İyul 22, 2021

Product Manager üçün 5 əsas qayda

Eqonu öldür

Product Managerin digər rollara nisbətən daha artıq öhdəlikləri olur. Öhdəliklər özü ilə birgə məsuliyyət də gətirir. Bu isə öz növbəsində neqativ məqamlara. Çünki gənc PM qarşısına çox böyük və uzaq məqsədlər qoyur. Onlara çatmadıqda isə emosional və psixoloji əziyyət çəkməyə başlayır. Özünü digərləri ilə müqayisə edən məhsul meneceri əsas məqsəd olan məhsul inkişafını gözdən qaçırır. Tərif eşitmək üçün bütün gücünü sərf edir. Bu isə “vacib iş” üzərinə “göstərişi asan olan iş” görməklə yekunlaşır. Nəticədə əziyyət çəkən məhsul və onu istifadə edən müştəridir.

Sən ekspert deyilsən

Nə qədər deyilsə də ki, Product Manager “Məhsulun CEO-sudur” bu məhsulun bütün qatlarında yenə də ona səlahiyyət vermir. Texniki suallar olduqda onu texniki komanda və ya Tech lead-lə, Dizaynla bağlı suallar olduqda isə Dizaynerlərlə danışıb ortaq məxrəcə gəlmək lazımdır. Komanda yoldaşlarınızın öz sahələrində kifayyət qədər təcrübəsi olduğunu və bu işi sizdən yaxşı bildiklərini qəbul edin, onlara güvənin. Yalnız əlinizdə əsaslar və sübutlar olduqda onların təklif etdiyi həlləri müzakirə mövzusu edə bilərsiniz. Özünüzü həm dizayn, həm proqramçılar arasında ağıllı göstərməyə çalışsanız komandaya ögey qalacaqsınız. Burada istisna hal təşkilati strukturu tam formalaşmayan şirkətlər və startuplardır. Çünki belə yerlərdə Pm bir neçə vəzifəni öz üzərində daşıyır.

Qərarlar qəbul et

Texnologiyalar sənayesi işıq sürəti ilə hərəkət edir və heç kəsi gözləmir. Yeni işə düzəlmiş PM gündəlik qəbul etməli olduğu qərarlardan yorula bilər, vacib olmayan məsələləri fikirləşməyə həddindən artıq vaxt sərf edə bilər. Əgər siz sadəcə təsdiq istəyən emailə cavab olaraq 5 paraqrfalıq bir mətn yazırsınızsa, həm özünüzün, həm qarşı tərəfin vaxtını boşa sərf etmiş olursunuz. Qərarlarınızı əsaslandırma (data, təcrübə, bəzi hallarda isə intuisiya ilə), yaxşı dəyərləndirmə etməyi bacarıb zəncirin davamlı olmasını qorumalısınız. Xırda məsələlər üzərində lazım olandan artıq qalmaqla prosesin sürətini aşağı salmayın.

Qərarların verilmə qaydasını başa düşmək üçün bir metod tapın. Əhəmiyyətsiz tapşırıqlar (məsələn, təcili olmayan email-ə cavab vermək, iştirakınız vacib olmayan iclasa qoşulmaq və s.) təxirə salına bilər, ancaq məhsulun inkişafını təmin edən əlaqəli işlər dərhal diqqət tələb edir. Mürəkkəb qərarlar üçün təfərrüatları araşdırmaq və nəticəyə gəlmək üçün xüsusi bir vaxt ayırın. Zaman biz PM-lər üçün lüksdür, bu səbəbdən onu necə istifadə etdiyinizə diqqət yetirin. Xərclədiyiniz vaxtın imkan dəyərini ölçməyə çalışın.

Qeyri-müəyyənliklə barış

Əgər standart product manager təcrübəsini özündə cəmləyə biləcək bir söz varsa, o , qeyri-müəyyənlikdir. PM-in şəxsi görüləcək işləri nadir hallarda bir gün əvvəl yazdığı kimi qalır. Bu normaldır. Məhsul inkişafı zamanı bir çox şeylər dəyişə bilər, bu səbəbdən dəyişikliklərə öyrəşməyi bacarın. Mental sağlamlığınızı qoruyun ki, vaxt keçdikcə üstünüzə atılan gözlənilməyən məsələlərin öhdəisindən gələ biləsiniz.

Orta dərəcəli PM menecerinə baxaraq ona nə etməli olduğunu deməyini gözləyir; yaxşı PM nə etməli olduğuna qərar verir və menecerindən hərəkətə keçmək üçün resurs istəyir.

Düzgün suallar ver

Vaxt yenilənə bilməyən bir resursdur və işguzar insanlar onu boş yerə sərf etməyi sevmir. Əgər siz müştəri, paydaş, komanda və s. görüşlərdəsinizsə, çalışın aydın, dəqiq suallar verəsiniz ki, aldığınız cavabları məhsul planlamasında istifadə edə/faydalana biləsiniz. Effektiv sual vermək, neft qazmağa bənzəyir. Araşdırmanızı etsəniz, hazırlaşsanız və düzgün yerdə qazsanız nəticə yaxşı olacaq və əziyyətiniz yerdə qalmayacaq. İclaslara girmədən öncə görüşün məqsədini bəlirləyin.

Yan qeyd:

İstənilən məhsulun susmaya görə vəziyyəti uğursuzluqdur. Məhsul meneceri olaraq, biz uğura gedən yolu çizməliyik və yolumuzda olan daşları aradan qaldırmalıyıq. Bu təbii ki, uğurlu olacağımıza zəmanət vermir. Əgər uğursuz olsaq, arxaya baxıb bunun faktorlarını görə bilməliyik. Məhsulun uğursuz olmasının səbəblərini anlamalıyıq. Nələri başqa cür edib uğurlu ola bilərdik deyə qeydlər etməliyik. Özümüz üçün çıxarışlar etdikdən sonra irəliləməyə davam etməliyik.

Yeni layihə ideyanız var? Gəlin, müzakirə edək!