Həyatınızın perspektivləri haqqında zehni aydınlığa maliksiniz? Kim olduğunuzu və ya həyatda nəyə ehtiyacınız olduğunu tez-tez düşünürsünüzmü? Uşaqlıq vaxtlarımızdan zehnimizdə tez-tez məqsədlər və həyat standartları təyin edirik. Bu istər pilot, istər həkim, istərsə də dünyadakı hər hansı bir peşə sahibi olsun. Biz ağlımızı lap uşaqlıqdan bu fikrə yönəldərək böyüyürük. Ümumiyyətlə, xəyallar və məqsədlər bizim çox çalışmağımıza və bir zamanlar qarşımıza qoyduğumuz məqsədə çatmağımıza kömək edir. Bəs bu bizim öz düşüncəmizdirmi? Əlbəttə ki yox!
James Clear -a görə, “Bütün böyük şeylər kiçik başlanğıclardan yaranır. Hər bir vərdişin kökü yeganə, kiçicik bir qərardan gəlir. Bu qərar təkrarlandıqca vərdiş cücərir və güclənir. Köklər özlərini möhkəmləndirir və budaqlar böyüyür. Hər hansı bir pis vərdişdən qurtulmaq içimizdəki qüvvətli bir palıd ağacını kökündən qoparmaq kimidir. Yaxşı bir vərdiş yaratmaq isə bir çiçəyi hər gün şümlamaq kimidir. “
Bizlər uşaq vaxtlarımızdan beynimizə yeridilən məqsədləri hədəfləyirik, ancaq ehtiyaclarımızı və maraqlarımızı başa düşmək və nə etməli olduğumuzu zehni olaraq aydınlaşdırmaq çox vacibdir. Zehni aydınlığımız olmadıqda, biz nə istədiyimiz və həyatda nələr etməli olduğumuz barəsində tez -tez çaşbaş qalırıq.
Məsələ təkcə peşəkar aspekt deyil. Həyatımızdakı kiçik şeylər və şəxsi münasibətimizlə bağlı qərarlar da zehni aydınlıq tələb edir. Üstəlik, nailiyyətləriniz və qərarlarınız nə qədər üstün olsa belə, qarışıq bir beyinlə, həyatda etdiyiniz şeylərdən heç vaxt razı qala bilmərsiniz. Zehni aydınlığın vacibliyini nəzərə alaraq, gəlin ən yaxşı peşəkar şəxsiyyətlərin bu barədə dediklərini və zehni aydınlığa necə nail ola biləcəyinizi araşdıraq!
Zehni aydınlıq nədir?
Adətən, dumanlı düşüncəyə malik olmaq qısamüddətli fayda verir. Bu aydın düşüncəyə malik olmadığımızda nəyin səhv ola biləcəyi barəsində narahat olmadığımız üçün belədir. Ona görə də qərarlarla və ya həyat planları ilə bağlı stress və narahatlıq keçirmək ağlımıza çox da gəlmir. Bu, heçnə hiss etmədən və ya prosesin sizə təsir etməyinə icazə vermədən əvvəldən birbaşa axıra gəlməyə bənzəyir.
Ancaq bu zehniyyətlə çox da uzağa gedə bilmərsiniz. Dumanlı bir zehin sizi indiki zamanda stresdən azad edə bilər, ancaq həyatda verdiyiniz qərarların sonunun hara gedib çıxacağını təxmin edə bilməmək sizi həmişə narahat saxlayacaqdır. Sonda nə etdiyinizi və bunları niyə etdiyinizi aydınlaşdırmaq çox vacibdir. Qəfil və istənməyən qərarlar verməkdənsə, zehni aydınlıqla məqsədlərinizə çatmaq və həyatdan zövq alacağınız qərarlar vermək daha asandır.
Bəs bunların hamısı zehni aydınlığı tam tərif edir mi? Qətiyyən! Bilməyənlər üçün deyim ki, zehni aydınlıq aydın bir baxış bucağına sahib olmaq və nə istədiyinizi bilməkdən ibarətdir. Öz-özümüzlə hər-hansı bir mövzu və müxtəlif vəziyyətlər haqqında danışmaq asan olsa da, bu şeylərə diqqət yetirərkən tez-tez əsəbiləşirik.
