebook-a 500.000 ABŞ dolları sərmayə qoyaraq, bunu edən ilk böyük xarici investor olub. O vaxtlar bu Facemash adlanırdı. Peter qısa müddət ərzində Silikon Vadisinin əjdahasına çevrilib. O həm də “Zero to One” adlı məşhur kitabın müəllifidir.
Buna baxmayaraq, mənim sizə danışmaq istədiyim hekayə Peterin əldə etdiyi uğur haqqında yox, onun xarakteri haqqındadır. Belə görünür ki, o çox kinli adamdır. Asanlıqla təslim olacaq bir xarakteri yoxdur. Onun qisasa və fədakarlığa olan sadiqliyi çox epikdir.
15 il qabaq, 2007-ci ildə Gawker öz texnoloji bloqunda Peter-in homoseksual olduğunu iddia edən bir məqalə dərc etdikdən sonra onun şəxsi həyatı gündəmə gəlməyə başladı. Gawker’s Valleywag bloqu tərəfindən 2007-ci ildə dərc edilən məqalənin başlığı belə idi: “Uşaqlar, Peter Thiel homoseksualdır” . Peter, onun dostları və başqaları haqqında olan bu məlumatlar barəsində “insanların həyatını səbəbsiz yerə məhv etdi” ifadələrini işlətmişdi. Bu məqalələr Thiel-i, Gawker-ə qarşı gizli müharibəyə sövq etdi. Onun çıxışı vaxtından əvvəl bir media orqanı tərəfindən oğurlandı. Thiel, sonradan gey olduğunu etiraf etsə də, onlayn media şirkətini ittiham etdi.
Eyni il, 2006-cı ildə paralel kainatda, məşhur güləşçi və aktyor Hulk Hogan, dostu Bubba-nın (radio DJ) və həyat yoldaşı Heather Clem-in evinə dəvət olunur. Bu zaman Hulk onların swinger olduqlarını öyrənir və Heather ilə yataq otağında cinsi əlaqədə olur. Hulk-un bilmədiyi bir şey olur. Sən demə, cütlük yataq otağını gizli kamera ilə lentə alırmış. Hulk Hogan-ın intim video görüntüləri başqa məqsədlərlə qeydə alınaraq saxlanılmışdı.
Bu video görüntülər uzun müddət üzə çıxmadı. Daha dəqiq desək, 2012-ci ilə qədər. Bu 6 il ərzində swinger cütlük boşansa da, intim görüntüləri saxlamaq qərarına gəldilər. İddiaya görə, Bubba ofisindən çıxarkən onun rəqibi kasetləri oğurlayıb, daha sonra ona hədə qorxu gəlib və görüntüləri Gawkerə sızdırıb.
Bundan sonra Hulk Hogan biri Bubbaya, digəri Gawkerə qarşı olmaqla 2 iddia qaldırır. Bubba-nın iddiası həllini tapır və bağlanır. Ancaq Gawker-ə qarşı iddia, işlərin tam da qarışdığı yerə çevrilir. Hulk Hogan, onun və dostunun həyat yoldaşının iştirak etdiyi intim görüntüləri ictimaiyyətə açıqlayaraq şəxsi həyatına müdaxilə etdiyi üçün Gawker-dən 100 milyon dollar tələb edir. Hoqan həmçinin videonun silinməsi üçün ilkin qərar və müvəqqəti həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırır. Gawker-in vəkili görüntülərin ictimaiyəətə göstərilməyə dəyər olduğunu və Birinci Düzəliş altında qorunduğunu, eləcə də, Hoqanın məxfilik gözləməməli olduğunu iddia edir.
O zamanlarda Thiel gawker.com-a qayıtmaq üçün yollar axtarırdı. O, kimliyi aşkar edildikdən sonra ilk müsahibəsində belə demişdi: “Bütün bunlar qisasdan çox, insanlara xüsusi formada hədə-qorxu gəlməklə bağlıdır”. “Mən belə şeylə ilk dəfə qarşılaşdım. Gawker-in ictimaiyyətlə heç bir əlaqəsi olmasa belə insanları təhqir etməklə diqqəti cəlb etməyə çalışmasının unikal və inanılmaz dərəcədə zərərli bir yol olduğunu gördüm.”
Vəziyyət o yerə gəldi ki, Thiel vəkilə Gawkerin biznesdən getməsi və Hulk Hogan-ın işinin bağlanması üçün bir neçə milyon ödədi ki, o əlindən gələni etsin.
O, Shell offşor şirkətləri vasitəsilə Peter Hoqanın işini maliyyələşdirməyə başladı. Onlar hətta bir konsaltinq şirkətinə 600.000 ABŞ dolları ödəniş etdilər ki, Hoqanın işində onun işinə yarayacaq münsiflər heyəti seçilsin. Münsiflər heyəti əsasən kilolu və ağ dərili qadınlardan seçildi . Onlar düşünürdülər ki, bu münsiflər heyəti Hoqanın işinə daha çox yarayacaq. Bu işə 10 milyona yaxın pul xərclədikdən sonra, 2016-cı ildə, münsiflər heyəti Hoqana 140 milyon dollar dəyərində təzminat ödənilməsinə qərar verdi. Gawker əvvəlcə bu işi yenidən qaldıracağını desə də, Hoqan ilə 31 milyon dollara razılaşdı. Bununla belə, bu məbləğ bir onlayn media şirkəti üçün çox idi. Gawker 2016-cı ilin iyununda müflis oldu. Onun şirkəti iki ay sonra Univision-a 135 milyon dollara satıldı.
Thiel 2016-cı ildə Respublikaçılar Partiyasının prezidentliyə namizədi və sonda seçkinin qalibi olan Donald Trampın əsaslı tərəfdarı idi. Thiel, Trump-ın qalib gəlməsi üçün pul bağışlayarkən və partiyanın qurultayında çıxış edərkən gözə çarpmışdı. O, Donaldın kampaniyasının əsas dəstəkçilərindən biri idi.
İndi isə Piterin Hulk Hoqan ilə davanı qazandığını, PayPal-ı yaratmaq üçün Elon və başqa 10 nəfərlə əməkdaşlıq etdiyini, onun 500 min sərmayəsinin bugünkü Facebook-a çevrildiyini və dəstəklədiyi namizədin prezident olduğunu biləndən sonrakı təbəssümünü təsəvvür edin. Peter əsl şəxsiyyət kimi görünür; O, gizli işləri və oyunun qaydalarını dəyişdirənləri tapmağı sevir. Onun sadiqliyi və köpəkbalığı kimi qan qoxusuna tərəf atılması insanı ruhlandırır.