Əlaqə mərkəzində də süni intellekt önəmli rol oynayır.
May 25, 2022

Süni intellekt texnologiyaları əlaqə mərkəzlərini necə dəyişir

Süni intellektin hər bir sahədə inkişaf etdiyini hamımız çox gözəl bilirik. Əlaqə mərkəzində də süni intellekt önəmli rol oynayır. Hələ-hələ əlinizdə süni intellekt texnologiyasının tətbiq olunduğu əlaqə mərkəzi varsa, bazarın liderisiniz deməli. Bəs süni intellekt əlaqə mərkəzini necə inkişaf etdirir? Hansı prosesləri sürətləndirir və daha faydalı hala gətirir? Bu sualların cavabı elə bu bloqda yer alır. Müəssisənizin əlaqə mərkəzini avtomatlaşdırmaq və inkişaf etdirmək üçün bu yazdıqlarımızı diqqətlə oxuyun.

  • Ağıllı Zəng Yönləndirilməsi

Başlayaq elə zənglərin yönləndirilməsindən. Bu xüsusiyyəti ilk dəfə eşidəndə müştərilərdə qeyri-adi bir təəssürat yaranır. İlk növbədə bunun nə demək olduğunu bilmək istəyirlər. Söz olaraq sadə səslənsə də, proses o qədər də sadə deyil.

Ağıllı zəng yönləndirilməsinin köməyilə müştərini uyğun əməkdaşa yönləndirə bilirsiniz. Bəli, düz oxuyursunuz. Həm də bunu “manual” yox, avtomatik edirsiniz. Deməli, şirkətinizə zəng gəlir və süni intellekt müyyən məlumatları əldə etdikdən sonra həmən müştərinin problemini kim daha sürətli və faydalı şəkildə həll edə bilərsə, ona yönləndirir. Beləliklə, nə müştəri sizi dəqiqələrlə gözləyir, nə də zəngi tərk edir.Bu texnologiya bizə müştəri davranışlarını analiz edərək, hər bir müştəriyə fərdi qaydada yanaşmamıza imkan yaradır. Əsas məqsəd gələn zəngi fərdə uyğun sürətli və faydalı formada cavablandırmaqdır. Belə olan halda isə daha çox vaxt qazanmış və müştəri məmnuniyyətini artırmış olursunuz.

  • İnteraktiv Səsli Cavab

Süni intellektin bu xüsusiyyəti artıq uzun illərdir ki, istifadə olunur və zaman keçdikcə də inkişaf etdirilir. İnteraktiv səsli cavab müştərilərə verilən öncədən hazırlanmış suallar əsasında formalaşır.

Gündəlik işlərimizlə bağlı müəyyən şirkətlərə zəng etdiyimiz zaman qarşı tərəfdən avtomatik suallara cavab verərək, bizi məsul şəxsə bağlamasını gözləyirik. Məsələn bu suallar dil seçimi, hesab nömrəsi, problem növü və s. kimi seçimlərdən ibarət ola bilər. Bir çoxumuz bir neçə dəfə bu prosesdən keçdikdə artıq yorula bilirik. Ancaq statistikalara görə, biz nə qədər yorulsaq da, bu texnologiyanın effektivliyi yüksəkdir.

Hər bir müəssisənin də bu tip süni intellektə ehtiyacı yoxdur. Əgər müəssisənizə gələn zənglər çoxdursa və bu sualların yarıdan çoxunda insan amilinə ehtiyac yoxdursa o zaman sizin interaktiv səsli cavab texnologiyasına ehtiyacınız var. Çünki müəyyən suallar var ki, onu operator olmadan da süni intellekt cavablandıra bilər. Beləliklə, siz həm zamanınızı dəyərli edirsiniz, həm də müştəri sürətli şəkildə sualına cavab almış olur.

  • Geri zəng

Süni intellekt vasitəsilə müştəriləriniz hər bir zəngini dəyərləndirə bilərsiniz. Biz də müştəriyik və bəzən uzun gözləmələrdən sonra cavab ala bilmirik və ya ümumiyyətlə xəttə düşə bilmirik. Bu isə müştəri məmnuniyyətini və loyallığını yerlə bir edir.

Xəttə düşə bilməyən müştərilərini qeydə alaraq onlara geri zəng etmək artıq mümkünsüz deyil. Bu texnologiyanın inkişafı ilə birlikdə heç bir müştərinizi cavabsız qoymayacaqsınız.

Emosional süni intellekt

Süni intellekt texnologiyası elə sürətlə inkişaf edir ki, əlaqə mərkəzləri də bu inkişafdan yararlanır. Əlaqə mərkəzləri artıq müştərilərlə emosial əlaqə qura bilirlər. Emosiyaya fokuslanan süni intellekt müştərinin davranışını və cari əhvalını saniyələr içərisində üzə çıxardır.

Bu necə baş verir?

Deməli, əgər əlaqə mərkəzinə zəng edən müştəri əsəbidirsə, süni intellekt onun söz seçimlərindən və səs tonundan hansı əhvalda olduğunu təyin edə bilir. Belə olan halda əlaqə mərkəzində cavab verən əməkdaşa yardım edir. Buna əlavə olaraq, əgər əlaqə mərkəzində çalışan əməkdaş tez-tez müştərinin sözünü kəsirsə və ya müştəri aldığı cavablara qane olmursa, süni intellekt sürətli şəkildə əməkdaşa məlumata ötürür. Əməkdaş da qarşı tərəfin vəziyyətinə uyğun olaraq danışığı yönləndirməyə başlayır. Bununla da siz müştərilərə tam istədikləri formada cavab verə bilirsiniz.

  • Zəng Analitikası

Bəli, bəli. Hesablaması mümkün olan hər bir xidmətin analitikası önəmlidir. Əlaqə mərkəzləri də böyük bir məlumat bazasıdır. Oradan düzgün analiz əldə edilsə, həm müştəri məmnuniyyətini, həm də şirkətin məlumat bazasını artırmaq olar.

Süni intellekt vasitəsilə artıq zənglərinizin analitikasını əldə edə bilərsiniz. Müştərilərin əhvalından onların problemlərinə qədər olan məsələləri rahatlıqla anlayıb, düzgün ünsiyyət qura bilərsiniz. Zənglərin analitikası vasitəsilə əlaqə mərkəzini böyük bir məlumat bazasına çevirərək, cari müştəriləri əldə saxlaya, yenilərini isə cəlb edəcəksiniz.

Qısacası, əlaqə mərkəzi şirkətinizin müştərilər ilə birbaşa kommunikasiyaya keçdiyi vasitədir. Müştərilərlə sağlam münasibət isə əlaqə mərkəzinin peşəkar qurulmasından asılıdır.

Yuxarıda sadaladığımız süni intellekt bacarıqlarını uzaqlarda axtarmağa ehtiyac yoxdur. Əlaqə mərkəzləri üçün ehtiyacınız olan bütün süni intellekt texnologiyasından istifadə edərək, sizin üçün gücləndirilmiş “omnichannel” dəstəyi hazırlamışıq. ATL Tech olaraq innovativ texnologiyaları əsas götürərək yaratdığımız proqram təminatı ilə şirkətinizin səmərəliyini artıracaqsınız və müştərilərinizlə olduqları yerdən kəsintisiz əlaqə quracaqsınız. Bizim süni intellektimiz vasitəsilə zənglərinizi interaktiv səsli cavablayırsınız, növbələri idarə edirsiniz, səsli mesaj hazırlayırsınız, geri zəng və zəng yönləndirmədən istifadə edirsiniz, telemarketinq xidməti və zənglərin analitikasından faydalana bilərsiniz.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!