Beləliklə, zehni aydınlığa ehtiyacdan danışsaq, bu, həyatda etdiyimiz hər şeydə aydın bir zeyniyyətə sahib olmağa fokuslanmaqdır. Böyük qərarlardan kiçik qərarlara qədər, zehni aydınlığa sahib olmaq, etdiyimiz hər şeydə dumanlı və çaşqın düşüncələrdən uzaq durmağınıza kömək edir. Bunun nəticəsində isə siz, verdiyiniz qərarı şübhə altına ala biləcək “bəlkə”-lər və ya çətin vəziyyətlərlə qarşılaşmırsınız.
Zehni Aydınlığın Vacibliyi — 4 Əsas Faydası:
Həyatda, xüsusən də ciddi qərarlar verərkən, yolumuzu azmış kimi hiss edirik. Uşaqlıqdan bəri bir hədəfə və ya xəyala can atmaq, edə biləcəyiniz ən yaxşı plan kimi görünə bilər, ancaq buna nail ola bilmədiyimiz və ya buna marağımız olmadığı zaman, həmin bu məqsədlər və xəyallar bizi həyatda puç olmuş biri kimi hiss etdirir.
Məsələn: Təsəvvür edin ki, gələcəkdə həmişə həkim olmalı olduğunuzu deyiblər. Ancaq siz böyüdükcə daha fərqli peşələr olduğunu və yaxşı pul qazanmağın başqa yollarını kəşf edirsiniz. Sonda isə, yemək bişirməyi sevdiyinizi anlayırsınız, ancaq hələ də həkim olmaq üçün oxuyursunuz. Bu qarışıq arzu və həyatda nə istədiyinizə dair aydın bir düşüncəyə sahib olmamağınız diqqətinizi cəmləməyə mane olacaqdır.
Digər tərəfdən, həyatda nə istədiyinizi aydın bildikdə, arzunuz və seçmək istədiyiniz istiqamət barədə daha rahat ola bilərsiniz. Aydın zehiyyətlə, istər peşə, istərsə də münasibətlərdə bir şeyə fokuslanmaq və onda üstünlük qazanmaq daha asandır. Həqiqətən nədən zövq aldığınızı tapmaq üçün kiçik bir hiylə var. “Hedonik təqvim” adlanan bu şey faydalı ola bilər. Göz atın və özünüzdə sınayın.
Nə istədiyinizi və nə üçün istədiyinizi zehni aydınlıqla anlayaraq, nəyi idarə etməli olduğunuzdan əmin ola bilərsiniz. Bundan əlavə, aydın bir zehniyyət, nəyin birinci dərəcəli, nəyin ikinci dərəcəli olduğunu ayırd edərək, işləri daha cəld və daha yaxşı etməyə imkan yaradır.
Dumanlı zehniyyətdən danışsaq, bu, sizi birdən çox vəzifə və ya qərar arasında gedib-gəlməyə məcbur edir. Nəticə olaraq isə, heç bir işdə uğur qazana bilmirsiniz və çox vaxt eyni anda idarə etdiyiniz bütün qərarları və ya vəzifələri qarışdırmağa meyilli olursunuz. Bu səbəbdən bir şeyi niyə etməli olduğunuzu və nəyin daha vacib olduğunu bilmək, işləri gecikdirmədən yerinə yetirmək üçün çox vacibdir. Bu, peşəkar layihələr və ya şəxsi qərarlar qəbul edən zaman ehtiyac duyduğumuz canqurtaran məsləhətdir, elə deyilmi? Gözlətdiyiniz vəzifələrə öncəlik verdiyiniz zaman siyahı düzəltmək və onu istədiyiniz vaxtda tamamlamaq daha asan ola bilər.
3. Şübhələri aradan qaldıra bilərsiniz:
Naval Ravikant-ın fikrinə görə, “Təmiz zehin, daha yaxşı mühakiməyə apararaq, daha yaxşı nəticəyə gətirib çıxarır”.
Şübhə etmək təbii və adi haldır. İstər karamelli dondurmanın əvəzinə vanillini seçdiyinizə dair düzgün qərar verib-verməməyinizlə bağlı, istərsə də sevdiyiniz insanları buraxmaqla bağlı şübhə etmək olsun. Biz həmişə şübhə doluyuq. Ancaq bu şübhə davamlı olar və növbəti addımı inamla atmağınıza mane olarsa, bu halda siz səhv qərarlar verməyə davam edər və ya verdiyiniz qərarlarda heç vaxt gözü açıq olmarsınız.
