Texnologiya hüdudlarından kənara çıxın
Səhiyyə işinizin təminatını ATL Tech-in təklif etdiyi xidmət və həllər sayəsində yaranan hərtərəfli imkanlardan istifadə edərək genişləndirin. Rəqəmsal transformasiyanı tətbiq edərək proseslərin avtomatlaşdırılması nəticəsində pasiyentlərin müalicə məlumatını verilənlər bazasında saxlayın və ümumi xərclərinizi azaldın.
Səhiyyə Həlləri
Maşın Öyrənmə və Süni İntellekt
Sisteminizi inkişaf etdirmək və mükəmməlləşdirmək üçün mütəxəssislərimiz, ML & AI sahəsindəki bilikləri ilə iş missiyanızı səmərəli və dəqiq şəkildə yerinə yetirməyinizdə sizə rəhbərlik etməyə hazırdırlar.
Data Science
Müvəffəqiyyətin əsas açar elementlərindən biri də məlumatları anlamaqdır, buna görə də Data Science mütəxəssislərimiz əməliyyat səmərəliliyinin artırılması və optimallaşdırılması üçün inkişaf etmiş alqoritmlərdən istifadə edərək məlumat çərçivələrinizi dərindən araşdırıb, üzərində işləyirlər.
Rəqəmsal Sağlamlıq Cüzdanı
Rəqəmsal Sağlamlıq Cüzdanı təhlil, təyinat, vaxt və müəyyən xəstələr haqqında digər məlumatlarla əlaqədar qeydlər daxil olmaqla, bütün məlumatları idarə etmək üçün şəxsi sağlamlıq portallarını özündə birləşdirir.
IoT
Həm iş proseslərini, həm də əşyaların interneti həllərini birləşdirərək, mütəxəssislərimiz təşkilatlara ən yaxşı uyğun platformanı seçib inkişaf etdirməyə imkan yaradır.