Müasir dünyada, xüsusilə də məlumatın, biznesin idarə edilməsində strateji rol oynayan biznes qurumlarında məlumat təhlükəsizliyini təmin etmək heç də asan deyil. İnkişaf etmiş şirkətlər bu addımın vacibliyini anlayaraq məlumat sızıntılarının qarşısını almaq üçün böyük səy göstərirlər.
Məlumat təhlükəsizliyinin vacibliyini daha geniş kütləyə çatdırmaq üçün ATL Tech şirkəti və mobil qurğuların təhlükəsizliyi üzrə dövlət və biznes qurumları üçün kiber təhlükəsizliyi təqdim edən İsrailin Kaymera şirkətinin xüsusi qonaq qismində iştirakı ilə “Mobil tətbiqlər və məlumat təhlükəsizliyi” mövzusunda Biznes Forum təşkil etdi.