4. Özünüzdən razı və məmnunsunuz:
Doğru qərarlar vermək və həyatınızı düzgün yaşamaq üçün şübhələri aradan qaldırmaq və həyatda atdığınız addımlardan əmin olmaq vacibdir. Aydın zehin ilə bu əminliyi asanlıqla əldə edə bilərsiniz. Zehni aydınlıq ehtiyaclarınızı anlamağa, özünüzü süzgəcsiz və qarışıqlıq olmadan görməyə və anlamağa kömək edir.
Nəticə olaraq, başqalarının sizin haqqınızda nə düşündükləri və ya etməli olduğunuz şeylər sizin üçün daha çox narahatlıq və şübhə doğurur. Bu, daha çox aydın zehnin köməyi ilə kim olduğunuza və nəyi davam etdirmək istədiyinizə əmin olmaqla bağlıdır.
Zehni aydınlığın əskikliyini hiss edirsiniz? Zehni aydınlığın qiymətləndirilməsi və mənimsənilməsi prosesi:
Aydın olmayan zehniyyət səbəbiylə həyatda yaşadığınız bütün şübhələr, qarışıqlıqlar, çaşbaş qərarlar və öncəliksiz düşüncələrlə, özünüzdə şübhə və günahkarlığa yer verməyə meyilli olursunuz. Bu duyğu həyatınızı qiymətləndirməyinizə və həyatda etdiyiniz və ya etməyi seçdiyiniz şeylərə görə yaxşı hiss etməyinizə mane olur. Nəticədə, sizi xoşbəxt hiss etdirəcək və həyatda əldə etdiklərinizdən məmnun olmağınıza səbəb olacaq kiçik şeyləri gözdən qaçırırsınız.
Müqayisə etdikdə, zehni aydınlıq, yaşadığınız nankor və günahkar həyatınızın həll yoludur. Zehni aydınlıq ilə, həyatınızda baş verənlərin, verdiyiniz hər bir qərarın və ya yerinə yetirdiyiniz hər bir vəzifənın arxasındakı xırda şeylərə və səbəblərə fokuslana bilərsiniz. Bu isə, sonda, həyatınızdakı hər xırda detalının müsbət tərəfini daha yaxşı dərk etməyə və daha böyük dəyişikliklərə səbəb olur.
“Şüurlu zehninizi müvəffəqiyyət, xoşbəxtlik, sağlamlıq, firavanlıq haqqında düşünməyə yönəldin. Zehninizi qorxu və narahatlıqdan təmizləməyi öyrədin. Zehninizi ən yaxşısını gözləməklə məşğul edin və əmin olun ki, həyatda görmək istədiklərimiz bizim adətən fikirləşdiyimiz düşüncələr üzərində qurulur.” — John Kehoe.
Zehni vəziyyətimizi anlamaq və buna vaxtında mümkün bir həll yolu seçmək çətin ola bilər. Çox vaxt, pis və ya qarışıq bir vəziyyətin dumanlı və aydın olmayan bir zehniyyətə çevrilənə qədər, təsadüfi xəyal qırıqlığından qaynaqlandığını düşünürük. Bu səbəbdən, niyə qarışıq bir zehniyyətə sahib olduğunuzu, düşüncələrinizi və ehtiyaclarınızı daha yaxşı necə təmizləyə biləcəyinizi anlamaq çox vacibdir.
James Clear -ın da dediyi kimi, “Nəticədən çox prosesə aşiq olduğunuzda, xoşbəxt olmaq üçün özünüzə icazə verməyi gözləmək lazım olmayacaq. Sisteminiz işləyərkən istənilən vaxt məmnun ola bilərsiniz.” — (Kitabından Bir hissə: Atomik Vərdişlər: Yaxşı Vərdişlər İnşa Etməyin və Pis Vərdişlərin Məhv edilməsinin Asan və Sübuta Yetirilmiş Yolu) — bütün zamanların “həyat dəyişən” ən sevdiyim kitablarından biridir.
