Paşa Bank üçün elektron növbə sistemi
Texnologiyalar
Sənayelər
18.03.2019 – PAŞA Bank üçün Elektron Növbə Sistemi
2007-ci ildə qurulmuş Azərbaycanın aparıcı bankı PAŞA Bank biznesin miqyasından asılı olmayaraq, bütün müştərilərinə yüksək səviyyəli xidmətlər göstərərək onların inkişafını dəstəkləyir.
Sifarişçi bankın, filialların və müştərilərin dəyişən tələblərinə cavab verən çevik və istifadəsi asan olan proqram təminatı axtarışında idi. PAŞA Bank həmçinin tək bir sistem daxilində "online rendezvous" funksiyasına ehtiyac duyurdu.
Proqram təminatı şirkəti olaraq, PAŞA Banka təklif etdiyimiz ağıllı elektron növbə sistemi həlli xüsusi tələblərə uyğunlaşdı və mövcud çətinlikləri asanlıqla aradan qaldırdı.
Üstəlik, ATL Tech PAŞA Bankı filial əsaslı lisenziya ilə təmin etdi. 6 biznes mərkəzi, 3 filialı və 2 FX ofisi olan bir bankın operator, filial və müştəri sayına müsbət təsir göstərdi.
Bu əməkdaşlığın nəticəsində asanlıqla 3 sistemlə inteqrasiya edilən elektron növbə proqram təminatı yaradıldı. Son olaraq, Wi-Fi parol generator funksionallığını quraşdırıldı.
Təcrübələrimiz
Bravo marketlər şəbəkəsi üçün Əlaqə Mərkəzi idarəetmə sistemi
ATL Tech-in platforması Bravo marketlər şəbəkəsinə müştəri məmnuniyyətinin artırılmasına töhfəsini verir.
Neft sahəsində ilk təcrübəmiz
ATL Tech-in proqram təminatı AZFEN-in gündəlik əməliyyatlarının səmərəliliyini və optimallığını təmin edir.
Beynəlxalq Bank üçün elektron növbə sistemi
Azərbaycanın müasir dövlət bankına növbələri optimallaşdırmağa köməklik göstərdik.