Neft sahəsində ilk təcrübəmiz
Texnologiyalar
Sənayelər
Neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməklə misilsiz xidmət göstərən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və TEKFEN İnşaat və Təsisat A.Ş tərəfindən təsis edilmiş AZFEN ilə Azərbaycanda İnformasiya Texnologiyası sahəsində ixtisaslaşmış ATL Tech əməkdaşlığa imza atdı!
Qabaqcıl texnologiyalardan istifadə etməklə, geniş xidmət çeşidlərinin tədarükçüsü və etibarlı partnyor kimi tanınan ATL Tech, neft sahəsində böyük layihələrə imza atan AZFEN üçün yenilənmiş və çoxfunksiyalı Layihə İdarəetmə Sistemi proqram təminatını təqdim etdi. Öz fəaliyyətində şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivliliyi əldə etməyə kömək göstərməyi rəhbər tutan ATL Tech-in bu yeni layihəsi, eyni məqsədlərlə yanaşı AZFEN-in uzlaşdığı bütün digər məsələlərin ən effektiv həll yolunu özündə ehtiva etmişdi. Ümumilikdə yeddi moduldan ibarət olan proqram təminatının hazırlanması mərhələli şəkildə, iki hissədən ibarət idi. Birinci mərhələ dörd modulu, ikinci mərhələ isə üç modulu əhatə edərək, səkkiz ay müddətində istehsalat prosesi tamamlanmışdı. Ondan sonrakı mərhələ isə dörd ay çəkməklə, sistemin test edilməsi, istifadəçi təlimləri, digər sistemlər ilə inteqrasiya, köhnə məlumatların yeni sistemə daşınması proseslərini əhatə edirdi. Qeyd etmək istərdik ki, layihənin yoxlanma prosesləri Böyük Britaniya şirkətləri tərəfindən aparılıb və müvəffəqiyyətlə tamamlanmışdı. Geniş, çoxməqsədli, funksional bir proqram təminatı olan Layihə İdarəetmə Sisteminin altı aylıq texniki dəstək xidmətini də ATL Tech tərəfində həyata keçirildi.
Öncədən AZFEN Böyük Britaniya şirkəti ilə əməkdaşlıq etməsinə baxmayaraq, Layihə İdarəetmə Sisteminin imtiyazlarını nəzərdən keçirərək ATL Tech ilə tərəfdaş olmaq və proqram təminatından istifadə etmək qərarına gəlmişdi. Azərbaycanda böyük uğur qazanmış AZFEN və ATL Tech kimi yerli şirkətlərin birgə əməkdaşlığı təqdirəlayiq və ölkənin bir çox sahələrin inkişafına töhfə verən bir addım olmuşdur.
Təcrübələrimiz
Paşa Bank üçün elektron növbə sistemi
Azərbaycanın aparıcı korporativ banklarından birinə ATL Tech-in təqdim etdiyi proqram təminatı növbə sistemini idarə etməyi asanlaşdırır.
Bravo marketlər şəbəkəsi üçün Əlaqə Mərkəzi idarəetmə sistemi
ATL Tech-in platforması Bravo marketlər şəbəkəsinə müştəri məmnuniyyətinin artırılmasına töhfəsini verir.
Beynəlxalq Bank üçün elektron növbə sistemi
Azərbaycanın müasir dövlət bankına növbələri optimallaşdırmağa köməklik göstərdik.