Buna görə də, prosesin başlanğıcı və inkişafı haqqında zehni olaraq aydınlanaraq onu başa düşməyin və sevməyin vaxtı gəldi. Həyatınızda zehni aydınlığın olub olmaması ilə bağlı özünüzə bu sualları verməklə başlamalısınız:
- Ümumiyyətlə, nələrsə edərkən və ya hərəkətə keçərkən bunun səbəblərini özünüzdən soruşursunuz?
- Hərəkətlərinizi əsaslandırmaq və ya qərar vermək üçün tez -tez başqalarının məsləhətinə ehtiyac duyursunuz?
- Qarışıqlıq və bunun davamında yarana biləcək düşüncə prosesinin qarşısını almaq üçün hər şeyə “yaxşı” deyirsiniz?
- Tez-tez sizi həyəcanlandıracaq fikirlərlə boğulsanız belə, haradan başlayacağınızı və birinci nə etməli olduğunuzu seçə bilmirsiniz?
- Tez-tez hər-hansı tapşırığa və ya yaradıcı işə başlayırsınız, amma onu tamamlamaq üçün həvəsinizi itirirsiniz?
Əgər bu suallar sizə tanış gəlirsə, demək ki, daha qarışıq və mürəkkəb həyati qərarlar verməzdən əvvəl, zehni aydınlığı məşq etdirməyin vaxtıdır.
Zehininizin nə qədər çaşqın və qarışıq olmasına baxmayaraq, qərar verən zaman həyatınızda tətbiq edə biləcəyiniz zehni aydınlığın beş yolu bunlardır:
1.Gündəlik tutmaq, meditasiya və məşq etmək kimi sağlam vərdişləri dəstəkləyən möhkəm bir rutin yaradın. Günə başlamaq üçün hər səhər bu rutini tətbiq etdiyinizdən və günə sağlam bir şəkildə davam etdiyinizdən əmin olun. Qidalanma haqqında unutmayın!
2. Təkcə bu gün ilə yaşamayın, gələcəyinizə də fikir verin. Aldığınız hər bir tapşırıq və ya etdiyiniz hər bir hərəkətin hansı nəticəyə gətirib çıxaracağına dair aydın bir təsəvvür ilə gələcək nəticəyə çatmaq üçün çox çalışın. Bunun sizi hara aparacağını bilmədən gözüyumulu qərarlar verməyin. Bəzən isə qərarlarınızı böyük inamla verin. Bunu nə zaman etməli olduğunuzu özünüz hiss edəcəksiniz.
3.Həyatınızda olan ən vacib şeyləri dərk edin və sizi bunları əldə etməkdən/təqib etməkdən yayındıran şeyləri anlayın. Vaxtınızı və enerjinizi istəmədiyiniz və ya etməli olmadığınız işlərə sərf etməyin. Bunun əvəzinə, öncəliklərinizi bilin, öncəlikləriniz arasında ilk üçlüyü müəyyənləşdirin və daha sonra onlara bir-bir diqqət yetirin.
4. Axınla getməyin əvəzinə gündəlik planınız barədə aydın zehniyyətə sahib olun. Təbii ki, axınla getmək bəzən yaxşıdır, amma bu, məqsədlərinizə çatmağa və müsbət nəticə əldə etməyə həmişə kömək etmir. Buna görə də, gününüzü bir gecə əvvəldən planlaşdırmaq (əsas və ən vacib işləriniz də daxil olmaqla) və ertəsi gün oyandıqdan sonra ən vacib işləri görmək çox vacibdir.
5. Hərəkətə keçib-keçməmək barəsində düşünməkdənsə, hərəkətə keçməyin vaxtıdır. Əlbəttə ki, nə etməli olduğunuzu və niyə etməli olduğunuzu aydın şəkildə düşünməlisiniz. Ancaq bunun haqqında çox düşünmək, bunun üzərində işləmək üçün sərf edəcəyiniz enerjini məhdudlaşdıra bilər. Buna görə də, çox düşünsəz belə, ləngitməyin. Bir qərar verin və üzərində işləməyə başlayın — ya indi ya heç vaxt!
Nəticə:
Aydın zehniyyətə sahib olmaq asan deyil, amma bu, sağlam, nizamlı və uğurlu bir həyat sürmək üçün vacibdir.
Beləliklə, hər hansı bir möcüzənin qapınızı döyərək həyatınızı aydın düşüncələr və sağlam baxış bucağı ilə dolduracağını və sizin üçün nizamlı həyat və gələcək yaradacağını gözləməyin.